Məhkəmə qərarları › İş №2(125)-1682/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1682/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1682/2023 13.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 22* (iki yüz iyirmi) manat əsas, 4* (qırx) manat cərimə borcu və dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.*1.2*2*-ci il tarixli, 99**5187 saylı Alqı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 25* manat dəyərində “VİNDA 195.165.15” markalı Avtomobil təkəri almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6*1-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərini 5 aya bölərək, hər ay üçün 44 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 22* manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək * manat ödəniş etmiş, qalan 22* manat əsas borcu indiyənədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 19.*1.2*2*-ci il tarixli, 99**5187 saylı müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 22* manat olan “VİNDA 195.165.15” markalı Avtomobil təkərinin dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar “Samsung “VİNDA 195.165.15” markalı Avtomobil təkəri üçün hər ay 44 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh 19.*1.2*2*-ci il tarixli, 99**5187 saylı Alqı-satqı müqaviləsi üzrə 22* manat əsas borcundan bugünədək * manat ödəniş etmiş, 22* manat əsas, 4* manat cərimə borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 15.12.2*22-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19.*1.2*2*-ci il tarixli, 99**5187 saylı “kredit müqaviləsi” imzalanmış və həmin müqavilənin 3.1-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 22* AZN məbləğində * faizlə şəxsi istehlak məqsədləri üçün kredit qəbul etmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər, tərəflərindən borcun ödənişi həyata keçirilmiş və əsas borc 22* AZN ödənilməmiş olaraq qalmaqdadır. Həmçinin kredit müqaviləsinin 6.1.4-cü bəndinəəsasən hər günə ümumi gecikdirilmiş məbləğin 1 faizi miqdarında panya hesablanır. Müqaviləyə əsasən hesablanmış 255 AZN borcu yaranmışdır. Cavabdeh bildirilmişdir ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 19.*1.2*2*-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı etməklə sərfəli qiymətə keyfiyyətli mala sahib olmuş, aldığı malın qiymətini rahat şəkildə ödəmək imkanı qazanmışdır. Bununla yanaşı nəzərə almalıdır ki, alqı-satqı müqaviləsinə əsasən bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd olunan vaxtda və məbləğdə aldığı malın qiymətini ödəməlidir. Aldığı malın qiymətini əlavə edilmiş cədvələ uyğun ödəmədikdə, müqavilədə nəzərdə tutulmuş qaydada cərimə ediləcəkdir. Bundan başqa aldı malın qiymətinin ödənilməsindən boyun qaçırması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə (dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmə) əsasən cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olacaqdır. Qeyd edilmişdir ki, aldığı malın qiymətinin ödənilməsini təmin etmək üçün çəkdikləri xərclər (məhkəmə xərcləri, vəkil qonararı və s.) alıcı tərəfindən ödəniləcəkdir və bununla bağlı məhkəməyə müraciət olunacaqdır. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 288.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 6**.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 287-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 6**.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 6**.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 19.*1.2*2*-ci il tarixli, 99**5187 saylı müqaviləsinə əsasən “VİNDA 195.165.15” markalı Avtomobil təkərini 22* manata almış, həmin məbləğdən bugünə qədər * manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 22* (iki yüz iyirmi) manat əsas borcu qalmış, qalıq borca 4* (qırx) manat dəbbə pulu hesablanmışdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə cərimə (dəbbə) pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 4* (qırx) manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 4 (dörd) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 22* (iki yüz iyirmi) manat əsas borcdan ödənilməmiş hissə 4 (dörd) manat cərimə borcu olmaqla, cəmi 224 (iki yüz iyirmi dörd) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Bununla yanaşı, MPM-in 1*7-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 3* (otuz ) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə əsas borcdan 22* (iki yüz iyirmi) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 3* (otuz) manat olmaqla ümumilikdə 254 (iki yüz əlli dörd) manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar