Məhkəmə qərarları › İş №2(125)-181/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-181/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-181/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi (Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “42100 manat pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 26, mənzil 44-də qeydiyyatda olan və yaşayan Cavabdeh 42100 (qırx iki min yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilən 216.30 (iki yüz on altı manat otuz qəpik) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh 7 ildir ki, tanıyır, onu şəhərdə “Səbiş” kimi tanıyırlar. O Güneli tanıdıqdan sonra Günelə pul lazım olduğu üçün dəfələrlə ondan müxtəlif vaxtlarda borc pul almışdır. İlk vaxtlarda Cavabdeh ondan aldığı borcu vaxtında qaytarmışdır. Hətta borcu qaytaran zaman Günel əlavə borcun üstündə pul vermişdir. Lakin bir müddətdən sonra Günelin ona 13100 manat borcu yaranmışdır və o artıq Günelə borca pul verməmişdir. Bir az keçdikdən sonra həmin 13100 manat pulu bir dəfəyə onun dostu Elnur adlı şəxs ödəmişdir. Bundan sonra onun Cavabdeh inamı artmış və Günel nə vaxt ondan borc istəyəndə o Günelə borca pul vermişdir. Cavabdeh pulu o özü və yaxud tanışı X3 və yaxud dostu Şahin adlı şəxs vasitəsi ilə vermişdir. 2023-cü ilin oktyabr-noyabr aylarından başlayaraq Cavabdeh ondan bacısı Lalə və xalası qızı Vəfanın adından borc istəməyə başlamışdır və həmin borcları qısa zamanda qaytaracağına söz vermişdir. Günel ona xalası qızı Vəfanın pula ehtiyacı olduğunu deyərək ondan hissəhissə olmaqla ümumilikdə təxminən 10000 manat borc almış və həmin borcun bir hissəsini qaytarmış, hazırda onun 5100 manat borcu qalmışdır. Bundan başqa Günel ona bacısı Lalənin pula ehtiyacı olduğunu deyərək Lalənin səs yazılarını göndərib ondan hissə-hissə olmaqla ümumilikdə təxminən 30000 manat borc almış və həmin borcun bir hissəsini qaytarmış, hazırda onun 20200 manat borcu qalmışdır. Günelin, öz adına aldığı borc puldan isə bir ildən çoxdur ki, 16800 manat borcu qalmışdır. Günelin aldığı 600 manat pulu isə o əl borcu kimi ona dişlərini düzəltməyə və ev kirayəsi pulu kimi vermiş və həmin pulu heç ondan tələb etməmişdir. O, Günelin xalası qızı Vəfadan və bacısı Lalədən pulu qaytarmasını tələb etdikdə onlar bildirmişlər ki, onlar Güneldən pul istəməmişlər və Günel onlara pul göndərməmişdir. Beləliklə, hazırda Cavabdeh ona 42100 (qırx iki min yüz) manat (5100+20200+16800=42100) məbləğində borcu vardır. O Cavabdeh borcunu istəyən zaman Günel müxtəlif bəhanələr gətirib borcunu qaytarmamış, ona hədə-qorxu gəlib üzərində gəzdirdiyi bıçaqla özünü öldürüb onu günahkar çıxardacağını bildirmişdir. Bununla bağlı o Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə ərizə ilə müraciət etmiş və toplanmış material üzrə araşdırma aparılaraq Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmış və həmin iş mülki xarakterli olduğundan ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. 2-ci PŞ-də araşdırma aparılarkən Cavabdeh ona 20000 manat borcu olmasını etiraf etmiş və həmin borcdan hər ay 500 manat ödəməsinə söz vermişdir, lakin həmin vaxtdan bu günə kimi heç nə ödəməmişdir. Buna görə də mən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahatlar verib, əlavə olaraq bildirir ki, cavabdeh ondan qohumu Vəfanın adından 10000 manat, Lalənin adından 30000 manat, Günelin adından isə 16800 manat borc pul almışdır. O, cavabdehə pulları 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayınadək olan müddətdə vermişdir. Belə ki, o, digər şəxslərin adına hörmət olaraq Cavabdeh borc vermişdir. Əslində o, başqa şəxslərə yox, cavabdehə borc vermişdir. Sadəcə Vəfa və Lalə “vatsapda” ona səs ataraq Günelə borc pul verməsini xahiş etdiyi üçün o da Günelə pul vermişdir. Cavabdehin qohumu Vəfanın vasitəçiliyi ilə ondan aldığı puldan 4500 qaytarılsa da 5100 manat ödənilməmiş qalmışdır. Lalənin vasitəçiliyi ilə alınan puldan isə 9800 manat ödənilsə də 20200 manat qalmışdır. Bundan başqa Günel öz adından ondan borc olaraq aldığı 16800 manatı ödəməmişdir. Qaytarılmayan pulların cəmi 42100 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia ərizəsinə və iddiaçının bildirdiyinə uyğun izahat verərək iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İddiaçı ilə 7 il olar münasibəti var. Əvvəllər münasibətləri çox yaxşı olmuşdur. Bəxtiyar ona dəfələrlə faizə, yəni sələmə pul vermiş, o da həmin pulu artıqlaması ilə ödəmişdir. Bəxtiyardan dəfələrlə sələm pul alsa da konkret ondan nə qədər pul aldığını bilmir. Lakin ən çox Bəxtiyardan 6000 manat birdəfəyə borc pul almışdır. Həmin pulun da hamısını tam şəkildə ödəmişdir. Belə ki, ödənişlərini “Milli ön” və kartdan karta göndərməklə həyata keçirmişdir. Bu günədək onun kartından iddiaçının kart hesabına göndərdiyi məbləğlər xeyli çoxdur. O “Milli ön” vasitəsi ilə "xxxx" ASC-ə məxsus “4169-7388-6066-0913” saylı kart hesabına pullar göndərmişdir. Bəxtiyar ona şər böhtan atır. Onun barəsində dəfələrlə polis orqanlarına şikayət etmişdir. O, Bəxtiyara nə qədər ödəməli olduğunu dəqiq bilmədiyi üçün polisdə canını qurtarmaq üçün guya Bəxtiyara 20000 manat borcu olması barədə yanlış izahat vermişdir. Əslində isə o, Bəxtiyardan aldığı borcu artıqlaması ilə qaytarmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Şahidlərin ifadələri: Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 izahatında bildirdi ki, Bəxtiyar onun dostudur. Cavabdeh İddiaçı vasitəsilə tanımışdır. Belə ki, 2024-cü ilin yanvar-fevral aylarında Bəxtiyarın ona verdiyi 2700, 2800 və 4000 manatı çatdırması üçün Günelə vermişdir. Bundan başqa Bəxtiyarın tapşırığına əsasən ona verdiyi 1600 manatı Günelin götürməsi üçün sonuncunun yaşadığı evin yaxınlığındakı OBA marketə aparıb vermişdir. Lakin bir qədər sonra Günel həmin 1600 manat pulu onun vasitəsilə Bəxtiyara qaytarmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, İddiaçı onun oğlunun kirvəsidir. Günellə hazırda münasibəti yaxşı deyil, onu danışdırmır. Belə ki, aralarında pul söhbəti var. O, 2024-cü ilin yanvar – aprel aylarında şəxsi bank hesabından Günelə məxsus bank kartına 19500 manat pul göndərmişdir. Həmin pulu Bəxtiyarın tapşırığına əsasən Günelə göndərmişdir. Lakin Günellə bu barədə danışmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar: - HK-1/1695 saylı material üzrə İddiaçı izahatından görünür ki, Gəncə şəhərində yaşayır. Cavabdeh 7 ildir ki, tanıyır. Güneli hər kəs Səbiş kimi tanıyır. O, Güneli əvvəllər tanışı olan Cəmilə adlı şəxsin vasitəsilə tanımışdır. Güneli tanıdıqdan sonra Günel onun etibarından istifadə edib müxtəlif vaxtlarda ondan borc almağa başlamışdır. Günel ilk vaxtlarda ondan aldığı borcu qaytarmış və onda inam yaratmışdır. Günel ondan borcu alan zaman əlavə borcun üstündə pul vermişdir. X4 onun tanışıdır. Günel ondan borc istəyən zaman o, Günaya demiş və Günay Günelin göndərdiyi bank kartına pul vurmuş və ya ona göndərmiş və Günelə vermişdir. 2023-cü ilin oktyabr-noyabr aylarından başlayaraq Günel ondan bacısı Lalə və xalası qızı Vəfanın adından borc istəməyə başlamışdır. Günel həmin borcları qısa zamanda qaytaracağını demişdir. Belə ki, Günel ona xalası qızı Vəfanın pula ehtiycı olduğunu demiş və ondan hissə-hissə olmaqla ümumilikdə təxminən faizlə birlikdə 10.000 manat borc pul almış və həmin borcun bir hissəsini qaytarsa da, hazırda 5100 manat borcunu qaytarmır. Bundan başqa Günel ona bacısı Lalənin pula ehtiyacı olduğunu və Lalənin səs yazılarını göndərib borc pul istəmişdir. Günel bacısı Lalənin adından ondan təxminən faizlə birlikdə 30.000 manat borc pul istəmişdir. Günel həmin borcdan bir qismini qaytarsa da, 20200 manat borcunu qaytarmır. Həmin 20200 manat pulun təxminən 15000 manatın bir qisimini Günay ona göndərmiş və o, Günelə vermiş, bir qisimini isə Günay Günelin və bacısı Lalənin bank kartına göndərmişdir. O, Güneldən borcunu istəyən zaman Günel müxtəlif bəhanələr gətirərək borcunu qaytarmır. Belə ki, o, Güneldən borcunu istəyən zaman Günel ona hədə-qorxu gəlib üzərində gəzdirdiyi bıçaqla özünü öldürüb onu günahkar çıxardacağını deyir. O, ona görə polisə müraciət etmişdir. Günel özünə xəsarət yetirərsə günahkarı o, deyil. Ümumilikdə Günel xalası qızı Vəfanın adından 5100 manat, bacısı Lalənin adından ümumilikdə 20200 manat, Günel öz adından 16800 manat borc pul almışdır. Günelin aldığı 600 manat pulu əl borcu kimi almışdır. Ümumi borc 42100 manat olmuşdur. - HK-1/1695 saylı material üzrə Cavabdeh izahatından görünür ki, Gəncə şəhərində yaşayır. İddiaçıni təxminən 6-7 il olarki tanıyır. Onunla Bəxtiyar pul-alış verişi olmuşdur. Belə ki, Bəxtiyar ona 30 faizlə borca pul vermişdir. O, Bəxtiyarı tanıyandan müxtəlif vaxtlarda Bəxtiyardan faizlə borca pul almış və qaytarmışdır. Bundan başqa o, X5 Atainin sevgilisi kimi tanımışdır. O, Günay Alıyevadan borca pul almamışdır. X9 heç bir pul alışverişi olmamışdır. Bacısı Lalənin adı ilə o, İddiaçıdən borca faizlə pul almış, lakin həmin pulu o, bacısına verməmiş, Bəxtiyara olan borcunu ödəmişdir. Bundan başqa xalası qızı Vəfanın adı ilə o, Bəxtiyardan borca pul alıb Bəxtiyara olan borcunu ödəmişdir. Vəfa və Lalə Bəxtiyardan borca pul almamışdırlar. Bəxtiyar və Günay ondan borclarını istəyən zaman o, əsəbləşərək özünü öldürəcəyini demişdir. Təxminən onun Bəxtiyara iyirmi min manat borcu olar və həmin borcu o, ayda 500 manatla ödəyəcəkdir. - HK-1/1695 saylı material üzrə X1 izahatından görünür ki, Gəncə şəhərində yaşayır. İddiaçı onun tanışıdır. Cavabdeh təxminən 1 il olar tanışı Bəxtiyarın vasitəsilə tanımışdır. 2023- cü ilin oktyabr-noyabr aylarından başlayaraq Bəxtiyar Günelin borca ehtiyacı olduğunu demiş və ondan pul alıb Günelə göndərmişdir. Həmçinin Günel bank kartını Bəxtiyara göndərmiş və Bəxtiyar da həmin bank kartını ona göndərmişdir. O, həmin bank kartına pulu vurmuşdur. O, ümumilikdə Günelə və bacısı Laləyə 20000 manat pul vermişdir. Həmin məbləğin bir qismini Bəxtiyara göndərmişdir ki, Bəxtiyar Günelə göndərsin. Bir qismini isə Günelə göndərmişdir. Təxminən 2000 manat pulu isə Lalənin bank kartına göndərmişdir. O, Güneldən borcunu istəyən zaman Günelə borc vermədiyini və borcu Bəxtiyardan aldığını deyir. Bundan başqa Güneldən borcu istəyən zaman özünü öldürəcəyi və pulu qaytarmayacağı ilə hədələyir. Beləliklə Günel onu və Bəxtiyarı günahkar çıxartmaq istəyir. Günel özünə xəsarət yetirərsə günahkarı o və Bəxtiyar deyil. - SD diskə əlavə olunan görüntülərdən görünür ki, İddiaçı sualına cavab olaraq Cavabdeh ona 7850 manat borcunun olduğunu bildirir. Lakin Həmin görüntünün hansı tarixdə qeydə alınması barədə hər iki şəxs tərəfindən heç bir məlumat verilməmişdir. - 12 mart 2025-ci il tarixli, 2025/204/5368 nömrəli məktuba əsasən "xxxx" tərəfindən məhkəməyə təqdim edilən bank əməliyyatlarına dair kart hesabından çıxarışdan görünür ki, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayının sonunadək Cavabdeh "xxxx" ASC-ə məxsus olan şəxsi “4169-7388-7756-3704” saylı bank kart hesabından, İddiaçı "xxxx" ASC-ə məxsus şəxsi “4169-7388-6066-0913” saylı bank kart hesabına 82095 manat pul mədaxil olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 7 ildən artıqdır ki, münasibətləri var. Cavabdeh iddiaçıdan əvvəllər borc alaraq qaytarmışdır. İddiaçının bildirməsinə görə cavabdeh ondan qohumu Vəfanın adından 10000 manat, Lalənin adından 30000 manat, Günelin adından isə 16800 manat borc pul almışdır. İddiaçı cavabdehə pulları 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayınadək olan müddətdə vermişdir. İddiaçı bildirir ki, digər şəxslərin adına hörmət əlaməti olaraq Cavabdeh borc vermişdir. Əslində o, başqa şəxslərə yox, cavabdehə borc vermişdir. Sadəcə Vəfa və Lalə “vatsapda” ona səs ataraq Günelə borc pul verməsini xahiş etdiyi üçün o da Günelə pul vermişdir. Cavabdehin qohumu Vəfanın vasitəçiliyi ilə ondan aldığı puldan 4500 qaytarılsa da 5100 manat ödənilməmiş qalmışdır. Lalənin vasitəçiliyi ilə alınan puldan isə 9800 manat ödənilsə də 20200 manat qalmışdır. Bundan başqa Günel öz adından ondan borc olaraq aldığı 16800 manatı ödəməmişdir. Qaytarılmayan pulların cəmi 42100 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Lakin Cavabdeh iddia tələbinə etiraz edərək, iddiaçıdan 2023-cü ilin oktyabr ayından sonra borc aldığını, lakin borcun ümumi məbləğini dəqiq bilmədiyini, həmin borcu iddiaçının ona faizlə (sələmə) verdiyini, bildirib artıqlaması ilə qaytardığını bildirmiş və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, 12 mart 2025-ci il tarixli, 2025/204/5368 nömrəli məktuba əsasən "xxxx" tərəfindən məhkəməyə təqdim edilən bank əməliyyatlarına dair kart hesabından çıxarışa əsasən 2023-cü ilin oktyabr ayından 2024-cü ilin aprel ayının sonunadək Cavabdeh "xxxx" ASC-ə məxsus olan şəxsi “4169-7388-7756-3704” saylı bank kart hesabından, İddiaçı "xxxx" ASC-ə məxsus şəxsi “4169-7388-6066-0913” saylı bank kart hesabına 82095 manat pul mədaxil olmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh sonuncunun etirafına və işdə olan sənədlərə əsasən borc verməsini qismən sübut etsə də, lakin cavabdehin ona 42100 manat borclu olduğunu tamamilə sübut edə bilməmişdir. Həmçinin işin faktiki hallarına əsasən qeyd olunmalıdır ki, İddiaçı 2-ci polis şöbəsində aparılan araşdırma zaman Cavabdeh faizlə borca pul verdiyini təsdiq etmişdir. Lakin Cavabdeh iddiaçıdan 2023-cü ilin oktyabr ayından sonra borc aldığını, lakin məbləğini dəqiq bilmədiyini, həmin borcu iddiaçının ona faizlə (sələmə) verdiyini, bildirib artıqlaması ilə qaytardığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə vermiş olduğu borc 2023-cü ilin oktyabr ayı və ondan sonrakı dövrü əhatə etməklə hissə-hissə olmaqla borc məbləği 3000 (üç min) manatdan artıq təşkil etmişdir. Cavabdehin iddiaçıdan aldığı hissə-hissə borc onların şifahi razılaşmasına görə vahid borcun əsasını təşkil etmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və digər iş materialları ilə iddiaçının cavabdehə hissə-hissə olmaqla 27400 manat borc verməsi sübut olunur. Digər tərəfdən SD diskdə olan görüntüdə Cavabdeh İddiaçı 7850 manat borcunun olmasını etiraf etmişdir. Qanunvericiliyin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin, tərəflər arasında 3000 manatdan artıq məbləğdə pulun borc kimi verilməsi barədə hər hansı rəsmiləşdirilmə aparılmamış, yazılı formada müqavilə bağlanmamışdır. Başqa sözlə, tərəflər arasında 3000 manatdan artıq pulun borc verilməsinə dair yalnız şifahi əqd bağlanmış, qüvvədə olan qanunvericiliyin tələbinə əməl olunmamış, yəni əqd yazılı formada tərtib olunmamış və tərəflər onu imzalamamışlar. Bu isə özlüyündə əqdin forma və məzmununa dair mülki qanunvericiliklə müəyyən olunan tələbinə əməl edilməməsi ilə nəticələnmişdir. Nəticədə qeyd olunan münasibət özlüyündə tərəflər arasında bağlanmış şifahi müqavilənin etibarsızlığına səbəb olmuşdur. Bununla belə, cavabdeh tərəfindən 3000 manatdan artıq məbləğdə pulu iddiaçıdan alması məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunmuşdur. Belə olan halda məhkəmə tərəflər arasında olan mövcud (faktiki) münasibəti qanunvericiliyin tələbi baxımından qiymətləndirərək hesab edir ki, cavabdeh hüquqi əsas (qanuni və müqavilə əsası) olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının vəsaiti hesabına əsassız varlanmışdır. Başqa sözlə tərəflər arasında olan mülki hüquq münasibətləri ilə bağlı Mülki Məcəllənin əsassız varlanmaya dair maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1091-ci maddəsinə görə, öhdəliyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Lakin cavabdehin öz bank kartı hesabından iddiaçının bank kartı hesabına göndərmiş olduğu məbləğlər tədqiq edilən zaman müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə vermiş olduğu məbləğdən xeyli artıq məbləğdə cavabdeh ona ödənişlər etmişdir. Belə olan halda iddiaçının cavabdehdən hər hansı məbləğdə pul tələb etməsi haqlı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 42100 (qırx iki min yüz) manat pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 216.30 (iki yüz on altı manat otuz qəpik) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “42100 manat pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 216.30 (iki yüz on altı manat otuz qəpik) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar