Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1766/2023 20.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 (otuz min) manat məbləğində pulun alınıb ona qaytarılması, ödədiyi 180 (bir yüz səksən) manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 110 (bir yüz on) manat rüsumun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır. Cavabdeh pula ehtiyacı olduğunu bildirib ondan 30000 (otuz min) manat pul istəmiş və tezliklə evini satıb, uzağı xx.xx.2022-ci il tarixinədək onu borcunu qaytaracağını bildirmişdir. O, da cavabdehə inanaraq xx.xx.2021-ci il tarixli kredit müqaviləsi əsasında Gəncə “ASAN xidmət” mərkəzində Notariat ofisində 30000 manat pulu Cavabdeh vermişdir. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh dəfələrlə tələb etməsinə baxmayaraq ona pulunu qaytarmamışdır. Odur ki, hazırda məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdeh onun pulunu ödəməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə məhkəməyə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” mərkəzi Notariat ofisində təsdiq edilmiş 15 dekabr 2021-ci il tarixli, 3M-996 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) məbləğində pulu borc vermişdir. “Borc alan” krediti xx.xx.2022ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. Cavabdeh iddia ərizəsinə etirazından görünür ki, İddiaçı tərəfindən Gəncə Şəhər Məhkəməsində iddia qaldırılmışdır. İddia əsassızdır, qəbul etmir. Belə ki, iddiaçının qeyd etdikləri tamamilə uydurmadır. İşin mahiyyəti ondan ibarətdir ki, o, həqiqətən iddiaçıdan xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə 30000 manat məbləğində pul götürmüşdür. Kredit müqaviləsində borcun faizlər ilə verilməsini şərtləndirən heç bir bənd yoxdur. Götürdüyü 30000 manat vəsaitin qarşılığı olaraq 600 qram qızıl məmulatları verməklə tam ödəmişdir. İddiaçı sələmçidir, verdiyi pulları aldıqdan sonra daha çox vəsait əldə etmək üçün müxtəlif kombinasiyalar uydurmaqla borc alanı çətin vəziyyətə salmağa çalışır. İddiaçı onun azyaşlı olmağından sui-istifadə etmişdir. Hətta Vahidə adlı qadın dəfələrlə bir neçə şəxsi ölüm həddinə gətirmişdir. Bir sözlə, özü-özünə dediyi kimi o, Gəncə şəhərinin hegemonudur, heç kim ona heç nə edə bilməz, çünki onun pulu vardır. Məqsədi verdiyi puldan qat-qat daha çox məbləğ qazanc əldə etməkdir. Bunu tək o, yox, tanıdığı bir neçə adamın da başına açmışdır. Götürdüyü pulun qarşılığında 600 qram qızıl verdiyini məhkəməyə gətirəcəyi şahidlər də təsdiq edə bilərlər. Bir daha qeyd edir ki, götürdüyü 30000 manatı artıqlaması (özünün kredit müqaviləsində göstərmədiyi, lakin təyin etdiyi faizlə birgə) ilə Vahidəyə qaytarmışdır. Odur ki, ona qarşı əsassız qaldırılmış 30000 manat pul borcuna qarşı iddianın rədd edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, 15 dekabr 2021-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 15 dekabr 2022-ci il tarixədək 30000 manat borc pul vermişdir. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya ödəməli olmasına dair vəzifəsini icra etməyərək, iddiaçıya olan 30000 manat borcunu ödəməmişdir. Cavabdeh məhkəməyə ünlanladığı etirazında cavabdehə olan 30000 (otuz min) manat borcunu ödədiyi bildirsə də buna dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 30000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsini məhkəməyə təqdim etmişdir. Belə ki, həmin müqavilə ilə müəyyən olunur ki, 30000 manat pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh borc kimi aldığı pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc kimi aldığı 30000 manat pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuş, yəni cavabdeh iddiaçıdan aldığı borcu qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya ödəməli olmasına dair vəzifəsini 15 dekabr 2022-ci il tarixədək icra etməyərək, iddiaçıya olan 30000 manat borcunu ödəməmişdir. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia əsaslı olduğundan iddia təmin edilməli, 15 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 30000 (otuz min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmədə iddia qaldırmaq üçün hökumət ödəniş portalına iddiaçı tərəfindən ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu və MPM-in 121.1-ci maddəsinə əsasən hüquqi xidmətin göstərilməsinə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilmiş 110 (bir yüz on) manat xidmət haqqı Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 15 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 30000 (otuz min) manat pul alınaraq İddiaçı ödənilsin. Məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən hökumət ödəniş portalına ödənilmiş 180 (bir yüz səksən) manat dövlət rüsumu və hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilmiş 110 (bir yüz on) manat xidmət haqqı Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1766/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1766/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver