Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1589/2023 08.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh2 qarşı “məhkəmə xərcləri, məhkəmə süründürməçilikləri, əsassız iddialarla bağlı dəymiş maddi və mənəvi ziyanın, vəkilə, notariusa və poçta çəkdiyi xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən onlara qarşı etdikləri süni məhkəmə icraatı süründürməçiliyinə, əsassız qaldırdıqları iddialara görə vəkilə, nümayəndəyə, yol pulu xərcinə görə 3*** manat, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya işləri ilə bağlı getdiyinə görə 5** manat məbləğdə yol pulu xərci, Gəncə Apellyasiya Məhkəməsinə bütün işlərə dair getdiyinə görə 3** manat yol pulu xərci, birinci instansiya məhkəməsinə Kəpəz rayon Məhkəməsinə və Gəncə İnzibati Məhkəməsinə dəfələrlə məhkəmə iclaslarına getdiyinə görə 3** manat yol pulu xərci, həmçinin notariat kontorunda sənədlərin təsdiq olunması və etibarnamələrə görə 25* manat rüsum pulu, həmçinin məhkəmələrdə onlara qarşı qaldırdığı iddialara görə ödədiyi 15* manat dövlət rüsumu, məhkəmə instansiyalarına şikayət, iddia və vəsatət göndərməyi ilə bağlı poçt xidmətinə görə ödədiyi 2** manat xərc və eyni zamanda bu 4 il ərzində cavabdehlərin ona qarşı bu süründürməçilik, özbaşınalıq və əsassız iddialarına və məhkəmə mübahisələrinə görə çəkdiyi mənəvi əzab və iztirabı 2*.*** manat qiymətləndirdiyindən 2*.*** manat mənəvi ziyanın cavabdehlərdən alınaraq, ona ödənilməsi və hazırki tələb üzrə ödədiyi dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehlərə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsi birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş, iddia tələbində vəkilə, nümayəndəyə, notariusa, poçta və məhkəmələrdə iştirak etmək üçün yola çəkilən xərclər, eləcə də maddi və mənəvi ziyanın ödənilməsindən bəhs olunur. İddia ərizəsi birgə iddiaçılar adından verilsə də birinci şəxsin adından tərtib olunmuş və həmin şəxsin, yəni çəkdiyi xərclərdən, məruz qaldığı mənəvi əzab və iztirabdan bəhs edən şəxsin iddiaçılardan hansı olduğu (yaxud hansı iddiaçıya hansı xərcin aid olduğu) müəyyən olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, birgə tələb irəli sürüldükdə bu tələbin hansı əsasla müştərək olması, yəni eyni zamanda iki iddiaçıya birlikdə aid olması və bölünə bilməməsi əsaslandırılmalıdır. Lakin iddia ərizəsindən tələbin müştərək olması da aydın olmur. Həmçinin, iddia tələbi üç cavabdehə qarşı irəli sürülsə də bu tələblərdən hansının hansı cavabdehə yönəldiyi göstərilməmişdir. Əgər bütün tələblər eyni zamanda hər üç cavabdehə yönəlmişdirsə, eyni tələblərin hər üç cavabdehə hansı müştərək əsaslarla aid olması da əsaslandırılmamışdır. Məhkəmə iddiaçılara izah edir ki, tələblərini və onların əsaslarını hər bir iddiaçı, və cavabdeh üçün ayrı-ayrılıqda konkretləşdirməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh2 qarşı “məhkəmə xərcləri, məhkəmə süründürməçilikləri, əsassız iddialarla bağlı dəymiş maddi və mənəvi ziyanın, vəkilə, notariusa və poçta çəkdiyi xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 1* gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(125)-1589/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1589/2023
08.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver