Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1489/2022 30.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Tahir oğlunun sədrliyi, Səfərova Leyla Firdovsi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6800 (altı min səkkiz yüz) manat pulun və 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, o, 10 avqust 2018-ci ildə tanış maklerin köməyi ilə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 29,22 kv.m olan 2 otaqdan ibarət 3 saylı mənzilini ayda 400 manat olmaqla Cavabdeh kirayəyə vermişdir. Cavabdeh ona həmin kirayə götürdüyü mənzilə görə ilk ay üçün 400 manat ödəmişdir. Sonra isə hər ay müxtəlif bəhanələrlə ona bu pulu verməmişdir. Hər dəfə kirayə haqqını ondan tələb etsə də cavabdeh pulu ödəyəcəyini söyləmişdir. Sonradan bilmişdir ki, cavabdeh 04 avqust 2019-cu il tarixdə onun qeyd olunan mənzilini ayda 370 manat olmaqla 04 avqust 2019-cu il tarixdə bağlanmış kirayə müqaviləsinə əsasən X2 vermişdir. Müqavilədə 370 manat göstərilməsinə baxmayaraq hər dəfə müxtəlif uydurduğu yalanlarla daha artıq məbləğ tələb edib, iki ayı birdən almışdır. Cavabdeh 14 yanvar 2021-ci il tarixdə (notariusda) öz xətti ilə yazdığı qəbzdə ona 6800 (altı min səkkiz yüz) manat borclu olduğu pulu qaytaracağına söz vermiş, lakin hər dəfə müxtəlif bəhanələrlə ödəməli olduğu kirayə haqqını ödəməkdən yayındığı üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı cavabdehin öz etirazında 800 manat ödəniş etməsinə dair göstərmişdir ki, cavabdeh ona 20 ay üçün hər ayı 400 manat olmaqla 8000 manat kirayə həqqı ödəməli olduğu halda ilkin olaraq 400 manat və sonradan 2019-cu ilin noyabr ayında cəmi 800 manat öədmiş, həmin məbləğləri çıxdıqdan sonra 6800 manat borcu qalmışdır. Cavabdeh özüdə verdiyi qəbzdə 6800 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh həmin qəbzi verdikdən sonra heç bir ödəniş etmədiyini göstərərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş edərək, məhkəməyə etiraz ərizəsi göndərmişdir. Etiraz ərizəsində qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən 3 saylı mənzili makler vasitəsi ilə qarşılıqlı razılıq əsasında 400 (dörd yüz) manata kirayə götürmüşdür. Həmin vaxt 05 sentyabr 2018-ci il tarixdə anadan olmuş oğlu X4 hamilə olmuşdur. Vətəndaş nikahında olduğu Rüstəmə güvənərək mənzili kirayə götürmüşdür. Lakin Rüstəm ailə münasibətlərinə ciddi yanaşmadığından birinci aydan sonra kirayə pulunu ödəmək qabiliyyətini itirmişdir. Yeni anadan olmuş uşağın qayğısı, digər iki uşağın qayğısı sadəcə olaraq onu həddindən artıq çox çətin vəziyyətdə qoymuşdur. Heç bir yerdən köməyi olmadığı üçün intihar həddinə çatmışdır. Sonra COVİD-19 Pandemiyası elan olunduqdan sonra 2019-cu ildən sərtləşdirilmiş karantin rejimi tətbiq olunmuşdur. Tamamilə əlacsız vəziyyətdə qaldığı üçün mənzili 370 manata X2 vermişdir. İddia tələbində qeyd edilən 6800 (altı min səkkiz yüz) manatdan şəxsən İddiaçı 800 (səkkiz yüz) manat qaytarmışdır. 6800 (altı min səkkiz yüz) manat borclu olması barədə öz xətti ilə yazdığı qəbzə gəlincə isə, iddiaçıdan xahiş etmişdir ki, hər ay hissə-hissə ödəməsinə şərait yaratsın. Buna görə də elə yazılı qəbzə imza etmişdir. 14 yanvar 2021-ci il tarixdə iddiaçı ilə birlikdə notariusa getmişdir. İddiaçının pulunu verməkdən imtina etmir. İddia tələbini qismən qəbul edir. İddiaçıya 6000 (altı min) manat borcu qalmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2015-ci il tarixli, RX ******* seriyalı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu X8 küçəsi ev 82 Q ünvanda yerləşən 3 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. xx.xx.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu X8 küçəsi ev 82 Q ünvanda yerləşən 3 saylı mənzili xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq 370 manat ödəmək şərti ilə X1 vermişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6800 manat pulu qaytarmağına dair söz vermişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdar edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 675-ci maddəsinə əsasən əmlak kirayə müqaviləsinə görə kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. MM-in 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə cavabdeh kirayə müqaviləsi üzrə üzərinə götürmüş öhdəliyi yerinə yetirməmiş, ona xəbərdarlıq edilməsinə baxmayaraq kirayə haqqını ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehin öz etirazında borcundan 800 manat qaytarmasına dair göstərdiyi dəlillərə qiymət verərək məhkəmə qeyd edir ki, cavabdeh həmin pulun hansı vaxtda qaytarmasını və və bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq öhdəlik yerinə yetirilmədiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 6800 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh 6800 (altı min səkkiz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(125)-1489/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1489/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver