Məhkəmə qərarları › İş №2(125)-1552/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1552/2022

01.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1552/2022 01.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehn sadə elektron qolbağını yararsız vəziyyətə saldığına görə, elektron nəzarət vasitəsinin tamlığını pozduğundan ondan ümumi dəyəri 2277.4* manat məbləğdə vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Əsgərov X2 Rayon Məhkəməsinin 1(*3*)-*8/2*22 saylı, *1.*6.2*22-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib *1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzanın icrası ilə bağlı *8.*7.2*22-ci il tarixdə Cavabdeh üzərinə “Attenti" markalı sadə elektron qolbaq tətbiq edilmişdir. Bununla yanaşı ona bir ədəd mobil nəzarət qurğusu və onun adapteri təhvil verilmişdir. Həmçinin üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və va digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı Cavabdeh elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. 21.*7.2*22-ci il tarixdə Cavabdeh yaşadığı ünvana gedilmiş və elektron nəzarət vasitələrinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, məhkum Cavabdeh tərəfindən elektron nəzarət vasitəsini qıraraq üzərindən çıxarmışdır və bu barədə protokol tərtib edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məktubuna görə “Attenti” markalı sadə elektron qolbağın dəyəri 1.93* AZN, ƏDV 347.4* AZN, cəmi 2277.4* AZN təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: - Daşkəsən Rayon Məhkəməsinin *1 iyun 2*22-ci il tarixli 1(*3*)-*8/2*22 saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun 22 mart 2*22-ci il tarixdən 24 mart 2*22-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu saxlanıldığı *2 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən *1 (bir) günə *2 (iki) gün hesabı ilə hesablanaraq, ona təyin edilmiş cəzadan çıxılması və Cavabdeh qəti olaraq *1 (bir) il 11 (on bir) ay 26 iyirimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh üzərinə yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində yerləşən yaşayış evini axşam saat 23:**-dan səhər saat *6:**-dək tərk etməmək, Gəncə şəhəri, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Goranboy rayonları ərazisi hüdudlarını cəzaçəkmə müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə *8.*7.2*22-ci il tarixli protokoldan, izahat və iltizamdan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin *1 iyun 2*22-ci il tarixli 1(*3*)-*8/2*22 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib *1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş Cavabdeh üzərinə *6*7* nömrəli elektron qolbaq “Attenti” tətbiq edilmiş və *1 ədəd 3563*41* nömrəli mobil qurğu təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarlarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilən elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə *8.*7.2*22-ci il tarixli protokol və izahatdan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin *1 iyun 2*22-ci il tarixli 1(*3*)-*8/2*22 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib *1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmişdir. Sadə elektron qolbağ, mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) 2277.4 manat. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq olunmuş elektron nəzarət vasitələrinin təhvil alınması barədə 21.*7.2*22-ci il tarixli protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin *1 iyun 2*22-ci il tarixli 1(*3*)-*8/2*22 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib *1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh tətbiq edilmiş “Attenti” markalı *1 ədəd 3563*41* nömrəli mobil qurğu saz vəziyyətdə və *6*7* nömrəli elektron qolbaq kəmər hissəsindən qırılmış vəziyyətdə təhvil alınmışdır. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılmasıa 21.*7.2*22-ci il tarixli protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin *1 iyun 2*22-ci il tarixli 1(*3*)-*8/2*22 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib *1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində fərdi yaşayış evinə gedib məhkumun cəzanın çəkilməsi qayda və şərtləri yoxlanılmış, həmçinin Elektron Monitorinq İdarəsindəndaxil olan 21.*7.2*22-ci il tarixdə “qolbaq-açıldı” xəbərdarlıq siqnalı ilə bağlı olaraq, elektron nəzarət vasitələrinə baxış keçirilmişdir. Baxış zamanımobil qurğunun saz vəziyyətdə olması müəyyən edilmiş, lakin elektron qolbağın kəmər hissəsindən qırılması müəyyən edilmişdir. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq edilmiş elektron nəzarət vasitələrinin texniki vəziyətinin yoxlanılması barədə 21.*7.2*22-ci il tarixli protokoldan görünür ki, Daşkəsən Rayon Məhkəməsinin *1 iyun 2*22-ci il tarixli 1(*3*)-*8/2*22 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib *1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh yaşadığı Gəncə şəhər, Məhsəti qəsəbəsində olan fərdi yaşayış evinə Elektron monitorinq idarəsindən daxil olan “qolbaq açıldı” siqnalı ilə bağlı olaraq gedilmiş və elektron nəzarət vasitələrinə baxış keçirilmişdir. Baxış zamanı elektron qolbağı kəmər hissəsindən qırıldığı müəyyən edilmişdir. Mobil qurğu təhvil alınmışdır. - Cavabdeh tərəfindən İddiaçınə verilmiş izahatdan görünür ki, elektron qolbağı qıraraq yararsız vəziyyətə salmasını və bunula da elektron qolbağın tamlığını pozduğunu təsdiq etmişdir. Elektron nəzarət vasitəsinin ümumi dəyəri olan 2277,4 manat pulu tam ödəməyə maddi imkanı yoxdur. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 29.*7.2*21-ci il tarixli məktubdan görünür ki, “Attenti” markalı sadə elektron qolbağın 1.93* manat dəyəri 347.4* manat əlavə dəyər vergisi ilə birlikdə, cəmi 2277.4* manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 15-2.4-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Həmin Məcəllənin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*96.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1*97.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Daşkəsən Rayon Məhkəməsinin 1(*3*)-*8/2*22 saylı, *1.*6.2*22-ci il tarixli hökmü ilə Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək, onu işlək vəziyyətdə saxlamaq və s. öhdəliklər qoyulmuşdur. Bundan sonra hökmün icrası ilə əlaqədar Cavabdeh mobil nəzarət qurğusu təhvil verilmiş, qurğu zədələndikdə və ya hər hansı bir şəkildə yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı barədə məsuliyyət daşıdığı ona bildirilmişdir. Cavabdeh qurğunu kifayət qədər məsuliyyətlə mühafizə etməmiş, nəticədə qəsdlə mobil nəzarət qurğusunu qıraraq, ayağından söküb atmış və bununla da iddiaçıya 2277.4* manat məbləğində maddi ziyan vurmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2277.4* manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 4* (qırx) qəpik pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar