Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1830/2024 22.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə verilmiş borc pulun alınaraq ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən onun Cavabdeh verdiyi və ödənilməmiş qalan 4100 manat miqdarında borc pulunun, dövlət rüsumu kimi ödədiyi 61 manatın, cəmi 4161 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən onun Cavabdeh verdiyi və ödənilməmiş qalan 3100 manat miqdarında borc pulunun, dövlət rüsumu kimi ödədiyi 61 manatın, cəmi 3161 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinə MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin azaldılması kimi baxmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanan 23 dekabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 6500.00 manat məbləğində pulu borc vermiş, cavabdeh isə krediti xx.xx.2023-cü il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlandığından keçən 5 ay ərzində Cavabdeh həmin borc üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmiş, yalnız 4 dəfə, yəni 08 may 2023-cü ildə 400 manat, 01 sentyabr 2023-cü ildə 1000 manat, 15 oktyabr 2023-cü ildə 500 manat və 01 dekabr 2023-cü ildə 500 manat olmaqla, cəmi 2400.00 manat məbləğində pulu onun 5103 0714 5282 1297 nömrəli plastik kartına ödəmiş, qalan 4100.00 manat pulu isə ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Dəfələrlə cavabdehdən ona borclu qaldığı pulun ödənilməsini tələb etsə də, cavabdeh onun tələbinə məhəl qoymamışdır. Ona görə də kredit müqaviləsi əsasında Cavabdeh verdiyi və ödənilməmiş qalan 4100.00 manat pul cavabdehdən alınıb ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, məhkəmədə işə baxılarkən cavabdeh borcundan ödəniş etdiyi üçün məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim etmişdir. İddianı müdafiə edərək cəmi 3100 manat borc pulun və dövlət rüsumunun əvəzi olaraq 61 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirərək, borcunun bir qismini ödədiyini və bu barədə ödəniş qəbzlərini məhkəməyə təqdim edəcəyini göstərmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhəri 2 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 3M-901 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 6500 manat məbləğində borc pul verməyi, borc alan Cavabdeh isə krediti xx.xx.2023-cü il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 6500 manat məbləğində borc almış, lakin müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə isclasında təqdiq edilmiş sübutlarla hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunaraq, cavabdehdən 3100 manat pul alınıb iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 51 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3100 (üç min yüz) manat pul və 51 (əlli bir) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1830/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1830/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver