Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-145/2024 13.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4960 pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 29 iyun 2022-ci il tarixdə 3200 manat məbləğində müqavilə əsasında pul vermişdir. Hazırda həmin borcun ümümi məbləği faizlə birlikdə 4960 manadır. Borclu ona verilmiş müqavilə üzrə borcunu ödəməkdən yayınır. Borcludan borcunu tələb etsə də, ödəmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, müqaviləni imzalamadığını və pulu təhvil almadığını bildirdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlərr. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehi dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədə İddiaçı Cavabdeh 18 ay müddətinə illik 58 faiz dərəcəsiylə 3200 manat pul verməsi, Cavabdeh həmin pulu və ona hesablanacaq faziləri ödəməsi barədə şərtlər nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 41686 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2022-ci il tarixli 1748 saylı Təminatlı ssuda borcu və saxlanc girovu haqqında müqavilənin 1-ci vərəqin sağ aşağı küncündəki imza, 2-ci vərəqəsində “Borcalan”- “Girovqayan” qrafasındakı imza; xx.xx.2022-ci il tarixli kassa məxaric orderində “imza” qrafasındakı imza; xx.xx.2022-ci il tarixli ssuda üzrə ödəniş cədvəlində “Aylıq cəmi ödəniş” üzrə sırasının sonundakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hazırkı iş üzrə iddiaçı cavabdehin mülkiyyətinə verdiyi pulun və ona hesablnamış faizlərin tutulmasını xahiş etmiş, tələbini tərəflər arasında bağlandığını bildirdiyi müqavilə və pulun mülkiyyətə verilməsinə dair məxaric orderi ilə əsaslandırmışdır. Lakin hazırkı iş üzrə verilmiş ekspert rəyinə əsasən, tələbin əsaslandığı müqavilə və məxaric orderindəki imzaların cavabdeh deyil, başqa şəxs tərəfindən icra edilməsi müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, həmin ekspert rəyinin əsassız olmasına dair hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, müqavilə şərtləriylə razılaşmasına dair iradə ifadəsini əks etdirən və (ya) pulun təhvil alınmasını təsdiqləyən imzanın cavabdeh tərəfindən icra edilməsi müəyyən olunmadığından, pulun tutulması barədə iddia sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-145/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-145/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver