Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1540/2022 15.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 may 2021-ci il tarixli, MAS-3795 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və həmin əmlakın istifadə edilməsinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 207 manat 19 qəpik, gecikdirilmiş mükafat qismində 213 manat 74 qəpik, dəbbə pulu qismində 264 manat 92 qəpik, vurulmuş zərərin əvəzi qismində 3.189 manat 20 qəpik, cəmi 3.875 manat 05 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 manat 16 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 may 2021-ci il tarixli, MAS-3795 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və həmin əmlakın istifadə edilməsinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 207 manat 19 qəpik, gecikdirilmiş mükafat qismində 213 manat 74 qəpik, dəbbə pulu qismində 264 manat 92 qəpik, vurulmuş zərərin əvəzi qismində 3.189 manat 20 qəpik, cəmi 3.875 manat 05 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 manat 16 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 may 2021-ci il tarixli, MAS-3795 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, «Khazar SD» markalı, ** PY *** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322003 ban nömrəli, qara rəngli avtomobil 16.700 manat məbləğində İddiaçı mülkiyyətinə alınmış, bundan sonra sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 23 faiz hesablanmaqla 48 aylıq müddətdə hər ay sabit məbləğ olmaqla cəmi 426 manat 28 qəpik, ümumilikdə 23.862 manat məbləğində pul vəsaitini lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçındə olan «Khazar SD» markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil 18 may 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3.189 manat məbləğində ziyan dəymişdir. X4 tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 05 aprel 2022ci il tarixdə 5 manat məbləğində olmuşdur. Cavabdeh 25 may 2021-ci il tarixli MAS-3795 saylı daxili lizinq müaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 18 may 2022-ci il tarixə 207 manat 19 qəpik, gecikdirilmiş mükafat qismində 213 manat 74 qəpik, dəbbə pulu qismində 264 manat 92 qəpik, cəmi 685 manat 85 qəpik gecikdirmə borcu yaranmışdır. 15 noyabr 2022-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi R.A.İsmayılov mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 may 2021-ci tarixli, MAS-3795 saylı daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə görə lizin obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Həmin müqavilənin 6.1-ci bəndinə görə lizinq alan lizinq obyektini öz vəsaiti hesabına daxili lizinq müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən daxili lizinq müqaviləsinin müddəti başa çatanadək sığortalanmalıdır. İş materiallarında olan 25 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, «Khazar SD» markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq verən İddiaçı satıcı «Azkron» məhdud məsuliyyətli cəmiyyətindən qəbul edərək, lizinq alan Cavabdeh təhvil vermişdir. İşdə olan 17 iyun 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış MAS-3795 saylı daxili lizinq müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin 15 gün ərzində birtərəfli ləğv ediləcəyinə, yaranmış borc və dəymiş zərər ödənilmədiyi halda ondan məhkənə qaydasında tələb ediləcəyinə dair Cavabdeha xəbərdarlıq edilmişdir. İş materiallarında olan 01 avqust 2021-ci il tarixli maliyyə arayışıdan görünür ki, 25 may 2021-ci il tarixli, MAS-3795 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh 18 may 2022ci il tarixə borcu əsas borc qismində 207 manat 19 qəpik, mükafat borcu qismində 213 manat 74 qəpik, cərimə qismində 264 manat 92 qəpik, cəmi 685 manat 85 qəpikdir. Mülki işdə olan 17 may 2022-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, 31 dekabr 2021-ci il tarixdə X1 idarə etdiyi «Khazar SD» markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Gəncə-Bakı avtomobil yolunun 1-ci kilometrliyində yerləşən N.Gəncəvi məqbərəsinin yaxınlığında hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarında olan divara çırpmışdır, nəticədə avtomobildə olan sərnişinlər Cavabdeh, X2 və X3 xəsarət almışlar. İşdə olan 02 iyun 2022-ci il tarixli qüsur aktından görünür ki, «Khazar SD» markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə 3.189 manat 20 qəpik məbləğində maddi zərər dəymişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 may 2021-ci il tarixli, MAS-3795 saylı daxili lizinq müqaviləsinə əsasən həmin müqavilənin əlavəsi olan qrafikə uyğun ödənişlər aparmaq şərti ilə 2021-ci il buraxılışlı, «Khazar SD» markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh lizinqə verilmişdir. Cavabdeh onun müvəqqəti istifadəsinə verilmiş, İddiaçı mülkiyyətində olan «Khazar SD» markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə 31 dekabr 2021ci il tarixdə yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə «Khazar SD» markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə 3.189 manat 20 qəpik məbləğində ziyan dəymişdir. Cavabdeh lizinq ödənişlərini vaxtında və tam həyata keçirmədəyinə görə İddiaçı hazırki tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinin tələbinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-ci maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinin tələbinə görə lizinq ödənişlərinin ümumi məbləğinə lizinq verənin mükafatının məbləği də daxildir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşdə olan 25 may 2021-ci il tarixli, MAS-3795 saylı daxili lizinq Müqaviləsinin 7.2-ci bəndinə görə gecikdirilən lizin ödənişi məbləğinə görə gündəlik 0.3 faiz dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizin verənə ödənilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1-ci maddəsinin tələbinə görə lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.8-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi şərtlənən köhnə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Məhkəmə hesab edir ki, lizinq obyekti olan «Khazar SD» markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olduğuna və həmin avtomobilə lizinq götürən Cavabdeh tərəfindən 3.189 manat 20 qəpik məbləğində maddi zərər vurulduğuna görə vurulmuş maddi zərərin əvəzi qismində 3.189 manat 20 qəpik məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçınə verilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 25 may 2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 25 may 2021-ci il tarixli, MAS-3795 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 207 manat 19 qəpik, gecikdirilmiş mükafat qismində 213 manat 74 qəpik, dəbbə pulu qismində 264 manat 92 qəpik və lizinq obyektinə vurulmuş zərərin əvəzi qismində 3.189 manat 20 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 manat 16 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 25 may 2021-ci il tarixli, MAS-3795 saylı daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 207 (iki yüz yeddi) manat 19 (on doqquz) qəpik, gecikdirilmiş mükafat qismində 213 (iki yüz on üç) manat 74 (yetmiş dörd) qəpik, dəbbə pulu qismində 264 (iki yüz altmış dörd) manat 92 (doxsan iki) qəpik, lizinq obyektinə vurulmuş zərərin əvəzi qismində 3.189 (üç min yüz səksən doqquz) manat 20 (iyirmi) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 59 (əlli doqquz) manat 16 (on altı) qəpik, cəmi 3.934 (üç min doqquz yüz) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1540/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1540/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver