Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1449/2022 08.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Quliyev Camal Yusifəli oğlu İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qarşı iş materiallarında olan sənədlərin surətlərinin işdə iştirak edən şəxslərə göstərilməsi və işlərində göstərdikləri məsuliyyətsizliyə görə işdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qarşı iş materiallarında olan sənədlərin surətlərinin işdə iştirak edən şəxslərə göstərilməsi və işlərində göstərdikləri məsuliyyətsizliyə görə işdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 9*.1-ci maddəsinə görə işdə olan sənədlərin əsli, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin sənədləri təqdim etmiş şəxslərin xahişi ilə onlara qaytarıla bilər. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2*17-ci il tarixli 2(**6)-9*63/2*17 nömrəli və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2*19-cu il tarixli 2(*44)-3188/2*19 nömrəli qərardadlarının surətlərindən görünür ki, iddia ərizəsinin qəbulundan imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, müvafiq sənədlərin verilməsi ilə bağlı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmək hüququna malik olması İddiaçı izah edilmişdir. Göründüyü kimi İddiaçı cavabdeh Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qarşı iş materiallarında olan sənədlərin surətlərinin işdə iştirak edən şəxslərə göstərilməsi və işlərində göstərdikləri məsuliyyətsizliyə görə işdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi ilə dəfələrlə məhkəməyə müraciət etmiş, lakin məhkəmə iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Buna görə də hesab edirəm ki, İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qarşı iş materiallarında olan sənədlərin surətlərinin işdə iştirak edən şəxslərə göstərilməsi və işlərində göstərdikləri məsuliyyətsizliyə görə işdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi barədə iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığına, eləcə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2*17-ci il tarixli 2(**6)-9*63/2*17 nömrəli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2*19-cu il tarixli 2(*44)- 3188/2*19 nömrəli qərardadları ilə ərizəni qəbul etməkdən imtina edildiyinə görə həmin iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qarşı iş materiallarında olan sənədlərin surətlərinin işdə iştirak edən şəxslərə göstərilməsi və işlərində göstərdikləri məsuliyyətsizliyə görə işdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1449/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1449/2022
08.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver