Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1724/2024 22.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Şakir oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1766/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi ilə 14 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi və Cavabdeh tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, 2014-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 14 avqust 2016-cı il tarixində oğlu X11 dünyaya gəlmişdir. Lakin sonradan onların şəxsi münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Nikahları pozulan zaman oğlu onun yanında qalmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(043)-1766/2021 saylı qətnaməsinə əsasən 14 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Aldığı alimentin miqdarı çox azdır. Belə ki, bu məbləğ hətta uşağın minimum ehtiyaclarını (yemək-içmək, müalicə və sair) da ödəmir. Bu səbəbdən də aldığı alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, Cavabdeh maddi imkanı çox yaxşıdır. Belə ki, cavabdeh Rusiya Federasiyasında yaşamaqla, orada işləyir. Özü isə heç bir yerdə işləmir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1766/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi əsasında müəyyən edilmiş məbləği ilə uşağını güclə saxlayır. Uşağın ehtiyacları, tələbatları günü-gündən artır. Ona görə də 150 manat aliment məbləği də uşağın saxlanılması üçün kifayət etmir və çox azdır. Cavabdeh yeni ailəsinə baxır, anaatasına saxlayır, həyat yoldaşının təhsil haqqını ödəyir. Bu qədər tələbatları qarşıladığı halda, artırılmış aliment məbləğini də ödəyə bilər və ödəməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, oğlu Cavabdeh ikinci dəfə ailə həyatı qurmuş və həmin evlilikdən bir uşağı doğulmuş, bir uşağı isə 35 həftəlik olmaqla doğulma ərəfəsindədir. Həmçinin, oğlu Kənanın səhhətində problemlər var. Belə ki, Kənan ağır işlərdə işləyə bilmir və yüngül işlərdə işləyərək güclə ailəsini dolandırır. X19 Federasiyasında olmaqla orada işləyir. Bütün bu hallar nəzərə alınmalıdır. Odur ki, iddia tələbinin qismən qəbul edilməsini və təyin edilən alimentin 20 manat artırılaraq 170 manat müəyyən edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı, 300068 nömrəli, 10 avqust 2018-ci il tarixli, Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh və vətəndaş X12 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10 avqust 2018-ci il tarixində 208 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Qəmbərov”, arvada “Əliyeva” soyadı verilmişdir. AZ-İİİ seriyalı, 801117 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 14 avqust 2016-cı il tarixində doğulmuşdur. Atası: Cavabdeh, anası: X7r. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1766/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-7426/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Əliyeva (Qəmbərova) Leyla Kamal qızının xeyrinə verilməsi, artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması və Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 01 fevral 2024-cü il tarixli, MŞG/1-00135 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh 01 fevral 2024-cü il tarixində, 11:00 saatlarında “alimentin artırılması” tələbinə dair mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat (50 manat ims, 5 manat poçt xərci) məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, İddiaçı Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək birgə nikahlarından doğulmuş övladları 14 avqust 2016-cı il təvəllüdlü X1 üçün qət edilmiş 150 manat alimentin miqdarının artırılaraq 235 manat müəyyən edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 150 manat müəyyən edildikdən bu günədək məhz onun ailə vəziyyətində çox mühüm dəyişikliklər olmuşdur. Belə ki, himayəsində bir azyaşlı övladından sonra, yaxın vaxtlarda ikinci övladı da dünyaya gəlmək üzrədir. Həyat yoldaşı həm də tələbədir və ödənişli əsaslarla təhsil alır. Bu barədə olan sübutları ərizəsinə əlavə edir. Bütün bu dəyişikliklər əsas verir ki, o, alimentin azaldılması üçün müraciət etsin. Lakin o, işləməməsinə və ailə vəziyyətinin bu cür çətinləşməsinə baxmayaraq belə bir tələb irəli sürmür. Beləliklə, tam aydın olur ki, qarşı tərəfin bu cür iddia qaldırması əsassızdır. Çünki, özünün sağlamlıq vəziyyəti belə o dərəcədədir ki, mütəmadi müalicəyə ehtiyacı vardır. Xroniki bronxial astmanın necə bir xəstəlik olmasını hamı bilir. Xəstəlik səbəbi ilə ağır işlərdə işləyə bilmir. Yüngül işlər olanda birtəhər cüzi gəlir qarşılığında işləyir ki, hamilə həyat yoldaşının, azyaşlı körpəsinin ehtiyaclarını qarşılaya bilsin. Yoldaşı 1997-ci il təvəllüdlü X3 ödənişli əsaslarla təhsil alır, tələbədir. Azyaşlı qızı 09 noyabr 2020-ci il təvəllüdlü Nümayəndə Kənanovnanın isə 4 yaşı vardır. 61 yaşlı xəstə və işsiz anası da onun himayəsindədir. Bu qədər maddi ehtiyacın müqabilində hazırki iddia tələbini ən cüzi hissədə belə qəbul edə bilər. Hazırda iki azyaşlı övladı var və biri də may ayında dünyaya gələcəkdir. Bu uşaqların hamısının saxlanması nəzərə alınmalıdır. Belə olan təqdirdə iddiaçının iddiası təmin edilməməlidir. Hesab edir ki, məhkəmə bütün bu faktlara baxaraq iş üzrə doğru qənaətə gələ biləcəkdir. İddiaçı tamamilə haqsız tələblə müraciət etmişdir. Hazırda 150 manat və bundan daha az alimentlə saxlanan uşaqlar az deyildir. Ailə vəziyyətinin nəzərə alınmadığı halda məcbur qalaraq apellyasiya şikayəti ilə müraciət edəcəkdir. Bəli, bütün bu müddəalarda göstərilənlər onun uşaqlarının hamısına şamil edilməlidir. Bu Qanun heç də bütün bu vəzifələrin məhz və yalnız atanın üzərinə qoymur. Dövlətin də uşaqları saxlamaq, onlara qayğı göstərmək öhdəliyi vardır. İddiaçı aztəminatlı ailə kimi sosial proqramlardan da yararlana bilər. Bunun əvəzinə o, qərəzli münasibət göstərərək onun yeni qurduğu ailəsinə çətinlik yaratmaq, zərər vurmaq istəyir. Odur ki, ailə vəziyyətində çox ciddi dəyişikliklər olmasını, normal gəlirinin olmamasını, yeni rəsmi nikaha daxil olmasını, himayəsində bir azyaşlı övladının, hamilə və ödənişli əsaslarla təhsil alan tələbə həyat yoldaşının və 61 yaşlı xəstə anasının olmasını, bronxial astma xəstəsi olmasını, tezliklə üçüncü övladının dünyaya gələcəyini, himayəsindəki azyaşlıları, həyat yoldaşını, xəstə, yaşlı anasını saxlamaq vəzifəsinin olmasını nəzərə alaraq iddiaçının iddiasının təmin edilməməsini xahiş etmişdir. V-İK seriyalı, 572657 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X5 arasında nikah xx.xx.2021-ci il tarixində qeyd edilmişdir. Bu barədə 23 mart 2021-ci il tarixində nikahın bağlanması haqqında ********************5 saylı akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Qəmbərov”, arvada “Qəmbərova” soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Tibb Kolleci tərəfindən verilmiş 11 nömrəli, 11 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X3 əyani X18 “Tibb bacısı (qardaşı) işi ixtisası üzrə İ kurs 33 qrup tələbəsidir. Ödənişli əsaslarla təhsil alır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X6-Daşkəsən Məşğulluq filialı tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli, 3-17-2/2-Q-3854/2024 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemində aktiv əmək müqaviləsi qeydə alınmamışdır. Vİİ-İK seriyalı, 680774 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nümayəndə Kənanovna 09 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası, Moskva vilayəti, Vidnoye şəhərində anadan olmuşdur. Bu barədə 29 yanvar 2021-ci il tarixində ********************6 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: Cavabdeh, anası: X2r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyətli aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Cavabdeh aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: əri (arvadı): X3 (xx.xx.1997), qızı: Nümayəndə Kənanovna (xx.xx.2020). “X8” tərəfindən verilmiş müayinə barədə məlumatlardan görünür ki, X3 hamiləlik müddəti LMP görə 17 həftə 3 gündür. Təxmini doğuş vaxtı: xx.xx.2024-cü ildir. Dölün vəziyyəti: dəyişkəndir. Ürək fəaliyyəti: +. Terapevtdən tibbi arayışdan görünür ki, xx.xx.2021-ci il tarixindən Cavabdeh Yaşayış yeri üzrə sahə terapevtinin müşahidəsi. 5 ildir ki, klinikaya xroniki xəstəlik – bronxial astma xəstəliyi ilə müraciət etmişdir. Müayinə zamanı somatik cəhətdən sağlamdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1766/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi ilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(043)-7426/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Əliyeva (Qəmbərova) Leyla Kamal qızının xeyrinə verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun bir sıra xərcləri artdığı üçün qət edilmiş 150 (bir yüz əlli) manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etsə də, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “aliment artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Kama qızı məhkəmə iclasında iddia tələbinin təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1766/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi ilə 14 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi və Cavabdeh tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddia tələbini qismən qəbul edərək təyin edilən alimentin 20 manat artırılmasını və 170 manat müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 2 ildən çox vaxt keçməsi və uşaq böyüdükcə onun tələbatları və saxlanma xərclərinin nisbətən artması, hazırda uşağın azyaşlı olmasını, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında tənasüblük gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, həmçinin cavabdehin məhkəməyə ünvanlandığı etirazın dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin yenidən ailə həyatı qurması, o cümlədən həmin evliliyindən 1 uşağı olmaqla 1 uşağının da gələcəkdə doğulacaq olması hazırkı iş üzrə iddiaçı ilə nikahından olan uşağının saxlanılması üçün üzərinə düşən vəzifələrdən azad edə bilməz və o, valideyn olaraq uşağının saxlanılmasında, artan tələbatlarının qarşılanmasında iştirak etmək öhdəliyini daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin yenidən ailə qurması və yeni ailəni planlamaqla uşaqların dünyaya gəlməsinə qərar verməsinə görə sosial məsuliyyəti o daşımaqla bunlara görə gələcəkdə düşəcəyi hər cür maddi çətinlik qarşısında məsuliyyət daşıdığını da bilməli idi. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş 14 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1766/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı mediasiya xərcini tələb etmədiyindən həmin məbləğ iddiaçıya aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 50 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 600 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1766/2021 nömrəli, 27 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və 14 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1724/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1724/2024
22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver