Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1457/2024 28.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 260 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, təxminən 2022-ci ilin oktyabr ayında Gəncə şəhəri Ruhi Əsəb xətəxanasında Elcan adlı tanıdığı şəxsə 300 manat borc pul vermişdir. Elcan bu günə qədər ona olan borcundan cəmi 40 manat pul vermişdir. Yerdə qalan 260 manat pulu geri qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırır. O, dəfələrlə Elcanın yaşadığı Gəncə şəhəri, Pirsultanlı küçəsində yerləşən evinə gedib ondan pulunu istəsə də hər dəfə o, müxtəlif bahənlərlə pulu verməkdən boyun qaçırır. Son vaxtlar da, Elcanın anası Sürəyya ona polisə şikayət edəcəyini və guya onun oğlu Elcana sələmə borc pul verdiyini demişdir, lakin o Elcana sələmə borc pul verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində o, Elcanın yaşadığı Gəncə şəhəri, Pirsultanlı küçəsində yerləşən evinə gedərək qapını döyüb onu çağırmışdır. Elcan və anası Sürəyya qapıya çıxaraq ona nə üçün onların evinə gəldiyini deyərək onu nalayiq sözlərlə söyüb təhqir etmişlər. Sonra isə Elcan və Sürəyya əvvəlcə onu əlləri ilə sinəsindən itələyərək sonra isə sağ qolumdan tutub dartıb fiziki ağrılar yetirərək yaşadıqları, evin qapısının ağzından qovmuşlar. Bundan sonra Gəncə Şəhər 3-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir ki, o, cavabdehin evinə gəlib pulu isdəyərkən cavabdeh onu döymüşdür. Daha sonra Gəncə Şəhər 3-cü Polis Bölməsində araşdırma aparılan zaman Cavabdeh ona olan borcunu etiraf etmişdir və bu barədə izahatında qeyd olunmuşdur. O, cavadehə dəfələrlə pulunu tələb etməyinə baxmayaraq o, öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, “ccinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarda Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə Cavabdeh verdiyi izahatdan görünür ki, o, İddiaçı təxminən 2022-ci ilin oktyabr ayında Gəncə şəhəri Ruhi Əsəb xətəxanasından tanıyır. O, həmin xəstəxanaya gəlib gedirmiş. Bir müddət sonra aralarında yaxın münasibətlər yaranmışdır. Onun pula ehtiyacı olduğu üçün həmin ərəfədə ondan 300 manat borc pul istəmişdir. O da, ona elə həmin xəstəxanada 300 manat borc pu vermişdir. O, həmin puldan cəmi 40 manat pul vermişdir. Yerdə qalan 260 manat pulu maddi çətinliyi ilə bağlı geri qaytara bilmir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində evinin qapısı döyülmüşdür. Qapıdan eşimişdir ki, Təranə onu yüksək səslə çağrırır. Onunla birlikdə anası X1 qapıya çıxaraq ona nə üçün evinə gəldiyini və qapılarında səs-küy saldığını demişdir. Həmin vaxt onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, pulunu almağa gəldiyimi və pulunu geri almayınca heç bir yerə getməyəcəyini deyərək qapıdan içəri girmişdir. O da, anasıya birlikdə onun qollarından tutub dartaraq qapılarından küçəyə çıxarmışlar. Bundan başqa aralarında heç nə baş verməmişdir. Anasının adı Reyhan olsa da, onu biz və onu tanıyanların çoxu Sürəyya adlandırır. O, Təranəyə olan 260 manat borcunu tez bir zamanda ödəyəcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (maddə 739). Hazırkı iş üzrə iddiaçı mülkiyyətinə verdiyi 260 manat pulun cavabdehdən tutulması xahiş etmişdir. Polis şöbəsinə araşdırma aparılması zamanı Cavabdeh verdiyi izahatla İddiaçı 260 manat borcu qaldığını bildirmişdir. Cavabdeh tərəfdən daha az borcunun qalması və (ya) daha çoc ödəniş etməsini təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilərək, cavabdehdən 260 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu əvəzi qismində 30 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 260 (iki yüz altmış) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1457/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1457/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver