Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(125)-1725/2022 23.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, Kreditor İddiaçı (bundan sonra MMC) borclu Cavabdeh qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İş üzrə borclu Cavabdeh 13 dekabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən dəyəri 708 manat olan məişət avadanlığı əldə etmişdir. Borclu müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 616 manat borcu qalmışdır. Bundan başqa iş üzrə borclu Cavabdeh 21 dekabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən dəyəri 1429 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1404 manat borcu qalmışdır. Odur ki, borcludan 2020 manat məbləğində əsas borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2120 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC- yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. Ona görə də "xxxx" MMC məhkəməyə müraciət edərək, xx.xx.1981-ci ildə Cavabdeh 2020 manat məbləğində əsas borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2120 manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə əmr verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GNK5962696 nömrəli borc müqaviləsinə, əsasən, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 1429 (bir min dörd yüz iyirmi doqquz) AZN məbləğində məişət avadanlığı əldə etmiş, onun 25 (iyirmi beş) AZN ilkin ödəniş etmiş və qalan 1404 (bir min dörd yüz dörd) AZN məbləği 18 ay müddətinə aylıq 78 (yetmiş səkkiz) AZN olmaqla İddiaçı -yə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilələr iştirakçıları tərəfindən imzalanmışdır. Ərizəyə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GNK5962642 nömrəli borc müqaviləsinə, əsasən, Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 708 (yedi yüz səkkiz) AZN məbləğində məişət avadanlığı əldə etmiş, onun 36 (otuz altı) AZN ilkin ödəniş etmiş və qalan 672 (altı yüz yetmiş iki) AZN məbləği 12 ay müddətinə aylıq 56 (əlli altı) AZN olmaqla İddiaçı-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilələr iştirakçıları tərəfindən imzalanmışdır. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilələr iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli borc müqavilələrinə əsasən Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizi ödəyir. İşin materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli İddiaçı MMC tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuş Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli GNK5962642 nömrəli borc müqaviləsi üzrə 616,00 AZN, xx.xx.2022ci il tarixində bağlanmış GNK5962696 nömrəli borc müqaviləsi üzrə Cavabdeh ödənilməmiş 1404 AZN olmaqla, ümumilikdə 2020,00 AZN məbləğində İddiaçı MMC-yə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor İddiaçı MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276.1, 276.2.2, 280 və 281-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə əmr etdi: xx xxxxxxx 1981-ci ildə ünvan 1 ünvanında qeydiyyatdan olan borclu Cavabdeh 13 dekabr 2022-ci il tarixli, GNK5962642 nömrəli borc müqaviləsi üzrə 616,00 manat; xx.xx.2022-ci il tarixli GNK5962696 nömrəli borc müqaviləsi üzrə 1404 manat olmaqla, ümumilikdə 2020 (iki min iyirmi) manat borc və məhkəmə xərci qismində ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Gəncə Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1725/2022
Gəncə Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(125)-1725/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver