Məhkəmə qərarları › İş №2(125)-1707/2025

Gəncə Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(125)-1707/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1707/2025 06.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona borclu olduğu 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödədiyi 108 (bir yüz səkkiz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xeyli müddət idi ki, tanış olmuşdur. Aralarında səmimi münasibət yaranmış və mütəmadi olaraq görüşmüşlər. Bu onun vizajist kimi fəaliyyət göstərməsi ilə əlaqədar idi. Cavabdeh1 2022-ci il tarixdə ona yaxınlaşaraq müəyyən məqsədlər üçün ona pul lazım olduğunu və qısa müddətə qaytaracağını bildirmişdir. Daim ünsiyyətdə olmuş və səmimi söhbət etdiyindən ona etibar etməyə başlamış, bir neçə gün vaxt istəmişdir. Ailəsində problem olduğunu və problemin həllinin puldan asılı olduğunu bildirmişdir. Nəhayət razılaşmışdır. Ailəsinin ümumi büdcəsində olan və yaxın zamanlarda xarici ölkələrin birində istirahətə getmək üçün 2000 (iki min) ABŞ dolları məbləğində vəsait toplamışlar. Cavabdehin həmin məbləği tezliklə qaytaracağı barədə öhdəliyini nəzərə alaraq 2000 (iki min) ABŞ dollarını ona vermişdir. Ancaq bir şərtlə ki, borcun qaytarılacağı günün məzənnəsinə uyğun olaraq qaytarılmalıdır. Cavabdeh bu şərtlə razılaşaraq öhdəlik götürmüşdür. Qısa müddət keçdikdən sonra cavabdeh yenidən yalvararaq 600 (altı yüz) manat lazım olduğunu bildirmişdir. Özü ilə gətirdiyi qızıl-zinət əşyalarını girov qismində ona təkidlə, xahiş edərək vermişdir. Həmin qızıl-zinət əşyaları hal-hazırda ondadır. Yenə onun səmimiyyətinə inanaraq 600 (altı yüz) manatı ona vermişdir. 07 iyun 2022-ci il tarixdə cavabdeh həmin məbləği ondan aldığı barədə imza etmişdir. Borc məbləğini ondan aldıqdan sonra Cavabdeh1 borc məbləğini qaytarmağı gecikdirdiyinə baxmayaraq, onunla daim əlaqə saxlayaraq üzrxahlıq edirdi. Ancaq müəyyən vaxtdan sonra borcu tamamilə qaytaracağını bildirdi. Cavabdeh bir dəfə Bakı şəhərindən həyəcanlı vəziyyətdə telefonla zəng edərək, ona güvəndiyini, qızının gözünə kənar təsir nəticəsində təcili cərrahiyə əməliyyatı keçirilməsi zərurəti yarandığını dedi. Ona görə də təcili pul lazım olduğundan kart balansına xeyli məbləğdə pul köçürməsini xahiş edirdi. Təkrarən yenə bildirmişdir ki, əməliyyatdan sonra hansısa mənbədən pul alacağını və ondan aldığı borcu qaytaracağına bir daha söz verdi. Ona görə do "xxxx" ASC KB vasitəsi ilə 500 (beş yüz) manat, E-manat ödəmə terminalı vasitəsi ilə 500 (beş yüz) manat və “MilliÖn” ödəmə sistemi vasitəsi ilə 1800 (bir min səkkiz yüz) manat məbləğində cavabdehin kartına pul ödəmişdir. Ancaq axırıncı ödəniş tarixindən, yəni, 05 fevral 2024-cü il tarixdə 1800 (bir min səkkiz yüz) manat göndərdiyi vaxtdan təxminən bir il keçməsinə baxmayaraq cavabdeh hələ də borc üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin ona ümumilikdə 8800 (səkkiz min səkkiz yüz) manat borcu yaranmışdır. Son zamanlar cavabdeh onunla əlaqəsini tamamilə kəsərək, telefon zənglərinə cavab verməmişdir. Nəhayət ona məlum olmuşdur ki, Cavabdeh1 məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhrum edilərək, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasmda cəza çəkməkdədir. Onun həyat yoldaşı ilə telefon əlaqəsində cavabdehin azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını təsdiq etdi. Ona görə də müqavilə tələbləri üzrə iddia müddətinin üç olduğunu nəzərə alaraq cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh borc müqaviləsi üzrə öhdəliyinin icrasından qəsdən yayınaraq mülki qanunvericiliyin öhdəliklər haqqında ümumi müddəaların tələbini pozmuşdur. Bundan sonra İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlayaraq, ümumi tələb məbləği 8800 manat olmasına baxmayaraq, ərizəsinin təsviri hissəsində qeyd etdiyi rəqəmlərin ümumi məbləğinin 6800 manat alındığı, buna səbəb isə "xxxx" ASC KB vasitəsi ilə ödədiyi 2500 manat məbləğin texniki səhv olaraq 500 manat kimi göstərildiyi, ona görə də iddia ərizəsində xx.xx.2023-cü il tarixdə "xxxx" ASC KB vasitəsi ilə ödədiyi məbləğin 500 manat kimi deyil, 2500 manat kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, Cavabdeh1 2022-ci ildə ona müraciət edərək, borc pula ehtiyacı olduğunu bildirmiş və ondan pul istəmişdir. O da öz növbəsində cavabdehə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə cəmi 8800 manat məbləğində pulu borc vermişdir. Cavabdeh1 məxsus bank kartları və təxminən dəyəri 500 manat olan qızıl əşyası onda girovdadır. Dəfələrlə cavabdehdən borcu tələb etsə də, cavabdeh qaytarmamış və qaytarmaqdan boyun qaçırmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini və mülki işə qiyabi icraat qaydasında baxıb iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək, Cavabdeh1 məhkəmə iclasına gəlmədiyi üçün iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmə Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı isə buna etiraz etmədiyi üçün işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Elektron ödəmə qəbzlərin surətindən görünür ki, “MilliÖN” ödəmə sistemi vasitəsi ilə 1800 manat, “Mpay” ödəmə sistemi vasitəsi ilə 500 manat, "xxxx" ASC KB vasitəsi ilə 2500 manat olmaqla cəmi 4800 manat məbləğində ödəniş həyata keçirilmişdir. 07 iyun 2022-ci il tarixli qəbzin surətindən görünür ki, sözügedən qəbzdə “2000 ABŞ dolları vermişəm. Hazıra 600 manat mən bu məbləği aldım. 1 klon, 1 uşaq sırğa üzük, 1 dəst komplekt” yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, iddiaçı cavabdehə 2022-ci ildə qaytarmaq şərti ilə 8800 manat məbləğində pul vermiş, cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, iddiaçıdan borc kimi aldığı ümumilikdə 8800 manat məbləğində borcunu qaytarmamışdır. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı tərəfindən cavabdehə cəmi 8800 manat məbləğində pulun verilməsi iş materiallarında olan elektron ödəmə və əl ilə yazılmış qəbzlərlə öz təsdiqini tapmışdır. Lakin, cavabdeh, iddiaçıdan borc kimi aldığı ümumilikdə 8800 manat məbləği iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, məhkəmədə iddia qaldırmaq üçün hökumət ödəniş portalına iddiaçı tərəfindən ödənilmiş 108 (bir yüz səkkiz) manat dövlət rüsumu da Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 8800 (səkkiz min səkkiz yüz) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 108 (bir yüz səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 8908 (səkkiz min doqquz yüz səkkiz) manat pul alınaraq, İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra, 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar