Məhkəmə qərarları › İş №2(125)-1487/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1487/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1487/2023 01.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X3, İddiaçı Cavabdeh qarşı «müəyyən olunmuş alimentin miqdarının artırılması və uşaqların ananın razılığı olmadan ölkə xaricinə çıxarılması» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı «müəyyən olunmuş alimentin miqdarının artırılması və uşaqların ananın razılığı olmadan ölkə xaricinə çıxarılması» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(044)-700/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün 80 (səksən) manat alimentin miqdarını artıraraq Cavabdeh uşaqları 07 avqust 2010-cu il təvəllüdlü X1 və 23 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşları çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 manat alimentin onun xeyrinə tutulması və qeyd edilən uşaqların yetkinlik yaşlarına çatana kimi anaları Cavabdeh razılığı olmadan onunla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasını və geriyə qaytarılmasını müəyyən edən qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi məhkəməyə qeyri-prossesual formada verilmiş, iddiaçı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir icraatda birləşdirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hər biri ayrılıqda olmaqla müstəqil tələblə məhkəməyə müraciət etməlidir. Bu da nəticə etibarilə onu deməyə əsas verir ki, həmin tələblər bir biri ilə uyuşmayan, fərqli sübutetmə üsuluna malik tələblərdir. Məsələn məhkəmədə iddianın bir hissəsi olan alimentin miqdarının artırılmasına baxan zaman məhkəmə uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını və cavabdehin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilib-edilməməsini nəzərə almaqla aydınlaşdırmalıdır. Məhkəmə eyni zamanda digər bir iddia tələbi olan uşaqların ananın razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına münasibətdə isə qeyd edir ki, həmin məsələ həssas məsələ olmaqla uşaqların mənafeyinə aid məsələ olduğundan məhkəmə hər bir halda hazırki işə baxan zaman bu halı da diqqətdə saxlamalıdır. Belə ki, iddiаçı atanın аzyаşlı uşaqlarını istirаhət, müalicə və sаir məqsədlər üçün xаrici ölkəyə (və yа ölkələrə) аpаrmаq istəməsi аzyаşlı uşaqların hər hаnsı mаrаq və mənаfelərinə zidd olub-olmaması, əksinə onların psixi, fiziki, mənəvi inkişafınа və dünyа görüşünə müsbət təsir edə biləcək аmillərin olub-olmamasını araşdırmalıdır. Bundan başqa qeyd edilməlidir ki, alimentin məbləğinin artırılması ilə bağlı iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu halda, digər tələbinə, yəni uşaqların ananın razılığı olmadan ölkə xaricinə çıxarılmasına münasibətdə isə qiymətləndirilməyən iddialar kateqoriyasına aid olduğu üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəməlidir ki, iddiaçı buna da əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı «müəyyən olunmuş alimentin miqdarının artırılması və uşaqların ananın razılığı olmadan ölkə xaricinə çıxarılması» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı Cavabdeh qarşı «müəyyən olunmuş alimentin miqdarının artırılması və uşaqların ananın razılığı olmadan ölkə xaricinə çıxarılması» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar