Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1840/2022 15.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4420 (dörd min dörd yüz iyirmi) manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə Ağdam şəhəri mənfur ermənilər tərəfindən işğal olunduqdan sonar ailə üzvləri ilə birlikdə Bakı şəhərində məskunlaşmış və hazırda 2002-ci ildən mebel dizayneri vəzifəsində işləyir. Cavabdeh işlədiyi mebel sahəsindən mübül ustası kimi tanıyır və Cavabdeh onun inam və etibarından sui istifadə edərək ondan götürdüyü ümumi dəyəri 5950 manat müxtəlif markalı mobil telefonları ona qaytarmamışdır. Cavabdeh həmin telefonları sərxoş olaraq itirdiyini bildirmiş və bundan sonra o, məcbur olaraq Cavabdeh hüquq mühafizə orqanlarına şikayət etmiş, onun şikayətindən sonra Cavabdeh ona 850 manat, bir neçə ay keçəndən sonra 400 manat və bir aydan sonra isə 280 manat, cəmi 1530 manat məbləğində pul qaytarmışdır. Cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsində verdiyi izahatında, qalan 1870 manatı və 1500 ABŞ dollarını, yəni 4420 manatı qaytarmağa imkanı olmadığını bildirmiş, həmin məbləğin 600- 700 manatını 2022-ci ilin mart ayına kimi, qalan hissəsini hər ay 300 manat olmaqla qaytaracağına söz vermişdir. Lakin Cavabdeh bu günə kimi verdiyi vədə əməl etməmiş və ona olan borcunu qaytarmamışdır. O, 30 iyul 2022-ci il tarixli xəbərdarlıqlı məktub ilə cavabdehə göstərilən məbləğdə pul borcunun ona qaytarması üçün müraciət etmiş, lakin Cavabdeh hal-hazırda qeyd olanan ünvanda yaşamadığı üçün xx.xx.2022-ci il tarixdə cavabdehə ünvanladığı məktub ona geri qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışda Cavabdeh qeydiyyat ünvanı Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 35 kimi göstərilmişdir. Cavabdeh həmin xəbərdarlığa heç bir məhəl qoymamış və o, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış teleqramda, Bakı şəhərində yaşaması, himayəsində azyaşlı uşağının olmaqla səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyinin üzürlü hesab edilərək, nəzərə alınmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Gəncə şəhəri, Şəddadilər küçəsi, ev 35 ünvanda yaşayan Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubda, ondan aldığı mobil telefonlara görə 2021-ci ilin yay ayından bu günə ona borclu qaldığı 4420 (dörd min dörd yüz iyirmi) manat məbləğində pulun 10 gün müddətində ona qaytarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Qaradağ rayon Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1666 saylı arayışdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi ünvan 4 ünvanda müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyətini təşkil edən 4420 (dörd min dörd yüz iyirmi) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 4420 (dörd min dörd yüz iyirmi) manat məbləğində pul alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4420 (dörd min dörd yüz iyirmi) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(125)-1840/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1840/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver