Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-166/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10380 manat ziyanın və ödənilmiş 122 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 əsl İddiaçı ilə əvəz edilmişdir. İddi ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə özünə məxsus Mercedez Benz C-200 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Qazax yolunun 420-ci km-də hərəkətdə olduğu vaxt ona məxsus Mercedez Benz E- 200 markalı, **-RO-*** markalı avtomaşınla toqquşmuşdur. Qəza nəticəsində Cavabdeh ona 10380 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin hadisə ilə bağlı Baş Dövlət Yol Polisində tədbir görülmüş və bu barədə protokol tərtib edilmişdir. Hadisə Cavabdeh günahından baş vermişdir. Ona dəyən 10380 manat məbləğində maddi ziyan avtoservis müəssisəsinin rəyi əsasında öz sübutunu tapmışdır. Hadisə vaxtı və hadisədən bir müddət sonra Cavabdeh ona dəyən ziyanı ödəməsini tələb etmişdir, lakin cavabdeh bu günədək həmin ziyanı ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan məlum olduğu kimi iddiaçının ondan tələb etdiyi pul məbləğinin yaranma əsası xx.xx.2024-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə onun idarə etdiyi nəqliyyat vasitəsi arasında toqquşma nəticəsində iddiaçının avtomaşınına dəymiş maddi ziyanla bağlıdır. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə DİN BDYPB-nin Şəmkir rayon YPX-nin əməkdaşı tərəfindən barəsində AR İXM-nin 327.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında verilmiş inzibati qərar hazırda mübahisələndirmə mərhələsindədir. Belə ki, hazırki iş üzrə iddia məhkəməyə daxil olan anda və ya bu etiraz məhkəməyə təqdim olunan anadək həmin yolnəqliyyat hadisəsi nəticəsində barəsində verilmiş inzibatı xəta haqqında qərar qüvvədə deyildi. Yəni, həmin hadisədən dolayı onun inzibati təqsiri hazırda sübut olunmamışdır. Bu səbəbdən qarşı tərəfin hazırki anda ona qarşı maddi ziyan tələbi ilə çıxış etməsinin faktiki və hüquqi əsası yoxdur. Digər tərəfdən, hətta baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı təqsiri sübut olmuş olsa belə, iddia ərizəsində göstərilən maddi ziyan tələbi ilə razı deyildir. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut qismində təqdim etdiyi sxem və akt mötəbər sübut kimi məhkəmə tərəfindən qiymətləndirilə bilməz ona görə ki, həmin sənədlər müvafiq səlahiyyət sahibləri tərəfindən qanuna müvafiq qaydada tərtib edilməmişdir. Bundan əlavə iddiaçıya aid avtomaşına vurulmuş ziyan olduqca şişirdilmiş həddə göstərilmiş və avtomobilin sıradan çıxmış detallarının qiymət göstəriciləri və işçilik xərci real bazar dəyərini əks etdirməmişdir. Belə ki, yüngül avto-qəza nəticəsində 10 ildən artıq istismar müddəti olan köhnə avtomobilə dəymiş ziyanın miqdarı iddia ərizəsində o qədər şişirdilmiş bir məbləğdə göstərilmişdir ki, az qala həmin avtomobilin işlək vəziyyətə bazar dəyəri ilə eyni qiymət təşkil edir. Bu səbəbdən avtomobilə dəymiş ziyanla bağlı sıradan çıxmış ehtiyat hissələri, onların əldə edilməsi və işçilik haqqı ilə bağlı real ziyan məbləğinin məhkəmə qaydasında ətraflı tədqiq edilməsi labüddür. Bu istiqamətdə xüsusi biliyə malik olan ekspertin cəlb edilməsi vacibdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AD930585 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E200 CDİ” minik markalı, **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, 7E-6499 reyestr nömrə ilə tərtib olunmuş etibarnamanin surətindən görünür ki, mülkiyyətçi X1 “Mercedes Benz C200” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2027-ci il tarixədək Cavabdeh etibar etmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, izahatı alınmış Cavabdeh xx.xx.2024-cü il tarixində, saat 16:50-də etibarnamə ilə ona məxsus olan “Mercedes Benz C200” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bakı-Qazx yolunun 420-ci km-də hərəkətdə olarkən qarşısında hərəkət edən avtomobilin tormoz verərək sağa dönmək istədiyini görmədiyi üçün həmin avtomobilə sol arxa tərəfdən çırpılaraq qəza törətdiyini göstərmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, “Mercedes Benz E200 CDİ” minik markalı, **-RO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərər 10380 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/9515 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, Babək prospektində yerləşən avtohissələr satışı mağazalarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Mercedes Benz E200” markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7660 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus **-RO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E200 CDİ” minik markalı avtomobilə zərər dəymiş, lakin cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmadığı üçün iddiaçı zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 7660 manat pul alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 96,6 manat dövlət rüsumu və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 7660 (yeddi min altı yüz altmış) manat pul və 96,6 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq: büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-166/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-166/2025
12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver