Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1721/2022 23.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Yusifəli oğlunun sədrliyi, Əskərova Durdanə Museyib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 2.600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 2.600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində cavabdehin poçt ünvanı ünvan 1sinə göndərilmişdir. Həmin iddia ərizəsi icraata götürülərək, iş məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasına təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, cavabdeh hazırda Gəncə şəhəri ərazisində yerləşən hərbi hissələrdən birində xidmət edir və onun Bakı şəhəri Qaradağ rayonu ərazisinə getməyə maddi imkanı yoxdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə deyil, Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Sonda İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə Gəncə Şəhər Məhkəməsində baxılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında mülki işin aiddiyyət qaydalarının pozulması ilə icraata götürüldüyü aşkar edilmişdir. Belə ki, işdə olan «Elektron Məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh Bakı şəhəri, Ələt qəsəbəsi, Hərbi şəhərcik, küçə 1, ev 11, mənzil 13-də qeydiyyatdadır. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, hesab edir ki, mülki iş icraat qaydalarının pozulması ilə icraata qəbul edildiyinə görə mülki baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılmaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən işin həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə verməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, Ələt qəsəbəsi, Hərbi şəhərcik, küçə 1, ev 11, mənzil 13-də qeydiyyatda olduğuna görə iddiaçı İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 2.600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddiasına dair mülki iş baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı ödənilməmiş borcun əvəzi qismində 2.600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 manat 80 qəpik məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddiasına dair mülki iş baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1721/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1721/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver