Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1735/2022 12.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X31 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə; İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aldatma yolu ilə ondan aldığı 6000 (altı min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayon Qarasaqqal kəndində yaşayır. Fərdi təsərrüfatla məşğuldur. Cavabdehi əvvəllər tanımamışdır. Cavabdehi yaxın bir qohum vasitəsi ilə tanımışdır. O, işsiz olduğu üçün özünə iş axtarmışdır. Bunun üçün bir neçə təşkilata müraciət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh söhbət zamanı onun yaxın bir adamlarının olduğunu, onu işə düzəldə biləcəyini bildirmişdir. Lakin bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirmiş və o, bununla razılaşmışdır. 06 avqust 2020-ci il tarixdə cavabdehə 6000 manat pul vermişdir. O, həmin vaxt onunla borc müqaviləsi bağlamışdır. Lakin onu aldatdığını anlamamışdır. Bundan sonra bir neçə dəfə də ona müraciət edərək işin düzəlməsini soruşmuşdur. Hər dəfə onu yalan vədlərlə aldatmağa başlamışdır. Artıq aldadıldığını görmüş və ondan pulunu geri tələb etmişdir. Hər dəfə yenə də öz yalan vədləri ilə onu aldatmağa davam etmişdir. Sonradan başa düşmüşdür ki, cavabdeh ona borc müqaviləsi bağlatdırmaqla öz cinayətlərinin üstünü ört-basdır etmək istəmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Cavabdeh əvvəllər tanımamış və cavabdehlə onu dayısı tanış etmişdir. İşsiz olduğu üçün iş axtarmış bir neçə quruma müraciət etmiş nəticəsi olmamışdır. Cavabdeh onu işə düzəldəcəyini bildirmiş, lakin bunun üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirmişdir. 06 avqust 2020-ci il tarixdə ona 6000 manat pul vermişdir. Həmin pulu cavabdehə ona görə vermişdir ki, cavabdeh onu işə düzəltsin. Bu məqsədlə cavabdehlə borc müqaviləsi bağlamışdır. Çünki pulu adi qaydada cavabdehə verməyə ehtiyat etmişdir. Lakin onu işə düzəltməmişdir. Bununla bağlı polisə də şikayət etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı dayısının qonşusunun yaxınıdır. Qonşusu ona Səmədi işə düzəltməsini demişdir. Onun xahişini nəzərə aldıqdan sonra əvvəlcədən tanıdığı, X10 vasitəsilə işə adam düzəltdiyini bildirən X19 ilə əlaqə saxlayıb bunun mümkün olub-olmadığını soruşmuşdur. Faiq isə Tamerlanla əlaqə saxladıqdan sonra bunun mümkün olacağını, lakin bunun üçün 6000 (altı min) manat pul lazım olduğunu və həmin məbləği ödədikdən sonra arxayın olmalı olduqlarını bildirmişdir. Bu barədə İddiaçı məlumat verdikdə o, bununla razılaşmış, lakin onu tanımadığından pulu ona aralarında müqavilə bağlandıqdan sonra verə biləcəyini bildirmişdir. Müqaviləni bağladıqdan sonra götürdüyü pulu X11 vermişdir. Faiq isə pulu aldığı kimi X9 verdiyini bildirmişdir. Lakin Səməd müəyyən müddət keçdikdən sonra işlə bağlı heç bir xəbər olmadığını görüb dəfələrlə ona zəng etmişdir. O da bununla bağlı Faiqlə əlaqə saxladıqda Tamerlan tərəfindən aldadılmış olduğunu bildirmişdir. X1 tutulduğundan o, pis vəziyyətdə qalmışdır. O, iddiaçıdan əslində borc almamışdır. Onların bağladığı müqavilə yalan müqavilədir. İddiaçı işə düzəlmək üçün ona pul vermiş, o da pulu digər şəxsə göndərmişdir. Sonradan bu məsələ ilə bağlı araşdırılma aparılmış və həqiqətən onun və Səmədin aldadıldığı müəyyən olunmuş, Səməd özü həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Hazırki iş üzrə o, heç bir öhdəlik daşıya bilməz. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş; 06 avqust 2020-ci il tarixli Kürdəmir regional “Asan xidmət” mərkəzində bağlanmış Kredit Müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 6000 manat borc vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir rayon Polis şöbəsinə təqdim etmək üçün verilmiş arayışdan görünür ki, Kürdəmir rayonu, H.Əliyev prospektində yerləşən lombarddan X15 01 avqust 2020-ci il tarixdə girov qoyaraq 2500 (iki min beş yüz) manat məbləğində pul götürmüşdür. Hal-hazırda həmin pul qarşılıqlı hər ay 100 (bir yüz) manat ödənilir. Cavabdeh tərəfindən hazırki iddia ərizəsinə ünvanlanmış etiraz ərizəsindən görünür ki, İddiaçı ona qarşı qaldırılmış pul tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin işin hallarından da göründüyü kimi, iddiaçı tərəfindən ona verilən pul məbləği aralarında bağlanılmış xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinin predmeti deyildir. Belə ki, İddiaçılə əvvəlcədən heç bir tanışlıqları olmamışdır. İddiaçı ortaq tanış vasitəsilə onunla əlaqə yaratmış, işə düzəlmək istədiyini bildirmişdir. Onun xahişini nəzərə aldıqdan sonra əvvəlcədən tanıdığı, X10 vasitəsilə işə adam düzəltdiyini bildirən X19 ilə əlaqə saxlayıb bunun mümkün olub-olmadığını soruşmuşdur. Faiq isə Tamerlanla əlaqə saxladıqdan sonra bunun mümkün olacağını, lakin bunun üçün 6000 (altı min) manat pul lazım olduğunu və həmin məbləği ödədikdən sonra arxayın olmalı olduqlarını bildirmişdir. Bu barədə İddiaçı məlumat verdikdə o, bununla razılaşmış, lakin onu tanımadığından pulu ona aralarında müqavilə bağlandıqdan sonra verə biləcəyini bildirmişdir. İddiaçı ilə razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə Kürdəmir regional “ASAN xidmət" mərkəzinin notariat ofisində aralarında 6000 manat pul məbləğinin borc verilməsi üzrə kredit müqaviləsi bağlanmışdır. Müqaviləni bağladıqdan sonra götürdüyü pulu X11 vermişdir. Faiq isə pulu aldığı kimi X9 verdiyini bildirmişdir. Lakin Səməd müəyyən müddət keçdikdən sonra işlə bağlı heç bir xəbər olmadığını görüb dəfələrlə ona zəng etmişdir. O da bununla bağlı Faiqlə əlaqə saxladıqda Tamerlan tərəfindən aldadılmış olduğunu bildirmişdir. Bu səbəbdən, X10 tərəfindən törədilmiş dələduzluq əməlinə qarşı cinayət işi açılması məqsədilə X19 tərəfindən müvafiq hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Həmin müraciət əsasında X9 cinayət işi açılmış, sözügedən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3.-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-29/2022 nömrəli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinmiş, ona qarşı irəli sürülmüş mülki iddia təmin edilmişdir. Həmin hökmdən də göründüyü kimi İddiaçı məhkəmə iclasında dindirilmiş, tələb etdiyi məbləği onun vasitəsi ilə X9 işə düzəlmək məqsədi ilə verdiyini bildirmişdir. Belə olan halda, həmin məbləğ dələduzluq törədən şəxsdən, X3 tutulmalıdır. İddiaçı işə düzəlməklə bağlı təklifi o, etməmişdir. O, özü işə düzəlməsi üçün ondan xahiş etmiş, arada vasitəçi şəxs olmağını istəmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-29/2022 nömrəli hökmünün təsviri hissəsində həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı məhkəmə iclasında vermiş olduğu ifadəsindən görünür ki, 2020-ci ilin iyul ayının sonunda dayısı X5 Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin Kürdəmir rayon şöbəsinə işə qəbul üçün sənəd verdiyini, tibbi və qabiliyyət imtahanından keçdiyini, lakin işə qəbul olunmadığını və özünə iş axtardığını bildirmişdir. Bu zaman dayısı ailəvi tanışı olan Səkinə xanıma zəng edərək məsələni ona bildirmiş, Səkinə də Ceyhun adlı qonşusu ilə danışıb xəbər edəcəyini söyləmişdir. Təxminən 1 saat sonra Səkinə dayısına zəng etmiş, Ceyhunun kömək edə biləcəyini bildirərək sonuncunun nömrəsini vermişdir. Ceyhunla danışanda sonuncu sənədləri yenidən verməli olduğunu və həmin orqana işə qəbul olunmasına öz tanışı vasitəsilə kömək edəcəyini bildirmişdir. Ceyhun 2 gün sonra zəng edərək X17 Xidmətinin Kürdəmir rayon şöbəsinə işə qəbul üçün nəzərdə tutulan sənədləri və ilkin olaraq 6.000 manat, iş düzəldikdən sonra isə 4.000 manat pulun verməli olduğunu bildirmişdir. O da onunla razılaşmış, təxminən 10 gün sonra Ceyhuna zəng edərək sənədləri və 6.000 manat pulun hazır olduğunu deyib onu avqust ayının 6-da Kürdəmirə dəvət etmiş, notariusda borc müqaviləsi ilə 6.000 manat pulu və sənədləri ona vermişdir. Ceyhun işin 31 dekabr 2020-ci il tarixədək həll olunacağını bildirmişdir. 2021-ci ilin yanvarmart aylarında xatırlamadığı şəhər və mobil nömrələrdən zənglər gələrək ona sənədlərinə Fövqəladə Hallar Nazirliyində baxıldığı və tezliklə Bakı şəhərinə çağrılacağı bildirilmişdir. 2021-ci ilin fevral və mart aylarında özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxs onu Bakıya çağırmış, lakin gəlməsinə 1 gün qalmış yenidən zəng edərək görüşün təxirə salındığını söyləmişdir. İyun ayının əvvəlində Ceyhun zəng edərək bildirmişdir ki, işə düzəlməsi üçün sənədləri və pulları verdiyi Tamerlan adlı şəxs tərəfindən aldadılmışdır. O isə pulu Tamerlana yox, Ceyhuna verdiyini deyərək pulu və sənədləri geri qaytarmasını tələb etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İş üzrə şikayətçidir. Həmçinin həmin hökmdə təqsirləndirilən şəxs X6 məhkəmə iclasında vermiş olduğu ifadəsindən görünür ki, 05 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin ümumi bölməsinin məsul icraçısı vəzifəsinə təyin olunmuşdur. 2020-ci ilin yanvar ayında onun bir neçə şəxsin işə düzəlməsinə kömək etməsi barədə məlumatı olan və eyni idarədə xilasedici-sürücü işləyən Faiq Babayev ona yaxınlaşaraq bir neçə dost-tanışının işə qəbul olunmasında köməklik göstərməsini istəmiş, o da təkrar vakant yerlər yaradılacağını fikirləşib F.Babayevə bu məsələni həll edə biləcəyinə vəd vermiş və bunun üçün işə düzələcək olan şəxslərin hər birinin müəyyən miqdarda pul verməli olduğunu bildirmişdir. Veriləcək olan pulun bir hissəsini öncədən sənədlərlə birlikdə, qalan hissəsini isə işə düzəldikdən sonra alacağını söyləmişdir. 2020-ci ilin mart ayının ortalarında Faiq ona Orxan Cavadzadə, Şəhriyar Əhmədov, Nicat Abdulrəhmanlı və Vüsal Həsənov adlı şəxsləri işə düzəltməsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən işlədikləri idarədə hər biri üçün 1.500 manat olmaqla ümumilikdə 6.000 manat pul və sənədləri vermiş, o da 4-5 ay ərzində işi həll edəcəyinə söz vermişdir. İyun ayında həmin şəxslərin mobil telefon nömrələrinə zəng etmiş, özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Aqil Ağayev kimi təqdim edərək onların işə düzəlmə məsələsinin həll edildiyini və sənədlərin qeydiyyata alındığını bildirmişdir. Həmin zəngdən sonra F.Babayevin ona olan inamının daha da artdığını hiss etmişdir. İyun ayında Faiq işlədikləri idarədə Qəzənfər Rəhimov, Rüfət Süleymanov, İddiaçı, Ayxan Bayramov və Bəxtiyar Abbaslı adlı şəxsləri də Fövqəladə Hallar Nazirliyində sürücü və ya yanğın söndürən vəzifəsinə düzəlmələri üçün kömək istədikdə adam başına cəmi 5.000 manat pul verməli olduğunu, həmin pulun 2.000 manatını sənədlərlə birlikdə, qalan 3.000 manatını isə işə başladıqdan sonra verməli olduqlarını bildirmişdir. İyul ayının ortalarında Faiq ona 10.000 manat pulu və həmin şəxslərin sənədlərini işlədikləri idarənin qarşısında ona vermişdir. Pul və sənədləri alarkən Faiqə 2020-ci ilin sentyabr ayının sonunadək bütün pul verən şəxslərin təyinatlarını alaraq işlə təmin olunacaqlarını demişdir. Sentyabr ayında həmin şəxslərin mobil telefon nömrələrinə zəng etmiş, özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Aqil Ağayev kimi təqdim etmiş və hazırda onların işə düzəlmə məsələsinin həll edildiyini və sənədlərinin qeydiyyata alındığını demişdir. Sentyabr ayında Faiq işə düzəlmək istəyən X7 və X8 Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istədiklərini bildirmişdir. Faiqə V.Şahbazovanı nazirliyin Kadrlar şöbəsində köməkçi düzəlməsi üçün 7.000, T.Xammədlini isə yanğın söndürən vəzifəsinə düzəlməsi üçün 6.000 manat pul verməli olduğunu bildirmişdir. Sentyabr ayının ortalarında V.Şahbazova üçün ilkin olaraq 2.200 manat pulu, T.Xammədli üçün isə ilkin olaraq 2.000 manat pulu və hər ikisinin sənədlərini işlədikləri idarənin qarşısında Faiqdən almışdır. Dekabr ayında Faiq tanışı X12 işə düzəlmək istədiyini bildirmiş, həmin şəxsi yanğın söndürən vəzifəsinə düzəltmək üçün ümumilikdə 5.500 manat verməli olduğunu Faiqə demişdir. İlkin olaraq 1.500 manat pulu və sənədləri işlədikləri idarənin qarşısında Faiqdən almış, qalan 4.000 manat pulu isə işlə təmin olunduqdan sonra alacağını bildirmişdir. 2021-ci ilin fevral ayında pullarını aldığı bütün işə düzəlmək istəyən şəxslərin mobil telefon nömrələrinə yenidən ***-***-**-** nömrəsindən zəng edərək özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Aqil Ağayev kimi təqdim etmiş və 03 mart 2021-ci il tarixdə həmin şəxslərin işə qəbul ilə bağlı Fövqəladə Hallar Nazirliyində qəbul ediləcəklərini bildirmişdir. Fevral ayının sonunda Faiqə zəng edərək vakant yerlərin yaradılacağını düşündüyünü, lakin pandemiya və Vətən müharibəsi səbəbindən vakansiya verilmədiyini bildirmişdir. Faiq pulları istədikdə 10 mart 2021-ci il tarixədək vaxt istəmiş, lakin aldığı pulları şəxsi istifadəsinə xərcləmişdir. Həmin şəxslərin heç biri ilə tanışlığı olmadığından Faiq verdiyi pulları ondan tələb etmiş, pulu geri qaytara bilmədiyindən Faiq onun barəsində şikayət etmişdir. İlkin olaraq pulu qaytarmasını tələb edən zaman 12 mart 2021ci il tarixdə Faiqə borclarını bağlaması üçün ayrılıqda 700 manat və 500 manat miqdarda pul vermiş, daha sonra Faiqlə “Moskva” univermağının yaxınlığında qızıl alqı-satqısı məntəqəsinə gedərək ona məxsus qızıl-zinət əşyasını satmış, bundan sonra “Olimpik star” əyləncə mərkəzinin qarşısında Faiqin dostu Ceyhunla görüşərək 1.500 manat pulu Qəzənfər adlı şəxsə verməsi üçün sonuncuya vermişdir. Əlavə olaraq qeyd edir ki, 2020-ci ilin oktyabr ayında iş yoldaşı Xəyal Novruzov arvadı X4 işə düzəltmək üçün ona müraciət etmişdir. İlkin olaraq arvadının Fövqəladə Hallar Nazirliyində işləməsini istəsə də, daha sonra onun üçün Ədliyyə Nazirliyinin daha münasib olduğu qərarına gəlmiş və Xəyal ondan Ədliyyə Nazirliyinə işə düzəldə bilib-bilməməsini soruşduqda, o, həmin vaxt Xəyala atasının Ədliyyə Nazirliyində tanışları olduğunu və oraya daha rahat işə düzəldə biləcəyini demişdir. Xəyala arvadı G.Novruzovanı nazirliyin Kadrlar idarəsinə işə düzəldə biləcəyini və bunun üçün 4.500 manat pul tələb olunduğunu bildirmişdir. Xəyal ilkin olaraq ona 1.300 manat pul verəcəyini, daha sonra arvadının işə düzəlmə əmri çıxdıqdan sonra pulun qalıq hissəsini verəcəyini dedikdə, o, Xəyalla razılaşmış və 2020-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin qarşısında görüşərək 1.300 manat pulu və zəruri sənədləri ondan almışdır. 2021-ci ilin fevral ayında Xəyaldan öz işləri ilə əlaqədar borca 1.500 manat pul istəmiş, həmin vaxt Xəyal onun artıq pulu olmadığını və evdə olan pulu arvadı Göyərçinin işi üçün düzəltdiyi pul olduğunu bildirmişdir. Bu hadisədən bir neçə gün sonra özünə məxsus ***-***-**-** saylı mobil nömrədən Xəyalın arvadı G.Novruzovanın istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək özünü Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin əməkdaşı kimi təqdim etmiş, işə düzəlmə ilə əlaqədar sənədlərinin qeydiyyatdan keçdiyini və yaxın günlərdə qəbula çağırılacağı barədə məlumat vermişdir. Bundan sonra Xəyal ilə əlaqə saxlamış və arvadının işinin həll olunduğunu və buna görə pulun qalığını ödəmək lazım olduğunu bildirmişdir. Həmin vaxt Xəyaldan 1.500 manat pulu “E-manat” ödəniş sistemi vasitəsi ilə kart hesabına göndərməyi xahiş etmiş və bunun üçün Xəyala kartının şəkilini atmışdır. 03 fevral 2021-ci il tarixdə axşam saatlarında Xəyal 700 manat və 800 manat olmaqla 1.500 manat pulu ona göndərmiş, o da bu pulu iş yerinin yaxınlığındakı bankomatdan çıxarmışdır. 2021-ci ilin fevral ayında bütün işə düzəlmək istəyən şəxslərin mobil telefon nömrələrinə yenidən ***-***-**-** saylı mobil nömrədən zəng edib özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Aqil Ağayev kimi təqdim edərək 2021-ci il mart ayının 1-dən 5-dək həmin şəxslərin işə qəbul olunmaları ilə bağlı onları nazirlikdə qəbul ediləcəklərini bildirmişdir. Fevral ayının sonu, mart ayının əvvəlində F.Babayevə bütün işə düzəlmə məsələsinə görə aldığı pulları heç kimə vermədiyini, həmin pulları şəxsi ehtiyaclarına və borclarına xərclədiyini demişdir. F.Babayevin onun üzərinə gəlməməsi üçün fındıq bağının olduğunu və mart ayının 10-a kimi həmin bağı satıb pulları geri qaytaracağını söyləmişdir. Faiq pulu qaytarmağı tələb etdiyi üçün “Moskva” univermağının yaxınlığında yerləşən qızıl alğı-satqısı yerinə getmiş və özünə məxsus qızıl-zinət əşyasını sataraq 1.500 manat pulu Faiqə geri qaytarmışdır. Elə həmin gün 500 manatı Turan Xammədliyə, 700 manatı isə Faiqin tanışı Cavabdeh olan borcunu ödəmək üçün F.Babayevə 1.200 manat vermişdir. Faiqə olan ümumi borcun 21.700 manat puldan 2.700 manatını qaytarmış, hazırda Faiq Babayevə cəmi 19.000 manat borcu qalmışdır. Zərər çəkmiş şəxslərin heç birini tanımır, onların işə düzəlməsi üçün pul və digər sənədləri Faiq vasitəsilə almışdır. Eyni zamanda sözügedən hökmdə Cavabdeh həmin iş üzrə məhkəmə iclasında vermiş olduğu ifadədən də görünür ki, 2020-ci ilin may ayında Müslüm Quliyevlə söhbət əsnasında tanışı X21 Hallar Nazirliyinə işə düzəltməyə kömək edə biləcəyini bildirmişdir. Müslüm və Faiq birlikdə olduqları zaman F.X22 Nazirliyində Tamerlan adlı tanışı olduğunu və öz qohumlarını işə düzəltmək üçün onların sənədlərini ona verdiyini söyləmişdir. Faiqə tanışlarından istəyən olarsa nazirliyə işə düzəltmək üçün kömək edə bilib-bilməyəcəyini və Tamerlanın etibarlı şəxs olub-olmamasını soruşanda, sonuncu buna müsbət cavab verərək Tamerlanın arvadı və bacısının da həmin qurumda işlədiyini, onun bacarıqlı adam olduğunu demişdir. 2020-ci ilin may ayının sonunda tanışı Qəzənfər Rəhimov ona iş axtardığını deyəndə o Faiqə zəng vurmuş, Faiq də sonradan zəng edərək Tamerlanla danışdığını və X13 Mühafizə Xidmətinin Tovuz rayon bölməsinə yanğın söndürən vəzifəsinə işə düzəldə biləcəyini, işə qəbul üçün nəzərdə tutulmuş sənədləri və 6.000 manat pul lazım olduğunu, bu puldan da 3.000 manatını əvvəlcədən verilməsini söyləmişdir. Qəzənfər də bununla razılaşmışdır. 2020-ci ilin iyun ayının əvvəlində Qəzənfər sənədləri və 3.000 manat pulu götürüb metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında ona vermiş, o da Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin yaxınlığında Faiqlə görüşərək verilən sənədləri və bu pulu ona təqdim etmişdir. Bundan əlavə, tanışı X2 X17 Xidmətinin Tovuz rayon bölməsinə işə düzəlməsi üçün 2020-ci ilin iyun ayının ortalarında 3.000 manat pulu da həmin yerdə Faiqə vermişdir. Həmçinin, tanışı Ayxan Bayramovun X17 Xidmətinin Gəncə şəhərində yerləşən bölməsinə işə düzəlməsi üçün Faiq tərəfindən söylənilən və əvvəlcədən ödəniş kimi nəzərdə tutulan 3.000 manat pulu o, Ayxanın əvəzinə Faiqə verməyə razı olmuş, bununla bağlı 2020-ci ilin iyun ayının ortalarında Faiqlə Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin yaxınlığında görüşərək İddiaçı X17 Xidmətinin Kürdəmir rayon bölməsində işə düzəlmək üçün göndərdiyi 6.000 manatdan 1.000 manatı və Rüfət Süleymanovun X17 Xidmətinin Beyləqan rayon bölməsində işə düzəlmək üçün göndərdiyi 7.000 manatdan 2.000 manatı, cəmi 3.000 manat pulu Ayxana görə, habelə həmin şəxslərin hər birinə görə 3.000 manat pulu sənədlərlə birlikdə ona vermişdir. Pulları verdikdən sonra 2020-ci ilin sentyabr ayında həmin şəxslərin mobil telefon nömrələrinə ***-***-**-** saylı nömrədən zəng gəlmiş və zəng edən şəxs özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Aqil Ağayev kimi təqdim etmiş, hazırda onların işə düzəlmə məsələsinin həll edildiyini və sənədlərin qeydiyyata alındığını söyləmişdir. Bir neçə gün sonra Faiq onunla əlaqə saxlayaraq həmin şəxslərin işə düzəlmə məsələsi ilə bağlı qeydiyyat aparıldığını və Tamerlanın ondan pulun qalan hissəsini də ödəməli olduqlarını bildirmişdir. 2020-ci ilin sentyabr ayının ortalarında Qəzənfər Rəhimov, Ayxan Bayramov və Bəxtiyar Abbaslı ilə əlaqə saxlayıb Faiqin ona bildirdiklərini demiş və həmin şəxslər də qalıq qalan 3.000 manatdan 2.000 manatı göndərmişlər. Rüfət və Səmədin hər birinin onda olan 2.000 manatını və digər şəxslərin göndərdikləri 2.000 manat pulu, ümumilikdə 10.000 manat pulu Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə idarəsinin yaxınlığında Faiqə vermişdir. 2021-ci ilin fevral ayında bütün işə düzəlmək istəyən şəxslərin mobil telefon nömrələrinə yenidən 055-251- 30-19 saylı nömrədən zəng edən şəxs özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Aqil Ağayev kimi təqdim edərək 2021ci il mart ayının 1-dən 5-dək onların işə qəbul olunmaları ilə bağlı Fövqəladə Hallar Nazirliyində qəbul ediləcəklərini bildirmişdir. 05 mart 2021-ci il tarixdə heç bir şəxsin işə düzəlmədiyini görən zaman Tamerlanın onları aldatdıqlarını başa düşmüşlər. Pulu qaytarmasını tələb edən zaman Tamerlan, Faiq və o “Moskva” univermağının yaxınlığında lombarda getmiş və Tamerlan özünə məxsus qızıl-zinət əşyasını sataraq 1.500 manat pulu Faiqə geri qaytarmış, Faiq də həmin pulu işə düzəlmək istəyən şəxslərdən biri olan Qəzənfərə qaytarması üçün ona vermişdir. Bundan əlavə, öz vəsaiti hesabına 3.500 manat pul da qoyaraq Qəzənfərə dəymiş ziyanı ödəmişdir. Tamerlan ilkin olaraq pulları qaytaracağını bildirsə də, sonra əlaqə yaratmamışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-29/2022 nömrəli hökmünün nəticə hissəsindən isə görünür ki, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ailə üzvləri ilə birlikdə Kürdəmir rayon Qarasaqqal kəndində yaşayır, fərdi təsərrüfatla məşğuldur. Cavabdeh isə Gəncə şəhərində yaşayır. İddiaçı cavabdehi əvvəllər tanımamışdır. İddiaçı cavabdehi qohumu vasitəsi ilə tanımışdır. Belə ki, iddiaçı işsiz olduğu üçün özünə iş axtarmışdır. Bunun üçün bir neçə təşkilata müraciət etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. İddiaçı cavabdehlə söhbət zamanı sonuncu onun adamı olduğunu və onu işə düzəldə biləcəyini bildirmişdir. Cavabdeh iddiaçıya işə düzəlməsi üçün müəyyən məbləğdə pul lazım olduğunu bildirmiş, bu məqsədlə iddiaçı cavabdehə 6000 manat pul vermişdir. Lakin iddiaçı cavabdehlə pulun verilməsini rəsmiləşdirmək üçün notarial qaydada borc müqaviləsi bağlamışdır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, İddiaçı işə düzəlmək məqsədilə Cavabdeh aldatma yolu ilə ondan aldığı 6000 (altı min) manat pulun ona verilməsi barədə iddia qaldırmışdır. Lakin Cavabdeh həmin pulu işə düzəltməsi üçün X10 vasitəsilə işə adam düzəltdiyini bildirən X11 vermişdir. Lakin Səməd müəyyən müddət keçdikdən sonra işlə bağlı heç bir xəbər olmadığını görüb dəfələrlə Cavabdeh zəng etmişdir. O da bununla bağlı Faiqlə əlaqə saxladıqda Tamerlan tərəfindən aldadılmış olduğunu bildirmişdir. İddiaçı işə düzəlməklə bağlı təklifi Cavabdeh etməmişdir. İddiaçı özü işə düzəlməsi üçün Cavabdeh xahiş etmiş, arada vasitəçi şəxs olmağını istəmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-29/2022 nömrəli hökmünə əsasən X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarını müəyyən edərək hesab edir ki, tərəflər arasında notariat kontorunda yazılı borc müqaviləsi bağlansa da əslində borc münasibəti yaranmamışdır. Belə ki, İddiaçı işə düzəlmək məqsədilə verdiyi pula dair guya Cavabdeh ilə 06 avqust 2020-ci il tarixdə Kürdəmir regional “Asan xidmət” mərkəzində bağlamış olduğu kredit müqaviləsinə əsasən ona 6000 (altı min) manat məbləğində borc pul verməsinə dair bağladığı əqd uydurma əqddir və görüntü xarakter daşımışdır. Bu baxımdan həmin müqavilə etibarsız hesab olunmalıdır. Başqa sözlə bütün bunlar göstərir ki, iddiaçı və cavabdeh bilərəkdən görüntü xatirinə borc (kredit) müqaviləsi imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar). Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarında vurğulamışdır ki, ... o da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Bir sıra ölkələrin qanunvericiliyində də yalan əqdlərlə bağlı münasibətləri tənzimləyən eyni məzmunlu normalar nəzərdə tutulmuşdur. Belə ki, Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinin saxta əqdlər adlanan 117-ci paraqrafına əsasən, əgər şəxsə yönəlmiş iradə ifadəsi onun özünün razılığı ilə görüntü üçün edilmişdirsə bu müqavilə əhəmiyyətsizdir. Əgər saxta müqavilə digər həqiqi müqaviləni pərdələmək üçün bağlanmışdırsa, pərdələnən əqdə aid qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin yuxarıda qeyd olunan qərarında vurğulamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlmişdir: - Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri - əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı zərərçəkmiş şəxs qismində tanındığı iş üzrə təqsirləndirilən şəxsə qarşı mülki iddia verməli idi. Lakin o, bu hüququndan cinayət mühakimə icraatı zamanı istifadə etməmişdir. Buna baxmayaraq, İddiaçı bu hüquqdan hazırda da istifadə etməsi istisna olunmur. Belə ki, İddiaçı ona dələduzluq nəticəsində zərər vurmuş X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə və sonuncunun ondan dələduzluq yolu ilə əldə etdiyi pulu tələb edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə əsasən mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı Cavabdeh qarşı “altı min manat pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1735/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1735/2022
12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver