Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1512/2023 27.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işıq xətinin çəkilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Cavadxan qəsəbəsində ona məxsus olan evə işıq xəttinin çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 19 dekabr 2*13-cü il tarixli, 2*82 saylı Sərəncamı ilə Gəncə şəhəri Cvadxan qəsəbəsində yerləşən 2**.* kv.m torpaq sahəsində ona fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. Gəncə şəhər, Cavdxan qəsəbəsində ona məxsus hazır olmuş ünvanda işıq xətti yoxdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC-yə müraciət etmiş, lakin ona imtina cavabı vermişlər. Məhkəmə iclasında iddiaçı ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək yüksək gərginlikli elektrik veriliş xəttinin mühafizə zonasında yerləşdiyi üçün iddiaçının yaşadığı evə elektrik xəttinin çəkilməsinin mümkün olmadığını bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1*.*4.2*15-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddiaçı yaşadığı evə təbii "xxxx" ASC tərəfindən elektrik xətti çəkilməməsindən narazı qalaraq müvafiq iddiayla məhkəməyə müraciət etmişdir. Məhkəmə Ali Məhkəmə Plenumunun qərarındakı mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçı mülki (öhdəlik) hüquq münasibətlərində olmadığı cavabdehin - təbii inhisar subyekti olan "xxxx" ASC-nin hərəkətsizliyindən irəli gələn mübahisəyə baxılması üçün İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 261.*.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işıq xətinin çəkilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1512/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1512/2023
27.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver