Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1598/2023 11.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Vidadı qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus dəyəri 900 manat olan 1 ədəd briliant üzüyün və dəyəri 300 manat olan qızıl üzüyün naturada qaytarılması və ya naturada qaytarılması mümkün olmadıqda ümumi dəyəri 1200 manat məbləğində pulun, həmçinin cavabdehə borc olaraq verdiyi 300 manatın və ödənilmiş 45 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin borca görə 300 manat məbləğində pulun qaytarılması hissəsində iddia tələbindən imtina etdiyini bildirmiş və məhkəmədən iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi izahatında ərizəsini müdafiə etmiş, əlavə olaraq qeyd etmişdir ki, 300 manat məbləğində borc iddiaçı tərəfindən deyil, onun tərəfindən cavabdehin anasına verilmişdir və həmin məbləğ iddiaçıya aid olmadığından göstərilən hissədə iddiaçının adından iddiadan imtina edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iş üzrə iddiadan hissəvi imtinanın qəbul edilərək icraata xitam verilməsi barədə qərardad çıxarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin 300 manat borcun qaytarılması hissəsindən imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddia tələbinin 300 manat borcun qaytarılması hissəsində iddiadan imtina qəbul edilərək, iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və MPM-in 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin 300 manat borcun qaytarılması hissəsində iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1598/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1598/2023
11.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver