Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1738/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2004- cü il təvəllüdlü X1 illik təhsil haqqının ödənilməsi üçün Cavabdeh əlavə xərclərə cəlb olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını xx.xx.2003-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2004-cü il tarixdə Səbinə və xx.xx.2007-ci il tarixdə Leyla adlı qızları anadan olmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(043)-14/2010 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadehdən hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Böyük qızı X3 xx.xx.2004-cü il təvəllüdlü olduğundan xx.xx.2022-ci il tarixdə 18 yaşı tamam olmuş və yetkinlik yaşına çatdığından ona alimentin ödənilməsi dayandırılmışdır. Hazırda qızı Səbinə Bakı Slavyan Universitetinin 1-ci kurs tələbəsidir. İllik ödəniş haqqı 2000 manat, kirayə haqqı 200 manat, kommunal ödənişləri isə 50 manat olduğundan həmin məbləğin ödənilməsinə maddi imkanı çatmır. Cavabdeh isə maddi vəziyyəti yaxşıdır, belə ki, o, "xxxx" MMC-də işləməklə yüksək əmək haqqı alır. Hazırda 300 manat aliment ödəyir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-2392/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü ildən başlayaraq xx.xx.2004-cü ildə doğulmuş X3 və xx.xx.2007-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Slavyan Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 734 nömrəli arayışdan görünür ki, X3 Bakı Slavyan Universitetinin Xarici dil müəllimliyi fakültəsində Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası üzrə İİ tədris ilinin RRGM-206 qrupunda əyani formada, ödənişli əsaslarla təhsil alır. İllik ödəniş haqqı 2000 manatdır. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2014-cü il tarixli, Rİ-03/190/14 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də göyərtə işçilərinin dəstə rəhbəri vəzifəsində işləyir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-2392/2014 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2004-cü ildə doğulmuş X3 və xx.xx.2007-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Uşaqlardan xx.xx.2004-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çataraq Bakı Slavyan Universitetində ödənişli təhsil alır. İddiaçı iddia etmişdir ki, qızı Səbinənin təhsili ödənişli olduğundan və maddi imkanları olmadığından cavabdeh qızları Səbinənin təhsili üçün çəkilən xərclərə cəlb edilsin. Məhkəmə iddiaçının izahatını dinləyib işdə olan sübutlarla birlikdə araşdıraraq həmin sübutlara hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi qanunvericilik yalnız müstəsna hallarda o, cümlədən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara görə göstərilən kənar xidmətin haqqının ödənilməsinə cəlb olunmasını nəzərdə tutmuşdur. Lakin iddiaçı hazırki iş üzrə təhsil haqqının ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1738/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1738/2023
03.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver