Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1529/2022 24.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) X5 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə istifadə hüququnun tanınması və köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, X9 ilə, 2015-ci ilin dekabr ayında evlənmiş, lakin nikahları qeydə alınmamışdır. Cavabdehlə birgə nikahlarından 2016-cı ilin dekabr ayında Sevinc adlı uşağı anadan olmuşdur. Aralarında yaranan narazılığa görə xeyli vaxtdır ki, ərarvad münasibəti kəsilmişdir. Cavabdeh Anar Abdullayev 2017-ci ildə sonuncu dəfə onu döyərək körpə uşağı ilə birlikdə yaşadıqları evdən onları çıxarıb qovmuşdur. Həmin vaxtdan o, qızı ilə bərabər atasının evində anası ilə yaşayır. Ona məxsus olan əşyalar cavabdehin yaşayış evinə yerləşdirilmişdir. Hal-hazırda cehiz əşyaları həmin evdədir. 2018-ci ilin sentiyabır ayınında Gədəbəy rayon məhkəməsi tərəfindən uşağa aliment kəsilmişdir. Cavabdeh alimenti vaxtında ödəmir. O, anasının evində yaşaya bilmir çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək və yazılı ərizə təqdim edərək, bildirdi ki, xx.xx.2015-ci ildə evləndikdən sonra ünvan 2 ünvanında yerləşən 11 saylı mənzilə köçmüşdür. Təqribən 1 ay sonra əri Anarla Rusiya Federasiyasına köçmüş və 9 ay orada yaşamışlar. xx.xx.2016-cı ildə əri Anarla ayrılıb Azərbaycan Respublikasına qayıtmış və Abşeron ryaonunda yaşamışdır. Daha sonra qızı dünyaya gəldikdən sonra xx.xx.2017-ci ildə yenidən Gəncə şəhəri Vəli Xuluflu küçəsində yerləşən evə qayıtmış və qızıyla birlikdə 1 ay həmin ünvanda yaşamışdır. Təqribən 1 ay sonra Anarın qardaşı və qohumları tərəfindən məcburi şəkildə yuxarıda qeyd etdiyi ünvandan çıxarılmış və Gədəbəy rayonu Alnabat kəndində yerləşən anasını evinə qayıtmışdır. Məhkəmə iclasında cavabdehin təmsilçisi iddiaya etiraz edərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 12 saylı mənzil xx.xx.2012-ci il tarixdən X3 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, ev 402 ünvanında yerləşən 12 saylı mənzili X2 almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən, Gəncə şəhəri 6 saylı Dövlət notariat kontorunun xx.xx.1992-ci il tarixli, 2-1-95 reyestr nömrəli “X17 Mənzillərinin” alqı-satqı müqaviləsinə əsasən, ünvan 6 ünvanında yerləşən 12 saylı mənzil X14 adına qeydiyyata alınaraq xx.xx.1992-ci il tarixli, 6280 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 6 saylı Dövlət notariat kontorunun xx.xx.1992-ci il tarixli, 2-1-96 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mənzil X14 təfindən X11 satılmışdır. Bu müqaviləyə uyğun olaraq Həmzəyeva (Həsənova) Oksana Sabirovna adına xx.xx.1992-ci il tarixli, 6280 reyestr nömrəli qeydiyyat vəsiqəsi və həmin qeydiyyat vəsiqəsi əsasında xx.xx.2010-cu il tarixli, **********64-05101-093011 reyest nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli, 4Ə-01-442 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, sözügedən mənzil X12 tərəfindən Abdullayevə Səadət isgəndər qızına satılmışdır. Həmin müqaviləyə əsasən, sonuncunun adına xx.xx.2012-ci il tarixli, **********64-05101-093011 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hazırkı iş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini cavabdehin oğlu ilə 2015-ci il tarixdə nikaha daxil olduqdan sonra yaranan münasibətlərə əsaslandırmışdır. Belə olan halda, iddiaçının həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmamasını müəyyən etmək üçün hazırkı iş üzrə tərəflər arasında 2009-cu il oktyabrın 1-dən yaranmış münasibətlərə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, sübut növü olan izahatında iddiaçının köçürülməsini xahiş etdiyi mübahisəli mənzildən istifadə etməsi müəyyən olunmur, bu hal isə tələbi təkzib edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının istifadə hüququnun yaranması müəyyən olunmadığından mübahisəli mənzilə köçürülməsi barədə tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh X4 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1529/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1529/2022
24.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver