Məhkəmə qərarları › İş №2(125)-1600/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1600/2023

06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1600/2023 06.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Əli oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 dekabr 2018ci il tarixli 2(043)-5485/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, 29 oktyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya üçün ödənilmiş 50 manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(043)-5485/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğilə 150 manat alimentin tutularaq iddiaçı ilə birgə nikahdan doğulmuş 29 oktyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 ödənilməsi qət edilmişdir. Lakin 2018-ci il tarixdə uşağın 2 yaşı olmuşdur. İndi isə böyüyüb məktəbə gedir. Bununla bağlı ona çəkilən xərclərin miqdarı xeyli artmışdır. Uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh uşağın saxlanılması üçün alimentin miqdarının artırılmasına könüllü olaraq razı olmamışdır. Buna görə alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(043)-5485/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, 29 oktyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya üçün ödənilmiş 50 manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X12 etiraz təqdim edərək bildirmişdir ki, Taleh əvvəllər Gəncədən Bakıya gedən sərnişin avtobusunda bələdçi kimi işləyib az da olsa pul qazanmış və ayda 150 manat alimenti ödəmişdir. Hazırda isə o, işləmir. İkinci dəfə ailə qurmuşdur və həmin qeyri-rəsmi nikahdan bir uşağı anadan olmuşdur. Həmin uşağa görə də oğlu 70 manat aliment ödəyir. Həmçinin, o və şəkər xəstəsi, ayağı kəsilmiş vəziyyətdə olan anası da onun himayəsindədirlər. Onlar məcbur olub oğlunun maddi vəziyyətinə görə öz pensiyalarından onun aliment ödəməsinə köməklik göstərirlər. İddiaçı isə Gəncə şəhər BXPHŞ Xəstəxanada qeydiyyatçı işləyir, özü və uşağa dair minimum dolanışıqdan da artıq gəlir əldə edir. Talehin övladına 150 manatdan artıq aliment ödəməyə maddi imkanı yol vermir. Bu səbəbdən iddiaçının ondan 250 manat məbləğində aliment tələbi tam əsassızdır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(043)-5485/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, sabit pul məbləğilə 150 manat aliment tutularaq iddiaçı ilə birgə nikahdan doğulmuş 29 oktyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 ödənilməsi, Cavabdeh 30 manat alınaraq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından 29 oktyabr 2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. İşdə olan Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ 17 mart 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ, xəstə xidmətləri şöbəsinin qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsində çalışır. Aylıq əmək haqqı 616 manat təşkil edir. İşdə olan Göygöl Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(066)-614/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 15 dekabr 2020-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən başlanması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(043)-5485/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan 29 oktyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, hazırda cavabdehdən hər ay bir uşağa görə 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində alimentin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 29 oktyabr 2016-cı il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(043)-5485/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 165 manat məbləğində müəyyən edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia qismən təmin edildiyindən mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 29 oktyabr 2016-cı il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(043)-5485/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 165 (bir yüz altmış beş) manat məbləğində müəyyən edilsin. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 29 oktyabr 2016-cı il təvəllüdlü X8 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qanuni qüvvəyə mindiyi gündən icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar