Məhkəmə qərarları › İş №2(125)-1463/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1463/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1463/2024 13.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 (iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X14) qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 (iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X14) qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 44.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 222 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2021-ci ilin oktyabr ayının 28-də Bakı şəhərindən Gəncə şəhərinə gələrkən taksi avtomobilində Cavabdeh3 ilə tanış olmuşdur. Cavabdeh3 özünü ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı ərazi məşğulluq mərkəzində işləyən və vakansiyalar barədə daim məlumatlı şəxs kimi təqdim etmiş, istənilən vaxt ona və tanıdığı şəxslərə kömək edə biləcəyini demişdir. Buna görə də onun Cavabdeh3 inamı yaranmışdır. Sonradan onun tanışları X10 və X14 ona işlərinin çətinliyi barədə giləyləndikdə Cavabdeh3 ona etdiyi təklifi xatırlamış, həmin şəxsləri Cavabdeh3 ilə tanış etmişdir. Cavabdeh3 isə onun vasitəsilə hər birindən 24.000 manat, cəmi 48.000 manat məbləğində pul vəsaitini X2 və X4 almışdır. Bir müddət sonra E.F.Hüseynov və A.Ə.Məlikov Cavabdeh3 tərəfindən aldadıldıqlarını bilmiş, bununla əlaqədar hüquq mühafizə orqanlarına şikayət etmişlər. xx.xx.2023-cü il tarixdə Cavabdeh3, onun oğulları Cavabdeh1, Cavabdeh4 və bacısı Cavabdeh2 Cavabdeh3 ona verəcəyi 44.000 manat məbləğində pulu qaytaracaqlarına dair öz üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 öz üzərlərinə öhdəlik götürmələri ilə əlaqədar o, E.Ə.Hüseynovun və A.Ə.Məlikovun məruz qaldıqları 48.000 manat məbləğində zərəri ödəmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinərək 2 il 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 ilə onun arasında olan razılaşmaya əsasən həmin şəxslər 44.000 manat məbləğində pul vəsaitini hər ay 1.200 manat, son ayda 2.000 manat olmaqla, 36 ay ərzində hissə-hissə ödəməyi öz öhdələrinə götürsələr də, cinayət işi üzrə məhkəmə hökmü çıxarılandan sonra Cavabdeh3 və digər cavabdehlər ona heç bir məbləğdə ödəniş aparmamışlar. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X14 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin mülki işin baxılmağa hazırlanması zamanı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, İddiaçı onun xahişi əsasında X5 və X11 hər birinə 24.000 manat, cəmi 48.000 manat məbləğində pul vəsaitini ödəmişdir. Məhz S.N.X1 və X11 apardığı ödənişlər əsasında ona yüngül cəza təyin edilməsi mümkün olmuşdur. S.N.X1 və X11 ödənişləri xx.xx.2023-cü il tarixli akt əsasında həyata keçirilmiş, həmin akt üzrə Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və onun tərəfindən 44.000 manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyi götürülmüşdür. Sonda Cavabdeh3 iddianı tam həcmdə etiraf etdiyini, həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Mülki işin baxılmağa hazırlanması zamanı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və X14 izahatlarında Cavabdeh3 tərəfindən onların hər birinə vurulmuş 24.000 manat, cəmi 48.000 manat məbləğində maddi zərərin İddiaçı tərəfindən onlara ödənildiyini bildirmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-270/2023 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh3 tamah niyyətilə İddiaçı ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun tanışı X7 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə İddiaçı öz adını «Şəbnəm» kimi təqdim edərək 24.000 manat qarşılığında Asiman Məlikovun tanışı X8 yüksək vəzifədə işləyən tanışları vasitəsilə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhərində yerləşən Yanğından Mühafizə İdarəsinə işə təyin etdirməyə köməklik edəcəyini vəd verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda İddiaçı bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin noyabr ayının 2-də Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsində yerləşən 54 nömrəli ATS-in yaxınlığında İddiaçı Asiman Məlikovun verdiyi 7.500 manatı, 2021-ci ilin noyabr ayının 4-də Gəncə şəhəri, Təbriz küçəsində İddiaçı Asiman Məlikovun verdiyi 16.500 manatı alıb ələ keçirərək ümumilikdə Asiman Məlikova vahid niyyətlə 24.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə İddiaçı ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun tanışı X7 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə İddiaçı öz adını «Şəbnəm» kimi təqdim edərək 24.000 manat qarşılığında Asiman Məlikovun tanışı X8 yüksək vəzifədə işləyən tanışları vasitəsilə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhərində yerləşən Yanğından Mühafizə İdarəsinə işə təyin etdirməyə köməklik edəcəyini, İddiaçı «Vətən müharibəsi»ndə iştirak etdiyinə görə müharibə iştirakçısı medallar verdirəcəyinə vəd verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda İddiaçı bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin noyabr ayının 4-də Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsində yerləşən 54 nömrəli ATS-in yaxınlığında İddiaçı mühüm şəxsi sənədi olan SX ******* nömrəli hərbi biletini, alıb ələ keçirərək mühüm şəxsi sənədi olan hərbi biletini talamışdır. Bundan başqa o, təkrar tamah niyyəti ilə İddiaçı ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun tanışı X3 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə öz adını «Şəbnəm» kimi təqdim edərək 24.000 manat qarşılığında X6 Dövlət Gömrük Komitəsində inspektor vəzifəsinə yüksək vəzifədə işləyən tanışları vasitələri ilə işə təyin etdirməyə köməklik etməyə söz verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda İddiaçı bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin noyabr ayının 20-də Gəncə şəhərində Ş.İ.Xətai prospekti ilə Nizami prospektinin kəsişməsində axşam saatlarında İddiaçıdan Etibar Hüseynovun verdiyi 18.000 manat, onun İddiaçı tapşırığı əsasında 2021-ci ilin dekabr ayının 15-də saat 14:50 radələrində sonuncunun Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Asan xidmət mərkəzindəki «MilliÖn» ödəmə terminalı vasitəsilə gəlini Qasımova (Əjdərli) Nərmin Feyruz qızının adına olan 5243 7544 1078 7426 nömrəli «X16» ASC «Albalı» debet kartına göndərdiyi 6.000 manatı ələ keçirərək, ümumilikdə Etibar Hüseynova vahid niyyətlə 24.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli öhdəlik götürülməsinə dair aktdan görünür ki, İddiaçı, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 akt tərtib etmişdirlər ki, Samirənin İddiaçı verəcəyi 44.000 manat məbləğində pulu qaytaracaqlar. Bunun müqabilində Əsədov X12 azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan cəza növündə cəza verilməsini xahiş etməlidir. Həmin gün Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 iştirakı ilə öhdəliyin götürülməsinə dair akt tərtib edildi.Akta əsasən S.E.Qasmova, Cavabdeh1, Cavabdeh1 və Cavabdeh2 zərərçəkmiş şəxs İddiaçı vurulmuş maddi zərəri yəni 44.000 manatı 36 ay ərzində hər ay 1.200 manat, son ayda isə 2.000 manat olmaqla ödəməyi öz öhdələrinə götürürlər. Ödənişlər növbəti aydan, yəni 2023-cü ilin sentyabrından başlayır və hər ayın 15-i 1.200 manat məbləğində pul İddiaçı ödənilir. Həmin şəxslər tərəfindən (öhdəlik götürənlər) 2 ay ardıcıl olaraq gecikmə hallarına yol veriləcəyi təqdirdə zərərçəkmiş şəxs İddiaçı öhdəlik götürənləri xəbərdar etmədən məhkəmə mübahisələrini yeniləmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh3 iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh3 iddianın etirafı qəbul olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə (reqress) tələb hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X5 və X11 Cavabdeh3 tərəfindən hər birinə 24.000 manat məbləğində olmaqla, cəmi 48.000 manat məbləğində maddi zərər vurulmuşdur. Sonradan Cavabdeh3, X3 və X7 razılığı əsasında İddiaçı həmin məbləğdə pul vəsaitini E.F.Hüseynova və A.Ə.Məlikova ödəmişdir. X5 və X11 ödənilmiş 48.000 manat məbləğində pul vəsaitinin 4.000 manat məbləğində hissəsi Cavabdeh3 tərəfindən İddiaçı qaytarılmışdır. Digər 44.000 manat məbləğində pul vəsaitinin S.Ə.Əsədova qaytarılmasını isə Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 öz öhdələrinə götürmüş, həmin şəxslərlə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə borcun etirafına dair müqavilə imzalanmışdır. Qeyd olunan xüsusatlar Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-270/2023 nömrəli hökmü, Cavabdeh3, X3 və X7 məhkəmə iclasında verdikləri izahatlar, habelə xx.xx.2023-cü il tarixli müqavilə ilə təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icar etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.3-ci maddəsinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 500.1 və 500.2-ci maddələrinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 44.000 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 222 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi qismində 44.000 (qırx dörd min) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 222 (iki yüz iyirmi iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar