Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1758/2023 11.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X21 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh iştirakları ilə, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk iddiası, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1126/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat alimentin artırılaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat alimentin və ilkin mediasiya üçün ödədiyi 60 (altmış) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1126/2020 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi çıxarıldıqdan sonra uşaqlar daha da böyümüşlər. Bununla bağlı onlara çəkilən xərclərin miqdarı xeyli artmışdır. Həmçinin ölkədə gedən inflyasiya ilə əlaqədar qida məhsullarının, uşaq geyimlərinin qiymətləri xeyli artmışdır. Buna görə də uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Cavabdeh uşaqların saxlanılması üçün alimentin miqdarını artırmağa könüllü olaraq razı olmamışdır. Buna görə də alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası üzrə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ona qarşı qaldırmış olduğu hər iki uşaq üçün 440 (dörd yüz qırx) manat aliment məbləği olduqda yüksək olduğundan, onun maddi vəziyyətini, rəsmi iş yerinin olması və diqqətəlayiq halları nəzərə alaraq, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(043)-1126/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat alimentin miqdarı 03 fevral 2023-cü il tarixdən etibarən azaldılaraq, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin tutulmasına və cavabdeh İddiaçı ilkin mediasiya xərclərinin İddiaçı aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı iddia qaldıraraq, xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X7 hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat alimentin miqdarının artırılması və ilkin mediasiya üçün ödədiyi 60 (altmış) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını istəmişdir. O, təbii ki, uşaqlarının saxlanılması üçün əlindən gələni etmişdir. Lakin nəzərə almaq lazımdır ki, onun aylıq əmək haqqı 466 (dörd yüz altmış altı) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-156-cı maddələrinə istinad edib alimentin miqdarının azaldılması ilə qarşılıqlı iddia vermək məcburiyyətindədir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1126/2020 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla cəmi 280 (iki yüz səksən) manat aliment ödəyir. Hazırkı 280 (iki yüz səksən) manat aliment məbləği onun əmək haqqının 60,1 faizini təşkil edir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində sabit pul məbləğində istədiyi 440 (dörd yüz qırx) manat onun əmək haqqının 94,5%-ni təşkil edəcəkdir. 2023-cü il üçün "X11 " Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Hamının qanun qarşısında - kişi ilə qadının qanun və məhkəmə qarşısında eyni hüquqları, eyni azadlıqları, həmçinin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə, uşaqlarını saxlamağa borclu olduğunu nəzərə aldıqda hər iki uşaq üçün istədiyi 440 manat uşaqların saxlanılmasında qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özü də iştirak etməlidir. Hər iki uşağin atası və anası var. O, uşaqların atası otaraq 280 manat aliment ödəyir. Anası olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı da öz üzərinə düşən valideyn borcunu yerinə yetirməlidir, uşaqların saxlanılmasında 220 manat maddi vəsaiti də özü xərcləməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı uşaqlara münasibətdə valideyn kimi uşaqların anasıdır, uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malikdir və bir valideyn kimi uşaqları saxlamağa borcludur. Hər iki valideyn qanun qarşısında bərabər hüquqlu olduğundan uşaqların saxlanılması xərcləri də bərabər olmalıdır, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özü də uşaqların saxlanılmasında maddi vəsait xərcləyərək iştirak etməlidir. Uşaqların saxlanılması üçün istənilən 440 (dörd yüz qırx) manat hər iki valideynin qanun qarşısında bərabər hüquqlu olduğundan uşaqların saxlanılması xərcləri ata üçün 220 (iki yüz iyirmi) manat və ana üçün 220 (iki yüz iyirmi) manat olmalıdır. O, ata olaraq öz borcunu yerinə yetirir və hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment ödəyir. Burada hansı dəyişiklik baş verir ki, o, 440 (dörd yüz qırx) manat aliment ödəsin. Hal-hazırda uşaqlarına ödədiyi aliment məbləğindən başqa 21 yanvar 2023-cü il tarixdən etibarən atası 1948-ci il təvəllüdlü X9 və anası 1949cu il təvəllüdlü X8 qarşısında Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən onların saxlanılması üçün hərəsinə 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat aliment öhdəliyi vardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə görə - Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Atası və anası mediasiyaya müraciət etmiş, o da könüllü olaraq onların saxlanılması üçün hərəsinə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat aliment ödəməyi üzərinə götürmüşdür. Lakin hələ də atası və anasına olan alimenti ödəyə bilməmişdir. “X11" Qanun ona da şamil olunmalıdır. Səhər saat 09:00-dan 18:00-dək işləyir. İşə səhər iki marşrut ilə gedir, axşam iki marşrutla qayıdır, nəqliyyat xərci ayda 33 manat, bir nəfər üçün çörəyin qiyməti 0,50 qəpik olmaqla çörək pulu ayda 20 manata çatır. Özünün nəqliyyat xərcləri, ərzaq, qeyri-ərzaq, dolandıracaq xərcləri, həmçinin atası və anası qarşısında 160 manat aliment öhdəliyi vardır. Onun başqa gəlir yeri yoxdur. Hazırda 280 (iki yüz səksən) manat aliment məbləği onun əmək haqqının 60,1 faizini təşkil edir. İddia ərizəsində sabit pul məbləğində istədiyi 440 (dörd yüz qırx) manat onun əmək haqqının 94,5 faizini təşkil edəcəkdir. Bu da qanuna ziddir. Aliment razılaşması olmadığından uşaqlar üçün Ailə Məcəlləsinin 76.1.2-ci maddəsi ilə iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi məhkəmə tərəfindən tətbiq edilməlidir. Onun rəsmi iş yeri var, əmək haqqı 466 manat təşkil edir və əmək haqqının 1/3 hissəsi aliment tutulmalıdır. Mediasiya xərclərinə münasibətdə isə "Mediasiya haqqında" Qanunun 36.7-ci maddəsinə görə mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qarşılıqlı iddia üzrə cavabdehin maddi vəziyyəti pis olsaydı, mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilərdi. Deməli, maddi vəziyyəti yaxşıdır ki, mediasiya xərclərini öz vəsaiti ilə 60 (altmış) manat ödəmişdir. Məhkəmənin 27 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı “aliment miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi və hər iki iddiaya bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirdi ki, qızı xx.xx.2010-cu il təvəllüdlü Nuray Abbasovanın gözündə astiqmatizm var, həmçinin uşaqların başqa xərcləri də günü-gündən artır. Özü yenicə işə girmişdir və kollecdə komendant vəzifəsində işləyərək, 330 manat əmək haqqı alır. Cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim edə bilmir. Odur ki, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1126/2020 nömrəli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment ödəyir. Hazırki 280 manat aliment məbləği onun əmək haqqının 60,1 faizini təşkil edir. İddiaçı ondan istədiyi 440 manat onun əmək haqqının 94,5 faizini təşkil edəcəkdir. İddiaçı hər iki uşağın saxlanılmasında özü də iştirak etməlidir. O, uşaqların atası olaraq 280 manat aliment ödəyir. Uşaqların anası olaraq İddiaçı da öz üzərinə düşən valideyn borcunu yerinə yetirməlidir. Özünün dolanışığı çox pisdir, onun da yaşamaq hüququ vardır. Bundan başqa barışıq sazişinə əsasən valideynlərinin hər birinə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment ödəyir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-198/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən onun uşaqları xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X13 ilə hər həftənin şənbə günləri ünsiyyətdə olma vaxtı saat 11:00-dan 19:00-dək müəyyən edilməsi, qətnamə onun uşaqları xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X13 ilə hər həftənin bazar günləri saat 11:00-dan 16:00dək görüşüb ünsiyyətdə olmasının təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lakin, cavabdeh İddiaçı tərəfindən hələ də onun normal qaydada uşaqları ilə görüşü təşkil edilməmişdir. Cavabdeh uşaqlarını ona göstərmədiyi azmış kimi hələ alimentin məbləğinin artırılması üçün iddia da qaldırmışdır. Onun gəliri artmamış, əksinə valideynləri üçün əlavə olaraq aliment öhdəliyi vardır. Odur ki, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1126/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Gəncə VVADQ şöbəsində 14 dekabr 2005-ci il tarixdə, 761 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-00297 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən telefon və poçt vasitəsi ilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə xx.xx.2023-cü il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. 21 yanvar 2023-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər 1948-ci il təvəllüdlü X9, xx.xx.1949-cu il təvəllüdlü X8 və xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh ailə münasibətlərindən irəli gələn məsələni həll etməyə razılaşmışlar. Birinci tərəflər 1948-ci il təvəllüdlü X9 və xx.xx.1949-cu il təvəllüdlü X8 övladları xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh saxlanılmaları üçün aliment tələb edirlər. İkinci tərəf Cavabdeh birinci tərəflər, yəni valideynləri 1948-ci il təvəllüdlü X9 və xx.xx.1949-cu il təvəllüdlü X2 aliment tələbinə əsasən onların saxlanılmaları məqsədilə hər ay hər biri üçün 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) manat aliment məbləğini hər ayın 28-dən, digər ayların 5nə kimi ödəməyi öz üzərinə götürmüşdür. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2250/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, X10 və X8, Cavabdeh, həmçinin mediator X3 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir: Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq X5 və X1 üçün hər ay hər biri üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimenti hər ayın 28-dən digər ayın 05-nə kimi ödəməyi öz üzərinə götürmüşdür. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hazırki iddiaya etirazından görünür ki, iddiaçı ona qarşı iddia qaldırıb xx.xx.2010-cu il tarixdə anadan olmuş X6 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X7 hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat alimentin miqdarının artırılması və ilkin mediasiya üçün ödədiyi 60 (altmış) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını istəmişdir. Ona qarşı qaldırılmış iddiani qanunsuz və əsassız hesab edir. İddiaçı uşaqlara münasibətdə valideyn kimi uşaqların anasıdır, uşaqlar üzərində bərabər hüquq və vəzifəyə malikdir və bir valideyn kimi uşaqları saxlamağa borcludur. Hər iki valideyn qanun qarşısında bərabər hüquqlu olduğundan uşaqların saxlanılması xərcləri də bərabər olmalıdır, yəni İddiaçı özü də uşaqların saxlanılmasında maddi vəsait xərcləyərək iştirak etməlidir, iddiasında uşaqların saxlanılması üçün istədiyi 440 (dörd yüz qırx) manat hər iki valideyn qanun qarşısında bərabər hüquqlu olduğu üçün uşaqların saxlanılması xərcləri ata üçün 220 (iki yüz iyirmi) manat və ana üçün 220 (iki yüz iyirmi) manat olmalıdır. O da ata olaraq öz borcunu yerinə yetirərək hər bir uşaq üçün 140 (yüz qırx) manat olmaqla, iki uşaq üçün cəmi 280 (iki yüz səksən) manat aliment ödəyir. Burada hansı dəyişiklik baş verir ki, o, 440 (dörd yüz qırx) manat aliment ödəsin. 2023-cü il üçün "X11" Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Hamının qanun qarşısında - kişi ilə qadının qanun və məhkəmə qarşısında eyni hüquqları, eyni azadlıqları, həmçinin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrlə uşaqlarını saxlamağa borclu olduğu nəzərə alındıqda hər iki uşaq üçün istədiyi 440 manat uşaqların saxlanılmasında özü də iştirak etməlidir. Hər iki uşağın atası və anası vardır. O, valideyn kimi uşaqların atası olaraq 280 manat aliment ödəyir. Anası olaraq İddiaçı da öz üzərinə düşən valideyn borcunu yerinə yetirərək uşaqların saxlanılmasında 220 manat maddi vəsait olaraq özü xərcləməlidir. Maddi cəhətdən çətinlik çəkməsi ilə bağlı bildirir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(104)-2587/2021 nömrəli iş üzrə qətnaməsinə əsasən pay bölgüsü üzrə İddiaçı 30 sentyabr 2022-ci il tarixdə 545 (beş yüz qırx beş) manat, 28 noyabr 2022-ci il tarixdə 400 (dörd yüz) manat, 10 yanvar 2023-cü il tarixdə 200 (iki yüz) manat və 26 yanvar 2023-cü il tarixdə 200 (iki yüz) manat pul vermişdir. Hal-hazırda 800 (səkkiz yüz) manat borcu qaldığından məhkəməyə qətnamənin Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə əsasən hissə-hissə ödənilməsinə dair ərizə vermişdir. Yəni, bu borcları da ödəməlidir. Maddi cəhətdən çətinlik çəkən adam xx.xx.2022-ci il tarixdə “Göygölə” gəzməyə getməz, fikirləşər ki, “pulu yoxdur” və ilkin mediasiya xərclərinə ödədiyi 60 (altmış) manat məbləğə münasibətdə isə “Mediasiya haqqında” Qanunun 36.7-ci maddəsinə görə-mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Deməli, İddiaçı maddi vəziyyəti yaxşıdır ki, "Göygölə" gəzməyə də gedir və mediasiya xərclərini isə pay bölgüsü üzrə 10 yanvar 2023-cü il tarixdə 200 (iki yüz) manat və 26 yanvar 2023-cü il tarixdə 200 (iki yüz) manat verdiyi puldan ödəmişdir. İddiasının təmin edilib-edilməməsi hələ bilinmir, ondan 60 (altmış) manat istəyir. Yenə də unudur ki, hüquqlar bərabərdir. Aliment ödəyən ata kimi hələ də uşaqları ilə normal olaraq görüşü təşkil edilməmişdir. O, valideyn olaraq uşaqları üçün təkcə aliment ödəmək üçünmü lazımdır? Onun uşaqları üzərində atalıq hüququ təkcə pul ödəmək üçündürmü? İddiaçı ondan xx.xx.2020-ci il tarixdən aliment alır, amma onun uşaqları ilə ünsiyyətinin, görüşünün olmasına dolayısı yollarla qərəzli olaraq maneçilik edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(102)-198/2022 nömrəli icra vərəqəsinə əsasən iddiaçı Cavabdeh uşaqları xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X13 ilə hər həftənin şənbə günləri ünsiyyətdə olma vaxtı saat 11:00-dan 19:00-dək və hər həftənin bazar günləri ünsiyyətdə olma vaxtı saat 11:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olma vaxtı müəyyən edilmiş və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. 16 aprel 2022-ci il tarixdə icra məmuru vasitəsilə uşaqlar görüşünə gəlsələr də, anasının qorxusundan ona yaxın gəlməmişlər, hətta, ona qarşı nalayiq hərəkətlər etmişlər. Uşaqlarına necə tərbiyə verir ki, oğlu onu vurur, qızı ağlayaraq istəmədiyini deyir. Bu görüşlə bağlı icra qaydasında videoçəkiliş olmuşdur. Videoçəkilişi məhkəməyə təqdim edə bilmir, çünki dəfələrlə videoçəkilişin surətinin ona verilməsi barədə iş üzrə icraçıya müraciət etsə də, çəkilişin surəti ona verilməmişdir. Buna baxmayaraq, cəhdlər etmiş, dəfələrlə oğlu və qızı ilə ünsiyyət qurmaq üçün sabit telefon nömrəsinə /255-33-25/ zəng etmişdir. 15 sentyabr 2022-ci il tarixdə uşaqlarının yeni tədris ilində iştirak etmək üçün tədris aldıqları 32 nömrəli məktəbə getsə də, uşaqlarının yanında ola bilməmişdir. Məktəb direktoruna rəsmi qaydada 14 sentyabr 2022-ci il tarixdə ərizəsi ilə müraciət etmişdir. İddiaçı tərəfindən onun hələ də normal qaydada görüşü təşkil edilməmişdir. Bəhanə edir ki, uşaqlar şənbə günü ikinci növbə dərsdə olurlar. İddiaçı üzünə demişdir ki: "uşaqları elə doldurmuşam ki, sənin yanına gəlməyəcəklər, görüşünü də icra qaydasında ləğv elətdirəcəyəm". Alimentə münasibətdə ata hüququ yadına düşür, amma görüşə münasibətdə dolayısı yollarla qərəzçilik edərək öz valideynlik hüquqlarından sui-istifadə edir. Hal-hazırda uşaqlarına ödədiyi aliment məbləğindən başqa 21 yanvar 2023-cü il tarixdən atası 1948-ci il təvəllüdlü X9 və anası 1949-cu il təvəllüdlü X8 qarşısında Ailə Məcəlləsinin 82-ci maddəsinə əsasən onların saxlanılması üçün hərəsinə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat aliment öhdəliyi vardır. Atası və anasına da aliment ödəməlidir. Bunun da səbəbkarı İddiaçıdır. Belə ki, 21 dekabr 2022-ci il tarixdə İddiaçı atası və anası yaşadıqları evə gəlmişdir. Onlarla dalaşmış, onların şərəf və ləyaqətini alçatmışdır. Bu barədə hüquq mühafizə orqanına müraciət olunmuşdur. Baş verənlərdən sonra atası və anasının ona qarşı münasibətləri pisləşmişdir. Atası və anası mediasiyaya müraciət etmiş və o da könüllü olaraq onların saxlanılması üçün hərəsinə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat aliment ödəməyi üzərinə götürmüşdür. Hələ də atası və anasına alimenti ödəyə bilməmişdir. “X11" Qanun ona da şamil olunmalıdır. Səhər saat 09:00-dan 18:00-dək işləyir, işə səhər iki marşrut ilə gedir, axşam iki marşrutla qayıdır, nəqliyyat xərci ayda 33 manat, bir nəfər üçün çörəyin qiyməti 0,50 qəpik olmaqla çörək pulu ayda 20 manata çatır. Özünün nəqliyyat xərcləri, ərzaq, qeyri-ərzaq, dolandıracaq xərcləri, həmçinin atası və anası qarşısında 160 manat aliment öhdəliyi vardır. Onun başqa gəlir yeri yoxdur. Hazırkı 280 (iki yüz səksən) manat aliment məbləği onun əmək haqqının 60,1 faizini təşkil edir. İddia ərizəsində sabit pul məbləğində istədiyi 440 (dörd yüz qırx) manat onun əmək haqqının 94,5 faizini təşkil edəcəkdir. Bu da qanuna ziddir. Qanunvericilikdə sabit pul məbləği olduğu kimi uşaqlar üçün alimentin miqdarı Ailə Məcəlləsinin 76-cı maddəsində müəyyən olunmuşdur. Aliment razılaşması olmadığından uşaqlar üçün Ailə Məcəlləsinin 76.1.2-ci maddəsi ilə iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi məhkəmə tərəfindən tətbiq edilməlidir. Onun rəsmi iş yeri var, əmək haqqı 466 manat təşkil edir və əmək haqqının 1/3 hissəsi aliment tutulmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair arayışın surətindən görünür ki, Cavabdeh 230 nömrəli Hərbi Hissədə elektrik montyoru vəzifəsində çalışmaqla 466,90 manat əmək haqqı alır. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 357909 nömrəli, 02 noyabr 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1126/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 22 sentyabr 2020-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 188 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Abbasov”, qadına “Abbasova” soyadı verilmişdir. 30 sentyabr 2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2587/2021 tarixli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh 2145 (iki min yüz qırx beş) manatdan 545 (beş yüz qırx beş) manatı almışdır. Bugünkü günə onun pay bölgüsündən cəmi 1600 (min altı yüz) manat borcu qalmışdır. 28 noyabr 2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2587/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh 1600 (min altı yüz) manatdan 400 (dörd yüz) manatını almışdır. Bugünkü günə onun pay bölgüsündən ona cəmi 1200 (min iki yüz) manat borcu qalmışdır. 10 yanvar 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2587/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh 1200 (min iki yüz) manatdan 200 (iki yüz) manatını almışdır. Bugünkü günə onun pay bölgüsündən ona cəmi 1000 (min) manat borcu qalmışdır. 26 yanvar 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2587/2021 tarixli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh 1000 (min) manatdan 200 (iki yüz) manatın almışdır. Bugünkü günə onun pay bölgüsündən 800 (səkkiz yüz) manat borcu qalmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-198/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2139/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi şənbə günü ünsiyyət hüququnun vaxtının müəyyən edilməsi hissəsində dəyişdirilməsi, iddiaçı Cavabdeh uşaqları xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X13 ilə hər həftənin şənbə günləri ünsiyyətdə olma vaxtı saat 11:00-dan 19:00-dək müəyyən edilməsi, qətnamə iddiaçı Cavabdeh uşaqları xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X13 ilə hər həftənin bazar günləri saat 11:00-dan 16:00-dək görüşüb ünsiyyətdə olmasının təmin edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2ci Polis Şöbəsinin 28 dekabr 2022-ci il tarixli, 122-49098-/222 nömrəli məktubunda Gəncə şəhəri, 5-ci mikrorayon, bina 10, mənzil 21-də yaşayan X4 bildirilmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, mübahisənin şərəf və ləyaqət ilə bağlı olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Toplanmış material 2-ci Polis Şöbəsinin dəftərxanasında işə alınmışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X13 adlı iki uşaqları doğulmuşdur. Tərəflər arasındakı münasibətlər pisləşmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1126/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə ilə ilk iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Gəncə VVADQ şöbəsində 14 dekabr 2005-ci il tarixdə, 761 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2012-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Hal-hazırda İddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1126/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği birgə ailə münasibətlərindən doğulmuş Nuray və Ağaxan adlı uşaqların saxlanılması üçün kifayət etmədiyindən aliment məbləğinin artırılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İlk iddia üzrə iddiaçı cavabdehin gəlirlərinin artması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdeh isə aliment məbləğinin azaldılması barədə qarşılıqlı iddia ərizəsi vermiş, məhkəmənin 27 fevral 2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh isə qarşılıqlı iddia tələbinin təmin, ilk iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün X11» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə ilk iddia tələbinə qiymət verərək qeyd edir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh gəlirlərinin artması və müsbət yöndə dəyişməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Diqqətəlayiq digər halların araşdırılması zamanı tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmaması və s. məsələlər nəzərə alınmalıdır. Məhkəmə iclasında isə müəyyən olundu ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2250/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, X5 və X1 üçün hər ay hər biri üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin hər ayın 28-dən digər ayın 05-nə kimi ödənilməsi qət edilmişdir. Göründüyü kimi ötən müddət ərzində cavabdehin gəlirləri artmamış, əksinə əlavə öhdəlikləri yaranmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1126/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin artırılması tələbinə dair ilk iddiası rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə də qiymət verərək qeyd edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1126/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Nuray və Ağaxan adlı uşaqların saxlanması üçün müəyyən olunan aliment məbləği ailə qanunvericiliyinin tələblərinə uyğun olmaqla tərəflərin maddi vəziyyətinə də adekvatdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, onun bu istəyi uşaqların qanuni mənafeyinə zidd olmaqla yanaşı, onların minimum dolanacaq xərclərinin ödənilməsi üçün də yetərli deyildir və mövcud dövr üçün uşaqların saxlanmasında maddi məhrumiyyətlər yaradar. Bu səbəbdən qarşılıqlı iddia tələbi də rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “alimentin artırılması” tələbi təmin edilmədiyindən mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat mediasiya dair xərc onun özünə aid edilməlidir. Həmçinin qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu da həmin iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk iddiası əsassız olduğundan rədd edilsin. Mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat ilk iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu həmin iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1758/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1758/2023
11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver