Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1790/2025 16.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 667 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərdi ki, 2023-cü ilin may ayında Cavabdeh onun paltar mağazasına Ülfət və Ülviyyə adlı qadınlarla birlikdə gəlmişdir. Cavabdeh 437 manat dəyərində alış-veriş etmiş, həmin məbləğdən təxminən 60-70 manat ödəniş aparmışdır. Ülviyyə və Ülfət isə cəmi 570 manat dəyərində alış-veriş etmiş, Ülfətin aldığı malların dəyəri 101 manat məbləğində olmuşdur. Ülviyyə borcunu ödədikdən sonra sonuncu 158 manat məbləğində qalan hissəsini Cavabdeh verdiyini, buna görə də 158 manat məbləğində pul vəsaitini Cavabdeh almalı olduğunu ona demişdir. Cavabdeh isə Ülfət və Ülviyyədən borc öhdəliklərini öz üzərinə götürməmiş, lakin Cavabdeh həmin şəxsləri şəhid ailə üzvü kimi təqdim etmişdir. Sonradan o, həmin şəxslərin şəhid ailə üzvləri olmadıqlarını bildirmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci ci Polis şöbəsinin İddiaçı ünvanlandığı məktubun surətindən görünür ki, müraciəti üzrə aidiyyatı məhkəmə orqanına müraciət etmək hüququ ona izah olunmuşdur. İşdə olan İddiaçı tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci ci Polis şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, mağazasından xx.xx.2022-ci il tarixdə qonşuluqda yaşayan Cavabdeh 526 manat məbləğində geyim əşyaları almış, lakin bu günədək dəfələrlə borcunu geri ödəməsini xahiş etsə də sonuncu borcunu qaytarmaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci ci Polis şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, 2023-cü ilin yay aylarında İddiaçı işlədiyi mağazaya gələrək oradan 300-400 manat məbləğində geyim əşyası almışdır. İddiaçı ona aldığı geyimlərin dəyərinin hissə-hissə ödəyə biləcəyini ona bildirmişdir. O, hər ay hissə-hissə İddiaçı ödəniş etmişdir. Lakin son iki ay ərzində şəxsi ailə problemləri yarandığından ödəniş edə bilməmişdir. Belə ki, o, İddiaçı cəmi 230 manat məbləğində ödəniş etmişdir. Hazırda onun İddiaçı 150 manat məbləğində borcu qalmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 2023-cü ilin may ayında İddiaçı və Cavabdeh arasında geyim alğı-satqısına dair şifahi müqavilə bağlanmış, həmin müqaviləyə əsasən alınmış geyim əşyalarının dəyəri hissəhissə ödənilmək şərti ilə İddiaçı tərəfindən Cavabdeh satılmışdır. İddiaçı Cavabdeh qarşı 667 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əçyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 529.1-ci maddəsinə görə borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlatı ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Mülki işin məhkəmə iclasında tədqiq edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Lakin İddiaçı həmin alğı-satqı müqaviləsi ilə əlaqədar iddiaçı Cavabdeh satılmış malın dəyərini və mövcud borcun məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə 2-ci Poliş Şöbəsinə verdiyi izahatında alınmış malın dəyərini qeyri-müəyyən - «300-400 manat» kimi ifadə etmiş, iddiaçı S.S.Fərmanonaya 150 manat məbləğində borcunun olduğunu bildirmişdir. Göründüyü kimi tərəflər arasında alğı-satqı müqaviləsinin olduğu müəyyən olunsa da, həmin müqavilə üzrə satılmış malın dəyərini müəyyən etmək mümkün olmamışdır. Buna görə də məhkəmə Cavabdeh tərəfindən 150 manat məbləğində borcun etirafına dair izahat verilməsini və İddiaçı iddia tələbinin digər hissəsini təsdiq edən sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi 150 manat məbləğində olan hissəyə dair hissədə əsaslı olsa da, digər hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 180 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 150 (bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, cəmi 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-1790/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1790/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver