Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1453/2024 29.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdeh Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısı baş leytenant Cavabdeh qarşı “qanunazidd hərəkətlərdən (hərəkətsizlikdən) şikayətə” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısı baş leytenant Cavabdeh qanunazidd hərəkətlərini, yaxud hərəkətsizliyini, yəni özünü hüquq mühafizə orqanının əməkdaşı kimi təqdim edən cinayətkarın məsuliyyətə cəlb olunması əvəzinə, cinayətkarı məsuliyyətdən kənarlaşdırdığına görə məsuliyyətə cəlb edərək, ona dəymiş 5000 manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, özünü Gəncə Apellyasiya Məhkəməsinin əməkdaşı kimi təqdim edən X3 məhkəmədə hüquqi yardım göstərməsi ilə bağlı onu aldadaraq 16 dekabr 2021-ci il tarixində notariat vasitəsilə ondan 5 000 (beş min) manat pul almışdır. Həmin pul ona qızının xidməti vəzifəsini icra edən zaman həlak olması ilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən ödənilmiş təzminatdır. X1 yaranmış psixo-nevroloji problemindən istifadə edərək, özünü Gəncə Apellyasiya Məhkəməsinin əməkdaşı, hüquqşünas kimi təqdim edərək onu inandırmaq üçün “ASAN xidmət” mərkəzində yerləşən notariusa apararaq özünə qanuni, hüquqi vəzifəli şəxs imici qazandıraraq onda inam yaratmış, bu yolla onu aldadaraq Şəhid statusu adı altında aldığı 5 000 (beş min) manat pul vəsaitini mənimsəmişdir. Bununla bağlı yazdığı şikayət ərizəsi 05 iyun 2023-cü il tarixində Gəncə Şəhər 2-ci Polis Şöbəsində HK-1/2018 sayla qeydiyyata alınaraq TB-nin təhqiqatçısı polis polkovnik-leytenantı İslam Əhmədov tərəfindən araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Material nəzarət qaydasında Gəncə Şəhər Prokurorluğunda öyrənilən zaman araşdırma zamanı təhqiqatçı İslam Əhmədov tərəfindən material üzrə tam və hərtərəfli araşdırma aparılmadığı məlum olduğundan, 21 avqust 2023-cü ildə Gəncə Şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 iyun 2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilərək əlavə araşdırma aparılması üçün Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İB-ə göndərilmişdir. Həmin materialın icrası 23 avqust 2023-cü il tarixində TB-nin təhqiqatçısı baş leytenat Cavabdeh həvalə olunmuşdur. O, Cavabdeh tanımır, heç vaxt üzünü görməmişdir. Material üzrə araşdırma zamanı təhqiqatçı Cavabdeh onu, yəni zərərçəkəni istintaqa dəvət etməmiş, izahatını almamışdır. Materialdan da görünür ki, təhqiqatçı Cavabdeh, dələduz X2 naməlum səbəblərdən istintaqa cəlb etməmiş, izahatını almamış, ümumiyyətlə heç bir əlaqə saxlamamışdır. "Saxta araşdırmasında" ancaq qərarı ləğv olunmuş əvvəlki təhqiqatçının ləğv olunmuş materialından istifadə etmişdir. Söylədikləri xx.xx.2023-cü il tarixli S-161xx/xx/2023-2 nömrəli qərarda da açıq-aşkar öz əksini tapır. xx.xx.2023-cü il tarixində təhqiqatçı Cavabdeh tərəfindən qəbul olunmuş S-161xx/xx/2023-2 nömrəli qərar xx.xx.2023-cü il tarixində ona göndərilmiş, xx.xx.2023-cü il tarixində qərarı əldə etmişdir. Beləliklə bu qərar 96 gündən sonra ona göndərilmişdir. Bu fakt da Cavabdeh dələduz X3 ilə əlbir olduğunu göstərir və cinayətkarın məsuliyyətdən yayındırıldığını bir daha sübut edir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 449.1.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçısının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: CPM-in 449.2.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 449.3.5-ci maddəsinə görə bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. CPM-in 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Mülki işin materiallarından görünür ki, İddiaçı cavabdeh Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısı baş leytenant Cavabdeh qanunazidd hərəkətlərindən, yaxud hərəkətsizliyindən şikayətlə, yəni özünü hüquq mühafizə orqanının əməkdaşı kimi təqdim edən cinayətkarın məsuliyyətə cəlb olunması əvəzinə, cinayətkarı məsuliyyətdən kənarlaşdırdığına görə məsuliyyətə cəlb olunması, ona dəymiş 5000 manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi qanunverciliklə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilməsi nəzərdə tutulduğundan, hazırki iş üzrə iddiaçı iddia tələbi ilə bağlı cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, eyni zamanda iddiaçıya iddia ərizəsində göstərilənlə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Gəncə şəhəri 2-ci Polis Şöbəsinin təhqiqatçısı baş leytenant Cavabdeh qarşı “qanunazidd hərəkətlərdən (hərəkətsizlikdən) şikayətə” dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1453/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1453/2024
29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver