Məhkəmə qərarları › İş №2(125)-1583/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1583/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1583/2022 23.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul və əmlak» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul və əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, bildirmişdir ki, Cavabdeh qarşı «pul və əmlak» tələbinə dair iddia qaldırmış və hazırda cavabdehlə aralarında razılıq əldə olunmuşdur. Odur ki, mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun razılığını almaq mümkün olmadığı kimi, iddiaçınin iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul və əmlak» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Həmçinin iddia qaldırılması ilə bağlı ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu iddiası İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «pul və əmlak» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddia qaldırılması ilə bağlı ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə yazılı şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar