Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1696/2022 22.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Daşkəsən rayonu Bayan kəndində onlara məxsus olan mal tövləsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi tövlədən maneəsiz istifadə etmələri tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onlara məxsus tövləni boşaltmasına, dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə və tövlədən maneəsiz istifadə etmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, müstəsna aidiyyət olaraq iddia ərizəsinə mübahisəli əmlakın yerləşdiyi Daşkəsən Rayon Məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur (MPM-in 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Daşkəsən rayonu Bayan kəndində onlara məxsus olan mal tövləsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi və tövlədən maneəsiz istifadə etmələri tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçılara iddia tələbi ilə bağlı ərazi aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Daşkəsən rayonu, Bayan kəndində onlara məxsus olan mal tövləsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi və tövlədən maneəsiz istifadə etmələri tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(125)-1696/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1696/2022
22.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver