Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1495/2023 13.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 (iki min) manat borcun, 40 (qırx) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2040 (iki min qırx) manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh keçmiş polis əməkdaşı olmuşdur və onunla tanışlıq münasibətləri vardır. 2021-ci ildə cavabdeh ona müraciət edərək, anasının xəstəliyi ilə əlaqədar olaraq 2000 manat borc pul istəmişdir. O, cavabdehin mövcud vəziyyətini nəzərə alaraq onunla razılaşmış və cavabdehə qaytarmaq şərtilə 2000 manat borc pul vermişdir.Cavabdeh qısa müddət ərzində borcu qaytaracağına söz versə də, sonradan pulu verməkdən imtina etmişdir. O, dəfələrlə cavabdehə zəng etmiş yaxud mesaj yazmışdır, hətta onunla WhatsApp yazışmaları da vardır. Cavabdeh ona bu yazışmalarda borcunun qaytarılması ilə bağlı vədlər vermişdir. Ancaq bu vədlərə əməl etməmiş, borcunu ödəməmişdir. Bu səbəbdən məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Whatsapp” sosial şəbəkəsi vasitəsilə tərəflər arasında olan danışıqlardan görünür ki, İddiaçı borcun ödənilməsi üçün Cavabdeh ilə mütəmadi olaraq əlaqə saxlamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi olmuş, cavabdeh iddiaçıdan 2000 manat məbləğində borc pul almış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı Cavabdeh 2000 (iki min) manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 40 (qırx) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qiyabi qətnamədən, tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması üçün 10 gün müddət bitdikdən sonra 1(bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1495/2023
Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-1495/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver