Məhkəmə qərarları › İş №2(125)-1793/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1793/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1793/2025 06.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “VAZ-2074” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin Cavabdeh alınıb ona verilməsi və 6420.70 ABŞ dolları(ödənildiyi zaman manat məzənnə ilə) hazırkı məzənnə ilə 10935,19 manat borcun, ondan tələb edilən 20 manat dövlət rüsumunun və 7 faiz icra ödənişinə görə 765.47 manat pulun, cəmi 11700,66 manat pulun və iddia qaldırılması üçün ödənilmiş 126 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sumqayıt filialı ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən "VAZ-2074" markalı minik avtomobilinin alınması üçün illik 22 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 4900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Avtomobili aldıqdan sonra ödənişləri edə bilmədiyindən həmin avtomobili 19 yanvar 2008-ci il tarixli etibarnamə əsasında Cavabdeh satmışdır. Aralarında olan razılaşmaya əsasən banka olan kredit borcu Xəyal tərəfindən ödənilməli idi. Həmin vaxtdan da avtomobil Cavabdeh istifadəsində olmuşdur. Lakin Xəyal banka olan borcu ödəməmiş və Qaradağ Rayon Məhkəməsinin 08 dekabr 2009-cu il tarixli 2(002)-1275/2009 saylı qətnaməsi ilə banka olan cəmi 9452 ABŞ dolları borcun ondan tutulması qət edilmişdir. O, Xəyaldan avtomobilin pulunun ödəməməsinin səbəbini soruşduqda o bildirmişdir ki, onun tərəfindən avtomobil başqa şəxslərə satılmış və avtomobilin hazırda kimdə olmasından onun xəbəri yoxdur. Hazırda ondan avtomobilə olan kredit borcu ödənilməsi tələb edilsə də, avtomobil onun istifadəsində deyildir və onun tərəfindən Xəyala satılmışdır. O, Xəyaldan avtomobilini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh razılaşmalarına uyğun olaraq borcu ödəmədiyindən həmin borc ondan tutulmuşdur, hazırda həmin borc onun əmək haqqına yönəldilmişdir. Qaradağ rayon icra şöbəsi tərəfindən onun iş yerinə ünvanlanmış məktubda ondan 6420.70 ABŞ dolları( Azərbaycan manatına məzənnəsi 10915,19 manat), 20 manat dövlət rüsumu və 7 faiz icra ödənişinin (765.47 manat) tutulması tələb edilmişdir. Cavabdehin hərəkətləri nəticəsində ona ümumilikdə 11700.66 manat ziyan dəymişdir. Məhkəmədə iddiaçı X1 iştirak etmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 5700 manat məbləğdə pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası zamanı Cavabdeh ilə videogörüntülü telefon əlaqəsi vasitəsilə onun iştirakını mümkün hesab etmişdir. Cavabdeh video telefon əlaqəsi vasitəsilə verdiyi izahatında bildirmişdir ki, o, xəstədir və Türkiyə Respublikasında müalicə alır. İddiaçı ilə əldə edilmiş razılaşmaya əsasən ona 5700 manat ödəməyə razılıq vermişdir. Məhkəmə iddiaçının və cavabdehin videogörüntü vasitəsilə verdiyi izahatlarını dinləyib hesab edir ki, irəli sürülən iddia qanuni əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh məhkəmədə ona qarşı irəli sürülən 5700 manat məbləğində pul tələbini qəbul etdiyini və iddianın 5700 manat məbləğində pul tələbi hissədə təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə MPM-in 220.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, iddia edilən 5700 manat məbləğində borcun qaytarılması tələbi əsaslıdır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5700 manat məbləğində pul alınıb, İddiaçı verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5700(beş min yeddi yüz) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar