Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1520/2023 27.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-510/2022 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2015-ci il tarixdə anadan olmuş X7, xx.xx.2019-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 24 oktyabr 2014-cü ildə el adəti üzrə evlənmiş, nikahlarını isə 31 mart 2016-cı il tarixdə Gəncə Asan Xidmət Mərkəzində rəsmiləşdirmişlər. Birgə nikahlarından 11 noyabr 2015-ci il tarixdə X7, 15 iyun 2017-ci il tarixdə X2 və 19 mart 2019-cu il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Xasiyyətləri tutmadığı üçün iddiaçının ərizəsi əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(044)-3303/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(066)- 510/2022 saylı və Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(104)- 1954/2022 saylı qətnamələri ilə cavabdehdən hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Uşaqlar böyüyür, təlabatları artır, lakin ata uşaqları ilə maraqlanmır, onların saxlanılmasında iddiaçıya ancaq təyin olunmuş aliment məbləğindən başqa hər hansı bir köməklik göstərmir. Cavabdeh fərdi əməklə məşğul olur, onun kifayət qədər qazancı var və o, normal aliment ödəmək iqtidarındadır. Ona görə də, birgə nikahlarından doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması üçün Gəncə 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sesiyasına gəlməmiş, buna görə də, mediator iddiaçıya cavabdehin ilkin mediasiya sesiyasında iştirak etməməsi barədə arayış verərək məhkəməyə müraciət etməyi bildirmişdir. Ona görə də, iddiaçı məcbur olub qanunvericiliyin tələbinə uyğun olaraq hazırki ərizə ilə məhkəməyə müraciət edərək Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(066)-510/2022 saylı qətnaməsi ilə təyin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(104)- 1954/2022 saylı qətnaməsi ilə qüvvədə saxlanaraq cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 660 manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçı Cavabdeh ilə 24 oktyabr 2014-cü ildə el adəti üzrə evlənmiş, nikahlarını isə 31 mart 2016-cı il tarixdə Gəncə Asan Xidmət Mərkəzində rəsmiləşdirmişlər. Birgə nikahlarından 11 noyabr 2015-ci il tarixdə X7, 15 iyun 2017-ci il tarixdə X2 və 19 mart 2019-cu il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Xasiyyətləri tutmadığı üçün iddiaçının ərizəsi əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(044)-3303/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(066)-510/2022 saylı və Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(104)-1954/2022 saylı qətnamələri ilə cavabdehdən hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Maddi imkanı yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Gəncə Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2021-ci il tarixdə pozulmuşsur. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(104)-1954/2022 saylı qətnaməsinin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2422/2019 saylı qətnaməsi ilə, xx.xx.2015-ci il tarixdə anadan olmuş X7, xx.xx.2019-cü il tarixdə anadan olmuş X5, xx.xx.2021-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmiş və həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-2422/2019 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən Cavabdeh hər ay 120 manat alimentin tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 24 oktyabr 2014-cü ildə el adəti üzrə evlənmiş, nikahlarını isə 31 mart 2016-cı il tarixdə Gəncə Asan Xidmət Mərkəzində rəsmiləşdirmişlər. Birgə nikahlarından 11 noyabr 2015-ci il tarixdə X7, 15 iyun 2017-ci il tarixdə X2 və 19 mart 2019-cu il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Xasiyyətləri tutmadığı üçün iddiaçının ərizəsi əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(044)-3303/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(066)- 510/2022 saylı və Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(104)- 1954/2022 saylı qətnamələri ilə cavabdehdən hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək Göygöl Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli 2(066)-510/2022 saylı qətnaməsi ilə təyin edilmiş cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 360 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 220 manat, cəmi 660 manat miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 135 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X7, xx.xx.2019cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-510/2022 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 135 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixdə anadan olmuş X7, xx.xx.2019-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-510/2022 saylı qətnaməsi ilə hər ay hərr uşaq üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 135 (bir yüz otuz beş) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il tarixdə anadan olmuş X7, xx.xx.2019-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-1520/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1520/2023
27.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver