Məhkəmə qərarları › İş №2(125)-1795/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1795/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1795/2025 07.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat borcun və 40 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qohumudur. O, cavabdehə bildirmişdir ki, qızına mebel almaq istəyir. Cavabdeh də bildirmişdir ki, mebel ustasıdır, hər cür mebel yığa bilir və təklif etmişdir ki, mebel mağasına gedib hansı mebeldən istəyirsə göstərsin o, yığıb verəcəkdir. Onlar da birlikdə Goranda yerləşən mebel mağazalarına gedərək 7000(yeddi min)manatlıq mebeli bəyənmişlər. Cavabdeh bildirmişdir ki, həmin mebeli və əlavə olaraq mətbəx mebelini onlara cəmi 5500(beş min beş yüz) manata düzəldib verə bilər. Onlar razılaşmışlar və cavabdeh ondan 2000(iki min)manat pul almışdır ki, mebel düzəltmək üçün materiallar alacaqdır. Qızının toyuna az qalmış o, cavabdehdən mebeli düzəldib-düzəltməməsini soruşmuşdur. Cavabdeh isə hələ hazır olmadığını demişdir. Onda o, cavabdehdən ona verdiyi pulu qaytarmasını xahiş etmişdir. Cavabdeh bildirmişdir ki, pul hazırda yoxdur, material almışdır. Anası gətirib 300(üç yüz) manat pul vermiş və bildirmişdir ki, yaxın vaxtlarda qalan 1700 (bir min yeddi yüz) manat pulu da qaytaracaqlar. Onlara inanıb gözləsə də, cavabdeh onu aldatmışdır. Bu günə kimi dəfələrlə gedib-gəlməsinə baxmayaraq aldığı pulu qaytarmır. Son vaxtlar isə ümumiyyətlə pulunu istədikdə onu söyür, təhqir edir, hədələyir. Ona görə onun barəsində Gəncə şəhər Polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində cavabdeh hər şeyi etiraf etmiş və öz xətti ilə iltizam yazaraq pulunu qaytaracağına söz vermişdir. Polis şöbəsindən ona bildirmişlər ki, şikayəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. İndi istəyir ki, cavabdeh mebel düzəltmək adı ilə onu aldadaraq aldığı 2000 (iki min) manat pulu məhkəmə qaydasında özünə qaytarsın. Çünki cavabdehin ona qaytardığı 300 manat pulu o, dəfələrlə onun arxasınca gedib-gələndə onun təqsiri ucbatından yola xərcləmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş, iddiaçıdan 2000 manat məbləğində pulu aldığını etiraf etmiş, 300 manatı qaytarmış və qalan borcunu vaxtında qaytara bilmədiyi üçün hazırda iddiaçının tələb etdiyi 2000 manat məbləğində borcu qəbul etdiyini və həmin məbləğdə pulu iddiaçıya ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, hesab edir ki, iddia əsaslı olduğundan, təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan sadə yazılı qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə qəbz yazaraq, İddiaçı olan 1700 manat borcunu 05 aprel 2022-ci il tarixdən başlamaqla hər ayın 5-i ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının MPM-in; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1 -ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Artıq yuxarıda qeyd edildiyi kimi, iş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə qəbz yazaraq, İddiaçı olan 1700 manat borcunu 05 aprel 2022-ci il tarixdən başlamaqla hər ayın 5-i ödəməklə qaytaracağını öz ödəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, həmin sübutun işin hallarının müəyyən edilməsində mötəbər sübutlar kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçıdan ümumilikdə 2000 manat məbləğində borc almış, alınmış borcun 300 manatı qaytarılmış, qalan 1700 manatı isə qaytarılmamışdır. Cavabdeh isə 2000 manat pul tələbini qəbul etdiyini və iddianın tam təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Ona görə də məhkəmə işin müəyyən edilən faktiki hallarına tətbiq edilməli olan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia edilən 2000 manat məbləğində borcun qaytarılması tələbi hissədə iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara hüquqi qiymət verərək hesab edir ki, borc alanlar borcu qaytarmaq öhdəliklərini lazımınca yerinə yetirmədiklərindən iddiaçının cavabdehlərdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh 2000 manat məbləğində pul alınıb, İddiaçı verilməlidir Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərərfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2000 (iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar