Məhkəmə qərarları › İş №2(125)-155/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-155/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-155/2023 11.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, 324/255 nömrəli, 28 iyun 2011-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh illik 8 faiz dərəcəsiylə 250 ay müddətinə 50000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasına təminat olaraq, Cavabdeh mülkiyyətindəki Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m ümumi sahədən, 66.2 kv.m yaşayış sahədən, 42.4 sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzili 2011-ci il 28 iyun tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan İpoteka Fondu ilə "xxxx" ASC (İddiaçıASC) arasında imzalanmış 17 fevral 2006-cı il tarixli 2 saylı Xidmət müqaviləsinə 11 avqust 2015-ci il tarixli Əlavəyə əsasən Cavabdeh qarşı tələb hüququ "xxxx" ASC (İddiaçıASC)-yə keçmişdir. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2011-ci il 28 iyun tarixli kredit müqaviləsi üzrə banka 43394.2 manat əsas borc, 20680.88 manat faiz borcu və 1829.82 manat cərimə olmaqla ümumilikdə cəmi 65904.9 manat məbləğində borcun, 276.52 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh mülkiyyətindəki Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 108.6 kv.m. ümumi sahədən, 66.2 kv.m. yaşayış sahədən, 42.4 kv.m. sahəsindən ibarət 90 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi və Borcalan Cavabdeh ilə ‘Texnikabank” ASC arasında bağlanmış 28 iyun 2011-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/781 saylı rəyə əsasən, Cavabdeh iddiaçı Bank İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə olan əsas borc üzrə-43394.23 manat, faiz borcu üzrə 19121.95 manat məbləğində müəyyən edilir. "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli rəyə əsasən, ipoteka predmetinin bazar dəyəri 95000 manat, likvit dəyəri isə 80000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, aralarında bağlanmış kredit müqaviləsi üzrə Bank üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq, borcalan müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, nəticədə icra edilməmiş pul öhdəlilikləri yaranmışdır. Belə olan halda, tələb hüququnu əldə etmiş iddiaçı müqavilənin ləğv olunmasını və həmin müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı, iş üzrə təyin edilmiş mühasibatlıq ekspertizası nəticəsində 43394.23 manat əsas borc, 19121.95 manat faiz borcu hesablanmışdır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və razılaşır, belə ki, həmin rəyin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələb hüququnun iddiaçıya keçdiyi kredit müqaviləsi ləğv olunmalı, əsas borca və faiz borcuna münasibətdə ekspertiza rəyində göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdeh tərəfin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdeh tərəfin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1829.82 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MM-in 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.1-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli Qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, ipoteka predmetinin likvit dəyəri olan 80000 manat ilkin satış qiyməti müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməli, əldə edilmiş vəsait kifayət etmədikdə qalan məbləğ cavabdehdən alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən onun mülkiyyətində olan mənzil “ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün” ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməli, ipoteka predmeti olan Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 90 nömrəli evin 1 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan bir ay ərzində Cavabdeh həmin mənzildən çıxarılmaqla mənzil boşaldılmalı, cavabdehin mənzildən istifadə hüququ itirilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələbi qanununun tələblərinə uyğun hesab edir. İddia tələbinin mənzil satıldıqdan sonra Banka təhvil verilməsi hissəsini isə məhkəmə əsassız hesab edir. Belə ki, cavabdehin ipoteka predmeti olan mənzil satıldıqdan sonra mənzilin Banka təhvil verilməsi hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal edilən mübahisə ilə əlaqədar məsələdir. Bununla yanaşı, hərracda satışdan sonra mənzilin təhvil verilməsi artıq yeni mülkiyyətçinin hüquqlarına aid olduğundan, həmin mənzili məhz ipoteka qoyan da əldə edə bildiyindən məhkəmə hesab edir ki, hazırda mülkiyyət hüququ olmayan Bankın ipoteka predmeti olan mənzilin ona təhvil verilməsi üçün məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə iddia tələbinin Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 90 nömrəli evin 1 nömrəli mənzilin Banka təhvil verilməsi hissəsini əsassız sayaraq rədd etmək qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın 276.52 manat məbləğində dövlət rüsumunun, 15 manat tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumları ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumlarını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc alınaraq iddiaçıya, ekspertiza xərci alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 324/255 nömrəli, 28 iyun 2011-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 324/255 nömrəli, 28 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə 43394.23 manat əsas borc, 19121.95 manat faiz borcu və 300 manat cərimə olmaqla, ümumilikdə 62816 (altmış iki min səkkiz yüz on altı) manat 18 (on səkkiz) qəpik borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 276 (iki yüz yetmiş altı) manat 52 (əlli iki) qəpik, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat və 30 (otuz) manat xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 90 nömrəli evin 1 nömrəli mənzilinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 80000 manat (səksən min) müəyyən edilsin. Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən, 90 nömrəli evin 1 nömrəli mənzili açıq hərracda satılsın və satışdan əldə edilən vəsaitdən 324/255 nömrəli, 28 iyun 2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 62816 (altmış iki min səkkiz yüz on altı) manat 18 (on səkkiz) qəpik borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 276 (iki yüz yetmiş altı) manat 52 (əlli iki) qəpik, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat və 30 (otuz) manat xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, tələb ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh məxsus Gəncə şəhəri, M.Abbas Abbaszadə küçəsində yerləşən 90 nömrəli evin 1 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay ərzində X3 mənzildən çıxarılmaqla mənzil boşaldılsın və onun mənzildən istifadə hüququna xitam verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar