Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1845/2022 18.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli 10638 nömrəli Kredit müqaviləsi üzrə 3030 manat əsas, 1090 manat faiz olmaqla cəmi 4120 manat, xx.xx.2021-ci il tarixli 10750 nömrəli Kredit müqaviləsi üzrə 5570 manat əsas, 1114 manat faiz, olmaqla cəmi 6684 manat, xx.xx.2021-ci il tarixli 10770 nömrəli Kredit müqaviləsi üzrə 2994 manat əsas, 997,60 faiz olmaqla cəmi 3991,6 manat, xx.xx.2021-ci il tarixli 10774 nömrəli Kredit müqaviləsi üzrə 2651 manat əsas, 1060,40 faiz, olmaqla cəmi 3711,40 manat, xx.xx.2021-ci il tarixli 10783 nömrəli Kredit müqaviləsi üzrə 2938 manat əsas, 1175,20 manat faiz olmaqla cəmi 4113,20 manat, xx.xx.2021-ci il tarixli 10793 nömrəli Kredit müqaviləsi üzrə 3021 manat əsasə, 1087,56 manat faiz olmaqla cəmi 4108,56 manat, xx.xx.2021-ci il tarixli 10803 nömrəli Kredit müqaviləsi üzrə 1677 manat əsas, 737,88 faiz olmaqla cəmi 2414,88 manat borcun, ümumilikdə 29143,64 manat borcunun və 184 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış müqavilələrə əsasən, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli 10638 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 9600 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 2994 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10750 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 11900 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhviltəslim aktına əsasən 3588 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10770 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 5900 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1818 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10774 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4320 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1053 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10783 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4750 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1200 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10793 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4350 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 991 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10803 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 3250 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 909 manat qızılzinət əşyalarının girovu əsasında verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə tələb edilən məbləğdə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanılmış müqavilələrdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli 10638 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 9600 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 2994 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10750 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 11900 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 3588 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10770 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 5900 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1818 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10774 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4320 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1053 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10783 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4750 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1200 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10793 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4350 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 991 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10803 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 3250 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 909 manat qızıl-zinət əşyalarının girovu əsasında verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" Lombard MMC-də girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında aktlardan görünür ki, Cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyaları müştərinin iştirakı ilə xx.xx.2021ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 3200 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 1800 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 5320 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 1860 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 2120 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 1630 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 7130 manata satılmışdır. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2021-ci il tarixli 10638 nömrəli Kredit müqaviləsi üzrə 3030 manat əsas, 1090 manat faiz olmaqla cəmi 4120 manat, xx.xx.2021-ci il tarixli 10750 nömrəli Kredit müqaviləsi üzrə 5570 manat əsas, 1114 manat faiz, olmaqla cəmi 6684 manat, xx.xx.2021-ci il tarixli 10770 nömrəli Kredit müqaviləsi üzrə 2994 manat əsas, 997,60 faiz olmaqla cəmi 3991,6 manat, xx.xx.2021-ci il tarixli 10774 nömrəli Kredit müqaviləsi üzrə 2651 manat əsas, 1060,40 faiz, olmaqla cəmi 3711,40 manat, xx.xx.2021-ci il tarixli 10783 nömrəli Kredit müqaviləsi üzrə 2938 manat əsas, 1175,20 manat faiz olmaqla cəmi 4113,20 manat, xx.xx.2021-ci il tarixli 10793 nömrəli Kredit müqaviləsi üzrə 3021 manat əsas, 1087,56 manat faiz olmaqla cəmi 4108,56 manat, xx.xx.2021-ci il tarixli 10803 nömrəli Kredit müqaviləsi üzrə 1677 manat əsas, 737,88 faiz olmaqla cəmi 2414,88 manat borcun, ümumilikdə 29143,64 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər; 302.3-cü maddəsinə əsasən saxlanca qoyulan əşyalar lombarda verilir; 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir; 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, lombard fəaliyyəti ilə məşğul olan iddiaçı ilə cavabdeh arasında lombard girovu müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını lombardda girova qoymaqla iddiaçıdan kreditlər almışdır. Cavabdeh kredit borclarının qaytarılması üzrə öz öhdəliyini icra etmədiyindən girov əşyalara tutma yönəldilmiş və əşyaların satılmasından əldə edilmiş vəsaitlər hesabına kredit borclarının bir qismi ödənilmiş, müqavilələr üzrə əsas və faiz borcu cəmi 29143,64 manat borcu qalıq qalmışdır. İddiaçı hazırda həmin borcu tələb edir. Buna baxmayaraq qanunvericilikdə lombard girovu ilə təmin edilmiş öhdəliklərlə bağlı xüsusi qaydalar müəyyən edilir. Belə ki, lombard girovu ilə təmin edilmiş öhdəlikdə kreditorun tələb hüququ girov qoyulmuş əşyaların satılmasından əldə edilmiş vəsaitlə məhdudlaşır və bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə belə kreditorun tələbləri ləğv olunur. Buna görə də iddia əsasız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 184 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1845/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1845/2022
18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver