Məhkəmə qərarları › İş №2(125)-18/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-18/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-18/2024 10.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh və digər Cavabdeh2 prosessual hüquqi varisi Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh və digər Cavabdeh2 prosessual hüquqi varisi Cavabdeh1, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsinin və kredit razılaşmasının ləğv edilməsi, kredit razılaşması üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək satılması, qeyri-yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, əmlakın boşaldılıb təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006L**********94 saylı uzunmüddətli kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli 006R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 20940,89 manat məbləğində kredit borcu, 2499,24 manat məbləğində faiz borcu və 4076,53 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 27516,66 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan, Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin binanın satılması və tələb olunan pul vəsaitinin ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m. ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin qeyriyaşayış sahəsinə Cavabdeh2 və Cavabdeh5 istifadə hüququnun itirilməsi, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2543/2021 nömrəli, xx.xx.2021ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat, ipoteka qoyan-Cavabdeh2 vəfat etdiyindən onun hüquqi varisi müəyyən olunanadək dаyаndırılmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-18/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş “prosessual hüquqi varisin işə cəlb edilməsi və dayandırılmış icraatın təzələnməsi” barədə vəsatət təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsinin və kredit razılaşmasının ləğv edilməsi, kredit razılaşması üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək satılması, qeyri-yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, əmlakın boşaldılıb təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmiş və Cavabdeh1 digər Cavabdeh2 prosessual hüquqi varisi qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin əsaslı olduğunu bildirdi və əlavə etdi ki, hazırkı tələb tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədardır, bununla belə işin kommersiya məhkəməsinə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh2 prosessual hüquqi varisi Cavabdeh1 ona yeni qrafik açılarsa borcunu ödəyəcəyini bildirdi və əlavə etdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, bankdan sözügedən krediti də sahibrkarlıq fəaliyyəti ilə bağlı götürmüşdür. Ona görə də işin kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat göndərilsə də, onlar, məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraata qəbul edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və xarakteri dəqiq müəyyənləşdirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri, eləcə də, bu meyarların hər üçünün qarşılıqlı bağlılığı rəhbər tutulmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən MPM-in 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə əsasən uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (bənd 13). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006L**********94 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Bank tərəfindən borcalana ******* manat məbləğində, 120 ay müddətinə kredit xətti açılmışdır. xx.xx.2019cu il tarixli, 006L**********94 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixli, 006R********** nömrəli kredit razılaşmasına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” filialı xx.xx.2020-ci il tarixdə fərdi mikro kredit məqsədilə 22000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla 18 ay müddətinə Cavabdeh1 verməyi, Cavabdeh1 isə bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşlər. Müqavilədə nəzərdə tutulmuşdur ki, kredit alana kredit fərdi mikro kredit məqsədilə verilir və kredit alan krediti yalnız bu məqsəd üçün istifadə etməlidir. Həmçinin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 006S**********02, 006S**********01 və 006S**********02 nömrəli zaminlik müqavilələri bağlanmış və müqavilələrin şərtlərinə əsasən zaminlər borcalanın uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımışlar. xx.xx.2019-cu il tarixli, 006L**********94 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Cavabdeh2, borclu Cavabdeh1 və ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” filialı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 006M**********01 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə şəhəri, Şeyx Bahəyəddin küçəsində istifadədə olan 0,00495 ha torpaq sahəsində yerləşən 42,4 kv.m ümumi sahədən ibarət 35A nömrəli qeyri-yaşayış binasını iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı vəkil bürosuna cavab məktubundan görünür ki, müraciətdə qeyd edilən ünvan 1 ünvanında faktiki olaraq vergi ödəyicisi Cavabdeh1 (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərir. Vergi ödəyicisi Cavabdeh1 xx.xx.2010-cu il tarixindən vergi orqanında uçotdadır. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında yerləşən “Ağ çiçəyim” gül mağazası (**********-23001) vergi ödəyicisinin xx.xx.2015-ci il tarixli müraciətinə əsasən vergi orqanında uçota alınmışdır Həmçinin, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan məlum olur ki, Cavabdeh1 vergi uçotuna alınmış fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN: **********), fəaliyyət istiqaməti güllərin pərakəndə satışı üzrə fəaliyyətdir. Hüquqi ünvan – ünvan 3inin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Beləliklə, hazırkı mübahisənin kommersiya hüquqi şəxsi və fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya mübahisəsi olduğu müəyyən olunur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə kommersiya mübahisəsi hesab edildiyindən ona ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə tərəfindən işin məhkəmə aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədilə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Məcəllənin 403- 1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-in 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 35, 263, 264 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh və digər Cavabdeh2 prosessual hüquqi varisi Cavabdeh1, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsinin və kredit razılaşmasının ləğv edilməsi, kredit razılaşması üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilərək satılması, qeyri-yaşayış sahəsinə istifadə hüququnun itirilməsi, əmlakın boşaldılıb təhvil verilməsi tələbinə dair iddiası barədə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar