Məhkəmə qərarları › İş №2(125)-1752/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-1752/2025

07.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-1752/2025 07.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əlicabbar qızının sədrliyi ilə, İddiaçı cavabdeh AR ƏƏSMN X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh AR ƏƏSMN X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İddia ərizəsi və ona əlavə olunan sənədlərdən görünür ki, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticəni mübahisələndirən İddiaçı AR ƏƏSMN X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul olunmuş qərarın ləğv olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə münasibətlər isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və digər müvafiq aktlarla tənzimləndiyindən, mülki və mülki prosessual hüquq normalarıyla tənzimlənmədiyindən hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki icraat qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Bununla yanaşı, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq uyğun olaraq aidiyyəti üzrə (ümumi) rayon məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.1, 263 və 264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh AR ƏƏSMN X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar