Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1660/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 və Satışı İdarəsinə qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X3 və Satışı İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçəsinin kəsişməsinin Şimal-Qərb hissəsində yerləşən obyektin üzərindən 35/6 kv-luq “Vağzalyanı-1” yarımstansiyasından çıxan 6 kvluq “2-ci Şəhər” hava xəttinin üzərində olan ******* saylı 1600 kv TM-dən çıxan 0.4 kv-luq SİP xətləri keçən elektrik dirəklərinin götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 27 avqust 2014-cü il tarixi 1478 saylı sərəncamı ilə Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində yerləşən 19.0 kvm boş torpaq sahəsində mənim tərəfimdən inşa ediləcək mağazanın yerllləşdirilməsinə icazə verilmişdir. Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 08 aprel 2016-cı il tarixli 322 saylı sərəncamı ilə Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 27 avqust 2014-cü il tarixli 1478 saylı sərəncamına əsasən, Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal-qərb hissəsində inşa edilmiş tikinti altı sahəsi 17,4 kvm faydalı sahəsi 13,1 kvm olan mağazanın istismara qəbul edilməsi, onun adına qeydiyyata alınması, onun mülkiyyət hüququnu təsdiq edən sənədlərlə təmin edilməyinin AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. Bundan sonra, Gəncə şəhəri, A.Səhhət və Z.Hacıyev küçələrinin kəsişməsinin şimal- qərb hissəsində yerləşən mağazada yerinə yetirilmiş işlərin keyfiyyətinin kafi hesab edilməsi və onun istismara verilməsinə icazə verilməsinə dair ‘‘tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 14 iyun 2023-cü il tarixli sərəncamı ilə əlaqədar həmin obyektlə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq niyyəti ilə FHN-nə mürcaiət etmişdir. Sənədləri portala yerləşdirildikdən sonra müvafiq adiyyatı qurumlar obyektə baxış keçirdilər, obyekt 0.4 kV-luq ÖİN xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini rəyi oldu. X5 Təchizatı və Satışı İdarəsinin məsul şəxs Pərviz müəllimə müraciət etdikdə, həmin yerə baxış üçün Aqil adlı bir nəfəri göndərdilər. Aqil həmin yerə baxış keçirdikdən sonra elektrik dirəklərinin götürülməsi üçün mən 5000 manat pul tələb etdi və bildirdi ki, əgər “ASAN xidmətə mürcaiət etsə, onda ondan daha artıq pul tələb olunacaqdır. “ASAN xidmətlə əlaqə saxladıqda yalnız öz vəsaiti hesabına elektrik dirəklərinin götürülə bilməsi üçün müraciət edə biləcəyini, əks halda ərizəni qəbul etməyəcəyini bildirmişlər. O, obyekti tikdirən zaman qeyd edilən elektrik dirəkləri orada mövcud olmamışdır. Həmin dirəklər qoyulan zaman o, etiraz etmişdir və aralarında mübahisə olmuşdur. Həmin zaman cavabdehin işçiləri dirəklərin onlar üçün heç bir problem yaratmayacağını bildirmişlər. Məhkəmə iclasında iddiaçı və təmsilçisi hər biri ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə prosessual qənaət baxımından qeyd edir ki, hazırkı iş üzrə iddiaçının “elektrik dirəklərinin götürülməsi” tələbinin yönəlməli olduğu cavabdeh X3 və Satışı İdarəsi deyil, "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmalıdır. Qanunvericiliyə əsasən, elektrik enerjisinin paylanması üçün lazım olan elektrik qurğularının quraşdırılması "xxxx" ASCnin fəaliyyət istiqamətlərindəndir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsəsən, 3.1. Cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. 3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: 3.2.2. fəaliyyət məqsədlərinə uyğun olaraq, elektrik enerjisinin paylanması üçün lazım olan elektrik qurğularının (elektrik yarımstansiyalarının, trasformatorların, elektrik xətlərinin, qurğuların və digər avadanlıqların) quraşdırılması, idarə olunması, istismarı, təmiri, yenilənməsi və texniki xidmət göstərilməsi. Hazırkı iş üzrə iddiaçı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair müvafiq iddiayla ümumi məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı əvvəla buna səlahiyyətli orqan olan "xxxx" ASC-yə hazırkı tələblə müraciət etmək, tələbinə dair həmin orqanın hərəkət və ya hərəkətsizliyi ilə razılaşmadığı halda isə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə Ali Məhkəmə Plenumunun qərarındakı mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçı mülki (öhdəlik) hüquq münasibətlərində olmadığı cavabdehin - təbii inhisar subyekti olan "xxxx" ASC-nin hərəkətsizliyindən irəli gələn mübahisəyə baxılması üçün İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh X3 və Satışı İdarəsinə qarşı “elektrik dirəklərinin götürülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1660/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1660/2024
29.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver