Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1565/2022 23.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 580 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 580 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Cavabdehla işlə bağlı tanış olmuşdur. Bir müddət sonra ona məxsus «Redmi Not 7» markalı mobil telefonu 2021-ci ilin noyabr ayında cavabdehə 2 ay müddətinə dəyərini ödəmək şərti ilə 160 manat məbləğinə satmışdır. Lakin cavabdeh ödənişi vaxtında etməmişdir. Cavabdeh su filterlərinin satışı ilə məşğul olan bir şirkətdə çalışır. Cavabdeh su filteri almaq məqsədi ilə 01 dekabr 2021-ci il tarixdə ondan 590 manat məbləğindı borc pul almışdır. Cavabdeh borcunu 1 ay müddətinə ödəmək öhdəliyini üzərinə götürsə də, o həmin məbləğin yalnız bir hissəsini ödəmişdir. Hazırda Cavabdeh ona olan ödənilməmiş borcu 580 manat təşkil edir. O, cavabdehdən borcun ödənilməsini tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə borcun ödənilməsindən boyun qaçırmışdır. Bu səbəbdən o, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət etmişdir. Cavabdeh polis şöbəsinə dəvət edilərək izahat vermiş və borcunu ödəmədiyini etiraf etmidir. Lakin onun tələbi mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantına ünvanladığı 25 aprel 2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı 580 manat məbləğində borc pulun Cavabdeh alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan İddiaçı Gəncə şəhər 2-ci Polis Şöbəsində verdiyi izahatın surətindən görünür ki, İddiaçı ona məxsus «Redmi Not 7» markalı mobil telefonu 2021-ci ilin noyabr ayında Cavabdeh 2 ay müddətinə dəyərini ödəmək şərti ilə 160 manat məbləğinə satdığını və 01 dekabr 2021-ci il tarixdə ona 590 manat məbləğində borc pul verdiyini bildirmişdir. O, Cavabdeh həmin məbləğin bir hissəsini ödədiyini, hazırda isə 580 manat məbləğində ödənilməmiş borcunun qaldığını qeyd etmişdir. İş materiallarında olan Cavabdeh Gəncə şəhər 2-ci Polis Şöbəsində verdiyi izahatın surətindən görünür ki, o, İddiaçı su filtirlərinin alqı-satqısı ilə əlaqədar 420 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İşdə olan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İddiaçı ünvanladığı 24 may 2022-ci il tarixli, 122-15326A-3022 nömrəli məktubun surətindən görünür ki, İddiaçı onun müraciətinin mülki xarakterli olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 580 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Cavabdeh borcunun həqiqətən 580 manat olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, Cavabdeh isə Gəncə şəhər 2-ci Polis Şöbəsində verdiyi izahatında İddiaçı su filtirlərinin alqı-satqısı ilə əlaqədar 420 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 420 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianin təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 420 (dörd yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1565/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1565/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver