Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-145/2022 29.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi - vəkil X1, Cavabdeh və Cavabdeh3 qəyyumu Cavabdeh1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 mülkün “B” literli yaşayış sahəsinin tikilməsinə və təmirinə çəkilmiş 100000 (yüz min) manat pulun 80000 (səksən min) manatını və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Muradova (Əmirova) Çimnaz Əli qızından, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onun mərhum həyat yoldaşı X11 qardaş-bacılarıdırlar. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanda 1767.0 kv.m torpaq sahəsində yerləşən mülkün X4 aid 3/8 hissəsinə vərəsə olaraq “Muradova (Əmirova) Çimnaz Əli qızının payı 3/40 hissə, Cavabdeh2 payı 3/40 hissə, Cavabdeh3 payı 3/40 hissə, X11 payı 3/40 hissə və Cavabdeh4 payı 3/40 hissədə müəyyən edilmişdir. X17 sağlığında Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 mülkün “B” literli tikilisinin uçduğuna görə mülkün 750.0 kv.m torpaq sahəsində yerləşən tikililər sökülərək onların tərəflərindən sahəsi 25.8 kv.m, 63.3 kv.m olan iki yaşayış otağından, sahəsi 38.8 kv.m xidməti otaqdan, sahəsi 28.4 kv.m mətbəxtdən, sahəsi 16.4 kv.m dəhlizdən, sahəsi 17.2 kv.m, 14.8 kv.m açıq eyvandan, sahəsi 2.1 kv.m və 2.9 kv.m hamamdan, sahəsi 2.5 kv.m ayaq yolundan və sahəsi 28.4 kv.m, sahəsi 24.2 kv.m, sahəsi 11.8 kv.m, 21.3 kv.m, sahəsi 10.8 kv.m, 2.9 kv.m, 2.1 kv.m, sahəsi 38.8 kv.m, sahəsi 17.2 kv.m yarımzirzəmidən ibarət “B” literli yaşayış evindən və sahəsi 19.6 kv.m əl damından ibarət “C” literli tikililərdən ibarət fərdi yaşayış evi tikdirdiklərini və həmin tikililərə mülkiyyət hüququ üzrə sahiblik, istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsini xahiş etmiş, lakin Tofiq Əmirovun xx.xx.2018-ci il tarixdə vəfatı ilə əlaqədar məhkəməyə getməməsi əsası ilə məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. O, Tofiq Əmirov ilə xx.xx.2005-ci il tarixdə faktiki olaraq ailə qurmuş, xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmişlər. Həmin tikililəri 2006-2007-ci illərdə inşa etdirmişlər. Həmin vaxta qədər isə “B” literli yaşayış evi sahəsi 24.0 kv.m bir yaşayış otağından, sahəsi 23.1 kv.m açıq eyvandan ibarət olmaqla, yarımuçmüş vəziyyətdə olmuşdur. Hazırda cavabdehlər Gəncə şəhəri, Ə.Seyfi küçəsi, 35 nömrəli mülkdən miras pay aldıqları üçün onun və mərhum ərinin çəkdikləri xərci cavabdehlər onlara çatan paylara uyğun olaraq ödəməlidirlər. Həmin tikililərəçəkilmiş 100000 (yüz min) manat pul 5 vərəsə arasında bölünərsə cavabdehlərdən 80000 (səksən min) manat pul alınaraq ona verilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-1816 saylı qətnaməsinə izah verilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadından da aydın olur ki, həqiqətən də Gəncə şəhəri, Ə.Seyfi küçəsi, 35 nömrəli mülkün “B” literli hissəsində əsaslı tikinti təmir işləri aparılmışdır. O, Tofiq Əmirovun vəsiyyətnamə üzrə vərəsəsidir. Cavabdehlər evin tikintisinə çəkilmiş xərci hər birinin paylarına uyğun olaraq ona ödəmələri olduqları halda ödəməkdən imtina edirlər. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2005-ci ildən Əmirov Tofiqlə ailə qurmuş və Ə.Seyfi küçəsi 35 nömrəli ünvanda 24 kv.m köhnə evə gəlin köçmüş, evin normal şəraiti, suyu, hamamı olmamışdır. O, kənardan torpaq alıb ev tikdirmək istəmiş, qaynanası Zinyət təkidlə bildirmişdir ki, bu ev sizindir, ev tikib ata yurdunu abad edin. Onlar da köhnənin yerində təzə ev tikmişlər. Bütün bunların – tikinti materiallarının, ustalara gündəlik xərclənən vəsaitlərin siyahısı, mağaza tərəfindən verilmiş aldıqları materialların sənədləri deyilənləri təsdiq edir. Evin tikilməsində baldızları və qaynı tərəfindən hamı razılıq və xeyir dua vermiş, onun qaynanası evin tikintisi tamamlanmamış vəfat etmişdir. Onun Tofiqlə birgə nikahlarından övladı olmamış və cavabdehlər olan baldızları, qaynı fürsətdən istifadə edərək onlara tikilən evə tamah salmışlar. Onlar Bakıda olan evlərini satıb hazırkı evləri tikmişlər. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi, vəkil X3 məhkəmə iclasında iddiaçı ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, onun atası müharibə veteranı, anası zəhmətkeş evdar qadın, bacısı X5 filialında, qardaşı Vaqif Mədəniyyət şöbəsində, o, özü isə Maarif şöbəsində təqaüd yaşlarına qədər şərəflə qulluq etmişlər. Onun bir qardaşı Arif xəstəsidir, üçüncü qardaşları Tofiq Bakıda təhsil almışdır. Onların təhsil alarkən qalmaları üçün ataları aldığı həyət evində qalıb yaşamışlar. Onun atası vəfat etmiş, atasının vəfatından sonra anası və bacıları çox çəhdlər etmiş ki, Tofiq ailə qursun, artıq əlli üç yaşı var idi. 2005-ci il tarixdə Bakıda evləri plana düşdüyündən satmalı olmuşlar və onun anası Tofiq ilə razılaşmışdır ki, ev satılandan sonra Tofiq evlənsin, evi onun adına keçirsinlər. Tofiq Bakıdakı evi şirkətə satmış bundan sonra onun qardaşı Tofiq ilə Pərvanə evləndirmək niyyəti ilə evin satışından əldə olunmuş pul ilə Tofiqə Bakıdan iki otaqlı ev almışlar, tam təmir etdirmişlər və ev əşyalarını da aldıqdan sonra 2006-cı ildə Pərvanə ilə Tofiqi evləndirmişlər, onların nikahları 2007-ci ildə rəsmiləşdirilmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri tam yalandı. Pərvanə iradəsi zəif ailə təcrübəsi olmayan Tofiqi idarə etmiş və Tofiqin nəyi varsa ələ keçirmişdir. Az müddət birgə yaşadıqdan sonra yola getməmişlər və ailədə olan narazılıqlara dözməyən Tofiq infarkt keçirmişdir. Bununla da onlara məlum olmuşdur ki, İddiaçı Tofiqə ərə gəlməmişdir, Tofiqin evi satdıqdan sonra pulunu ələ keçirməyə gəlmişdir. Tofiq infarkt keçirdikdən sonra dörd il yataq xəstəsi olmuş, hətta şəkər xəstəliyinə də tutulmuş və 2014-cü il tarixdə vəfat etmişdir. Pərvanə Tofiqin Bakıdakı evini satdırandan sonra gəlin onun anasının evinə yığılmışdır və Tofiq ağır xəstə olduğundan onlar mane olmamışlar. Pərvanə isə indi də evlərini ələ keçirmək fikrinə düşmüşdür. Onlar, yəni bacı-qardaşlar məhkəməyə müraciət etmişlər ki, ata-analarından qalan mülk aralarında bölünsün. İddiaçı isə Tofiqi xəstə vəziyyətində beş il müddətində məhkəmələrdə süründürmüş, evdə də rahatlıq verməmiş və bütün bunlara dözməyərək Tofiq məhkəmə icra orqanının qapısı önündə yıxılaraq dünyasını dəyişmişdir. İddiaçı kəbin kağızından istifadə edərək ələ keçirdiyi maddiyyətlə şər, böhtanlıqla məşğuldur. Hansı ki, bu ailəyə bir manatlıq gəlir gətirməmişdir. Onun anasına qulluq etməmiş lakin anası vəfat etdikdən sonra gəlib evlərinə girib məkirli dələduzluqlarla onun valideynlərindən qalan mülkü ələ keçirmək istəmişdir. İddiaçı Bakıdan gəldikdən sonra bir bina evini öz adına, bir bina evini isə bacısı oğlu X7 adına aldırıb kirayə vermişdir. Bu ailədən bu qədər maddiyyatlar əldə etmişdir, övladı olmamışdır və onun valideynlərindən qalan əmlakı da ələ keçirmək istəyir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etd. Cavabdeh4 məhkəmə iclasında Muradova (Əmirova) Çimnaz Əli qızı ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsi ilə razı deyil, əvvəlki məhkəmə baxışlarında iddiaçının məhkəməyə gətirdiyi şahidə hakim tərəfindən verilmiş suala cavab olaraq, onu tanıdığını, tikinti ustalarından ibarət briqadasının olmasını, onun həmin briqadaya rəhbərlik etməsini, tikinti işlərinin 2004-2005-ci il illərdə aparıldığını, bildirmişdir. Bundan sonra hakim ondan şahidin bildirdiklərinin doğru olmasını soruşmuş və o, şahidin bildirdiklərini təsdiqləmişdir. Onun anası tərəfindən əvvəllər torpaq satmış, pullarını ona vermiş, o, isə evin tikintisi üçün çəkilən xərcləri qarşılamışdır. Bununla da iddiaçının məhkəməyə gətirdiyi şahidlər doğru ifadə verərək onları iddiaçının şər və böhtanlarından qurtarmışdır. Gəncə Apellyasiya Məhkəməsi və Ali məhkəməsi ilə bütün hallar araşdırılmış və öz müsbət həllini tapmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında Muradova (Əmirova) Çimnaz Əli qızı ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı Pərvanə onların qonşusu olmuş və Tofiqin iradə zəifliyinin olmasını bilmişdir. Onlar ailə qurduqları gündən Pərvanə Tofiqi özünə tabe etməyə çalışmış, kəbin kəsdirmək üstündə mübahisələr etmiş və çıxıb evlərinə getmişdir. 2006-cı ilin sonlarında iddiaçını yola gətirmişlər, yenə Pərvanənin qardaşı arvadı Yeganə ilə Bakıya aparmışlar, kəbin kəsdirib barışdırmışlar. Bunu gözləyən Pərvanə hazırda Tofiqə arvadlıq yox, ona ərlik etməyə başlamışdır. Bundan sonra onlar birgə yaşadıqları müddətdə Tofiq infarkt keçirmişdir. İddiaçı bu ailəyə bir manat gəlir gətirməmişdir, hansı haqla bu ailədən nəsə istəyir, qoca ərinin ata mülkündən də pay istəyir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçının və onun nümayəndəsinin, cavabdeh və Cavabdeh3 qəyyumu Cavabdeh1, Cavabdeh2nun və Cavabdeh4 ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)- 666/2017 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanda 1767.0 kv.m torpaq sahəsində yerləşən mülkün X4 aid 3/8 hissəsinə vərəsə olaraq Muradova (Əmirova) Çimnaz Əli qızının 3/32 hissə, Cavabdeh3 3/32 hissə, X11 3/32 hissə, Cavabdeh4 3/32 hissə payları müəyyən edilməklə həmin paya müılkiyyət hüquqlarının tanınması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2017-ci il tarixli 2(104)- 1816/2017 nömrəli qətnaməsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçılar Muradova (Əmirova) Çimnaz Əli qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044) -666 nömrəli qətnaməsi - ünvan 2 ünvanda 1767.0 kv.m torpaq sahəsində yerləşən mülkün X4 aid 3/8 hissəsinə vərəsə olaraq Muradova (Əmirova) Çimnaz Əli qızının 3/32 hissə, Cavabdeh3 3/32 hissə, X11 3/32 hissə, Cavabdeh4 3/32 hissə payları müəyyən edilməklə, həmin paya mülkiyyət hüquqlarının tanınmasına aid hissədə ləğv edilmişdir. Həmin hissədə yeni qətnamə çıxarılmaqla, X2 miras qalmış, ünvan 2 ünvanda 1767.0 kv.m torpaq sahəsində yerləşən mülkün 3/8 hissəsi vərəsələr arasında bölünərək Muradova (Əmirova) Çimnaz Əli qızının payı 3/40 hissə, Cavabdeh3 payı 3/40 hissə, X11 payı 3/40 hissə, Cavabdeh4 payı 3/32 hissə və Cavabdeh2 payı 3/40 hissə müəyyən edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)- 1816/2017 nömrəli qərardadından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(104)-1816 saylı qətnaməsinə izah verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı İdarəsinin nümayəndəsinin ərizəsinin təmin edilmiş, izah edilmişdir ki, ünvan 3 ünvanda 1767.0 kv.m torpaq sahəsində yerləşən mülkün X4 aid 3/8 hissəsinin vərəsələri arasında bölünərək, Muradova (Əmirova) Çimnaz Əli qızının 3/40 hissə, Cavabdeh4 payı 3/40 hissə və Cavabdeh2 payı 3/40 hissədə müəyyən edilməsi dedikdə həmin ünvanda yerləşən “B” literində olan bütün tikililər nəzərdə tutulması qərara alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-211/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçılar Muradova (Əmirova) Çimnaz Əli qızı, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Ə.Seyfi küçəsi ev 35 saylı yaşayış evinə köçürülmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı cavabdehlər Muradova (Əmirova) Çimnaz Əli qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-1499/2020 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-211/2019 nömrəli qətnaməsi iddiaçılar Muradova (Əmirova) Çimnaz Əli qızı, Cavabdeh2, Cavabdeh3 iddiasının “qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilsin”, həmin hissədə iddia tələbi təmin edilsin. İddiaçılar Muradova (Əmirova) Çimnaz Əli qızı, Cavabdeh2, Cavabdeh3ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2215/21 nömrəli qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-1499/2020 nömrəli qətnaməsindən 3-cü şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)-1499/2020 nömrəli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********70 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh3, 1/5 hissədə Cavabdeh4, 1/5 hissədə Cavabdeh2 və 1/5 hissədə İddiaçı mülkiyyətində olmaqla **********27-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixli **********, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Ə.Seyfi küçəsi, ev 35B nömrəli fərdi yaşayış evi 1/5 hissədə Cavabdeh1, 1/5 hissədə Cavabdeh3, 1/5 hissədə Cavabdeh4, 1/5 hissədə Cavabdeh2 və 1/5 hissədə İddiaçı adlarına qeyd edilmişdir. 17.Xİİ.88-ci il tarixli arayışdan görünür ki, X8 Əmirov ilə Kirovabad şəhəri, Udarnik küçəsi 35 nömrəli evdə yeni təzə tikilmiş evdə yaşayırlar. xx.xx.2016-cı il tarixdə tərtib olunmuş Aktdan görünür ki, 35a nömrəli evdə yaşayan X6 və xəstə 2-ci qrup əlil olan oğlu - Cavabdeh3 qızı və bacısı Cavabdeh1 baxmışdır. Azərbaycan Respublikası Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 2 saylı Sərəncamıdan görünür ki, Cavabdeh1 xx.xx.1948-ci il tarixdə anadan olmuş Cavabdeh3 qəyyumu təyin edilmişdir. xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu VVADQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə İddiaçı nikahları 13 yanvar 2007-ci il tarixdə 20 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2017-ci il tarixli 2V-1-115 nömrəli vəsiyyətnamədən görünür ki, X14 özünə məxsus olan bütün əmlakını Gəncə şəhəri, Nizami rayonu, Ə.Seyfi küçəsi 35 nömrəli evdə qeydiyyatda olan arvadı İddiaçı vəsiyyət etmişdir. xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X14 13 mart 2018-ci il tarixdə vəfat emişdir. xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X11 vərəsəsi arvadı - İddiaçı Gəncə şəhəri, Ə.Seyfi küçəsi, ev 35 ünvanda istifadədə olan 0.0115 ha torpaq sahəsində yerləşən paylı mülkiyyətdə olan ümumi sahəsi 82.7 kv.m fərdi yaşayış evindən ona məxsus 8/40 hissədən ibarət miras əmlakdan bütövlüklə irs almalıdır. xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Ə.Seyfi küçəsi, ev 35B ünvanı paylı mülkiyyət olmaqla hər birinə 8/40 hissə olmaqla Cavabdeh1, Cavabdeh3, X11, Cavabdeh4 və Cavabdeh2 adlarına qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/2359 nömrəli rəyindən görünür ki, ünvan 6 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsində yerləşəın “C” literli yardımçı tikilinin inşası zamanı aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 1.0 kv.m sahəyə təqribən 200.0 manat dəyərində vəsaitin sərf olunduğunu nəzərə alaraq fərdi yaşayış evinin və əl damının inşa olunmasına - 70460.0 manat (352.3x200) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. Tikintidə inşa edilmiş materiallar əsasında tikilinin nə zaman inşa edilməsi müddətinin müəyyən edilməsinə dair metodika olmadığından qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Ə.Seyfi küçəsi, ev 35B ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər Cavabdeh2, Cavabdeh3 ibarətdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, miras əmlak faktiki olaraq hazırkı vəziyyətdə miras qoyanın ölümündən sonra vərəsələr arasında paylarına uyğun şəkildə bölünmüşdür. Miras əmlakın yenidən inşa edilməsi və təmir işləri miras qoyanın sağlığında olmuş və həmin vaxt mirasa çəkilən xərcin hazırda iddiaçı tərəfindən digər vərəsələrdən tələb edilməsi həmin vərəsələrin hüquqlarının pozulmasına səbəb ola bilər. Ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyində fərdi yaşayış evinin və əl damının inşa olunmasına - 70460.0 manat dəyərində vəsaitin sərf olunduğu müəyyən edilmiş, lakin evinin tikintisində inşa edilmiş materiallar əsasında tikilinin nə zaman inşa edilməsinə dair metodika olmadığından müddətinin müəyyən edilməsi mümkün olmamışdır. Bununla da ekspert rəyinin subut kimi qəbul edilməsi istisnadır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində evə onlar tərəfindən çəkilmiş tikinti və təmir işlərinə görə çəkdikləri xərci və həmin xərcin onların tərəfindən çəkildiyini sübut etməlidir. İddiaçı tərəfindən isə tələblərinin bu hissəsini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünün izahatı olmuşdur. Məhkəmə iclasında iddiaçının iddia tələbi üzrə cavabdehlərin iddiacıya olan pul tələbi öz təsdiqini tapmadı. Bundan başqa göstərilənlərlə yanaşı iddia ərizəsində cavabdehdən cəmi 80000 (səksən min) manat məbləğində pul məbləğinin tutulması tələbi qoyulsa da, həmin pul məbləğinin konkret nədə ifadə olunması, hansı sübutlarla təsdiq olunmasına dair hər hansı əsaslandırma əksini tapmamışdır. Məhkəmə tərəfindən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə keçirilmiş yerli müayinə zamanı, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində 2014-cü ildən sonra heç bir dəyişiklik olunmadığı müəyyən olunmuşdur. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat İddiaçı tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən bir ay müddətinə Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-145/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-145/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver