Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1521/2024 05.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçılar İddiaçı3 və İddiaçı4, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi, habelə İddiaçı1 vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixdən hazıradək, yəni xx.xx.2024-cü il tarixədək olan müddətdə iddiaçıların ünvan 1 ünvanında yaşamamalarını nəzərə alaraq cavabdehdən 10200 manat məbləğində dəymiş ziyanın alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 27 oktyabr 1998-cj il tarixdə rəsmi nigaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 3 övladı dünyaya gəlmişdir. Hazırda Cavabdeh ilə aralarında olan nigah pozulmuşdur. Gəncə şəhər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(125)-414/2023 nömrəli qətnaməsinə əsasən onların ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Apellyasiya şikayəti cavabdeh tərəfindən verilsə də, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamə üzrə onların Gəncə şəhəri Üzrə İcra İdarəsinin məmuru vasitəsi ilə evə köçürülməyi təmin edilərkən müəyyən edilmişdir ki, fərdi yaşayış evi borclu tərəfindən sökülmüşdür. Hazırda evə köçməkləri təmin edilmədiyindən çöldə qalmışdır. Bu baxımdan hesab edir ki, məhkəmə qətnaməsi ilə bağlı qeyd olunan ev üzərində istifadə hüquqları olduğundan və cavabdeh tərəfindən həmin ev söküldüyündən hüquqları bərpa edilməli və ev üzərində olan istifadə hüququları kompensassiya edilərək 12000 manat məbləğində dəymiş zərərin onlara ödənilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı tərəf hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, sözügedən evin məhkəmə mübahisələrindən əvvəl söküldüyünü və daha yaxşı şəraitə malik ev tikmək üçün həmin evi sökdüyünü, lakin maddi imkanı çatmadığı tikintini həyata keçirə bilmədiyini, habelə iddiaçı tərəfə hər hansı kompensasiya məbləği ödəməyə razı olmadığını bildirdirdi, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-414/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh mülkiyyətində olan ünvan 3an 2 otaqlı mənzilə köçürülmələri qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 1052/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-414/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən qəbul olunmuş, “İcra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 borclu Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 41,7 kvın olan 2 otaqlı mənzilə köçürülməlidirlər. İcra sənədinin icrası ilə bağlı ünvan 4 ünvanında olunmuş və ünvan 3an 2 otaqlı mənzilin uçduğu və belə bir mənzilin olmadığı müəyyən edilmişdir, bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsini rəhbər tutaraq Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)- 414/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/4080 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 16 nömrəli ünvanında yerləşən ümumi sahəsi 41,70 kv.m olan mənzilə oxşar şəraitli mənzillərin və fərdi yaşayış evlərinin orta təmirli vəziyyətdə aylıq icarə haqqının orta bazar qiyməti nəzəri qaydada təxminən 350 manat müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, iddiaçıların xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə hüququn yaranması və həmin ünvana köçürülmələri barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi cavabdehin mülkiyyətində olan mübahisəli ev söküldüyünə görə icra edilmədən geri qaytarılmışdır. Hazırkı iş üzrə iddiaçılar mübahisəli fərdi yaşayış evinin sökülməsi nəticəsində istifadə hüququna xitam verilməsinin əvəzi qismində kompensiya ödənilməsini xahiş edirlər. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin tələbinə və könüllü iradəsi əsasən məhkəmə qaydasında kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit etmişdir. Lakin hazırkı iş üzrə iddiaçıların cavabdehin mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında qarşılıqlı razılaşma və ya həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməklə xitam verilməsi müəyyən olunmamışdır. Belə olan halda, iddiaçılar hazırkı iddianı irəli sürmək hüququna malikdir. Bununla yanaşı, müvafiq məhkəmə qərarı olmadan iddiaçıların istifadə hüququna xitam verilməsinə səbəb olan əməlinə görə cavabdeh kompensasiya ödənilməsi tələbinin yönəldilməli olduğu şəxsdir. Belə ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiyyət hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllədə tənzimlənir. Həmçinin nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin onun iradəsinə uyğun olaraq sökülmüş, beləliklə iddiaçıların həmin yaşayış sahəsinə istifadə hüququna xitam verilmişdir. Bundan başqa, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də hər hansı norma yoxdur. Qanunvericilikdə, həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi nəzərdə tutulub. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün kompensasiya məbləği yetərli olsun. Həmin məbləğin yetərli olubolmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehdən tələb olunan kompensasiya məbləği ididaçılaırn davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağına imkan verməlidir. Məhkəmə yuxarıda qeyd olunan mütəxəssis rəyinə əsasən hesab edir ki, mübahisəli evin aylıq kirayə haqqı orta hesabla 350 manatdan götürülsə, tələb olunan kompensasiya məbləği iddiaçılara birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir. Bundan başqa, iddiaçıların tələb etdiyi kompensasiya məbləği onların eyni inzibati ərazi vahidində xeyli müddətdə kirayə mənzil haqqını ödəməyə kifayət etdiyindən həmin məbləğ ədalətli olmaqla cavabdehin birtərəfli qaydada xitam verdiyi istifadə hüququnun əvəzi qismində qəbul ediləndir. Nəzərə alınır ki, mənzildən istifadə hüququna xitam verilməsi əvəzində kompensasiya ödənilməsi mənzildən istifadə hüquqlarına xitam verilən iddiaçıların bununla dərhal ağır şəraitə düşməməsinə, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanına malik olmasına xidmət etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf mübahisəli ünvanda yaşamadıqları xx.xx.2021-ci il tarixdən kompensasiyanın hesablanmasını xahiş etsə də, həmin tarixə dair hər hansı sübut təqdim etməmişlər. Bu hal iddiaçının əsaslı tələbinin təmin edilməsi üçün maneə hesab oluna bilməz. Belə ki, Gəncə şəhər İcra İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarla iddiaçıların mübahisəli ünvana köçürülmələrinin və istifadə hüquqlarını həyata keçirmələrinin qeyri-mümkün olması müəyyən olunmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin kompensasiya məbləğini ödəməyə etirazı və məhkəmə icraatı zamanı tərəflərin kompensasiya məbləği barədə hər hansı qarşılıqlı razılıq əldə etməməsi iddianın təmin olunması üçün maneə deyil. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququ olsa da, hazırkı iş üzrə kompensasiyanın məbləği təklif kimi qiymətləndirilə bilməz. Yəni cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilmiş istifadə hüququnun əvəzi qismində kompensasiya məbləğini işə baxan məhkəmə bazar qiymətinə uyğun müəyyən etməlidir. Hazırkı halda kompensasiya məbləğini mübahisəli evin mülkiyytəçisi olmuş cavabdehlə razılaşdırmaq zərurəti aradan qalxmış və məhkəmə qaydasında bazar qiymətinə uyğun müəyyən edilmiş kompensasiya məbləğini ödəmək öhdəliyi cavabdeh üçün öz əməlinin nəticəsi olaraq yaranmışdır. Məhkəmə sadalanan hüquq normalarını mülki işin tədqiq edilmiş hallarına tətbiq etməklə hesab edir ki, iddia təmin edilməli, istifadə hüququna xitam verilməsinin əvəzi qismində kompensasiya olaraq 10200 manat pul cavabdehdən alınaraq iddiaçılara müştərək qaydada ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 10200 (on min iki yüz) manat pul tutularaq müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1521/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1521/2024
05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver