Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-186/2023 25.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurduğu zərərə görə 2905 (iki min doqquz yüz beş) manat pulun və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh avto təmiri işlərinə baxır. Onun birgə mülkiyyət hesab olunan Ford markalı tranzit minik avtomobili var, 1994cü ildən rəsmi nikahda olduğu arvadı X1 adına xx.xx.2021-ci il tarixdə etibarnamə ilə almışdır, hazırda avtomobili onun adına keçirmişdir. 2021-ci ilin sentyabr ayının sonlarında avtomobilini yük maşını vurduğundan, avtomobilin təmir edilməsi üçün oktyabrın əvvəllərində Cavabdeh sexinə aparmışdır. Bütün təmir işlərininin qiymətini 700 manata razılaşmışlar və cavabdehə ilk öncə 400 manat vermişdir və təmir üçün lazımi materialları almışdır. Lakin cavabdeh onun etibarından sui-istifadə etmişdir. Belə ki, qarşılıqlı razılığa görə Cavabdeh təmiri 8 gün müddətinə bitirməli idi, lakin 2 ay müddəti uzatmışdır. O, 160 manata alıb, verdiyi qabaq şüşəni yerinə salan zaman domkratı bərk çəkib, qabaq şüşəni (podpresi) qırmışdır. Bunun səbəbini şüşəni satmaqla məşğul olan usta Elsevərin üstünə atmışdır. Bundan əlavə, cavabdeh 150 manat dəyərində tam işlək vəziyyətdə olan qapının şüşəqaldıranını sataraq bəhanə etmişdir ki, maneçilik etdiyi üçün qapı ilə birlikdə atmışdır. Eləcə də avtomobilin altında olan hava təmizləyən və sair təyinatı olan 1500 manat dəyərində qurğunu qaynaqla kəsib çıxararaq oğurlamış, bunu görməyəcəyini, avtomobilin altına baxmadan onu bir müddət işlədəcəyini, vaxt örtdükdən sonra isə ona pretenziya verə bilməyəcəyini düşünmüşdür. Bundan başqa onun avtomobilin işlədilməsi üçün aldığı 95 manatlıq boya və qermetikanı işlətməyərək, mənimsəmişdir. Təmiri razılaşdırılmış 8 gün müddətinə bitirməyərək onun 2 ay uzatması nəticəsində ən azı 1000 manat zərər çəkimişdir. Belə ki, 2 ay müddətində hər ayı 500 manata Ford markalı başqa avtomobili kirayələyərək ailəsini dolandırmışdır. Beləliklə, cavabdehin ona vurduğu real zərər 2905 (150+160+1500+95+1000=2905) manatdır. Onun 150 manatı podyomnikin, 160 manat yerinə salan zaman ustanın qırdığı təzə aldığı podpresin, 95 manatı rəng və germetikanın, 1500 manatı katalizatorun, 1000 manat isə cavabdehin təqsiri üzündən kirayəyə götürməyə məcbur olduğu avtomobilin kirayə puludur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq göstərdi ki, o, avtomobili 2021-ci ilin avqust ayında almış, bundan bir ay sonra 2021-ci ilin sentybr ayında avtomobilini yük maşını vurmuşdur. Avtomobili təmirə verərkən qapısı yararsız olduğu üçün özünün tələbi ilə dəyişdirilərək təzə qapı quraşdırılmışdır. Güman edir ki, cavabdehin atdığı əzilmiş qapınıın şüşəqaldıranı işlək olmuşdur və buna görə də cavabdeh qapını ona qaytarmalı idi. Eyni zamanda avtomobilin alt hissəsinə baxış keçirərkən ona məlum olmuşdur ki, cavabdeh avtomobilin səsboğucu qazanın içərisində olan katalizatoru qaynaqla kəsərək çıxarmışdır. Belə ki, avtomoblin səsboğucu qazanın birləşən hissəsi təzə qaynaqlanmışdır. Cavabdehə katalizatorun yerində olmamasını bildirdikdə o, maşını alarkən katalizatorun üstündə olub olmamasını maşını aldığı şəxsdən soruşmasını demişdir. O, avtomobili ona satan şəxsə zəng edərək avtomobili ona satanda katalizatorunun üstündə olub olmamasını soruşduqda həmin katalizatorun maşının üzərində olduğunu bildirmişdir. Polisə şikayəti ilə əlaqədar avtomobilin katalizatorunun çıxarıldığı hissəsinin fotoşəkili çəkilmişdir. Bundan başqa avtomobilin təmiri ilə bağlı 5 ədəd germetika, 5 ədəd boya alaraq 95 manat pul ödəmiş lakin cavabdeh həmin materiallardan istifadə etməmişdir. Cavabdeh və üçüncü şəxs X2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, iddiaçı onun usta işlədiyi mağazadan avtomobilin qabaq alın şüşəsini almışdır. İddiaçının avtomobili sol tərəfdən vuruq olmuşdur. İddiaçı 160 manata aynanı mağazadan almış o, usta kimi 20 manat əl haqqı alaraq aynanı quraşdırmışdır. O, aynanı quraşdırmamışdan əvvəl maşını təmir edən ustaya demişdir ki, avtomobilin sağ tərəfi ilə sol tərəfi arasında əyrilik var, ayna quraşdırılsa düzgün olmayacaq. Usta isə ona narahat olmamasını söyləmişdir. Sonradan iddiaçı aynanın sınımasını ona bildirdikdə məlum olmuşdur ki, avtomobilin təmir işini görən usta avtomobildə olan əyriliyi sıxıb düzəldərkən şüşəni sındırmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, BD177138 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99OZ426 qeydiyyat nömrəli, Ford Transit minik markalı avtomobil X2 məxsusdur. Vİ-JQ 329767 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X3 arasında olan nikah xx.xx.1994-cü il tarixdə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı 2021-ci ilin oktyabr ayında cavabdeh tərəfindən ona məxsus Ford Tranzit markalı **-OZ-*** qeydiyyat nişanlı avtomobilin 1815-1835 manat dəyərində detalının oğurlanması barədə şikayəti üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İddiaçının iddia etdiyi Ford Tranzit markalı **-OZ-*** qeydiyyat nişanlı avtomobilin katalizator detalının yerləşdiyi hissənin fotoşəklindən görünür ki, katalizator detalının yerləşdiyi qazan səsbogucu hissəyə qaynaqla birləşdirilmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, cavabdeh iddiaçının idarə etdiyi avtomobili təmir etməsini öz üzərinə götürmüşdür. İddiaçı iddia etmişdir ki, cavabdeh ona məxsus avtomobili təmir edərkən 160 manat dəyərində avtomobilin ön şüşəsini sındırmış, avtomobilin əzilmiş qapısının üzərində olan aynaqaldıranı və katalizatorunu açıb göürmüş, aldığı germetika və boyanı işlətməmiş və avtomobili söz verdiyi vaxtda təmir etmədiyi üçün hər ay 500 manat olmaqla iki ay müddətində başqa bir avtomobil kirayəyə götürərək 1000 manat ödəməklə ona ziyan dəymişdir. İddiaçı iddia ərizəsində göstərilən məbləğdə cavabdeh tərəfindən ona zərər vurulmasını göstərsə də öz tələbinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən onun avtomobilinin üzərindən katalizatorun açılmasını avtomobildə olan qaynağın təzə olması ilə əlaqələndirmiş, lakin avtomobili alarkən avtomobildə həmin qaynaq işi aparılmasından məlumatı olmadığını bildirmişdir. Bununla yanaşı iddiaçı katalizatorun avtomobilin səsboğucu qazanın içərisində yerləşdiyini göstərsə də katalizatorun səsboğucu qazanının içərisini vizual görüntü ilə görmək mümkün olmadığı halda katalizatorun yerində olmadığının nə ilə müəyyən edilməsini dəqiqləşdirə bilməmişdir. Bunu qaynağın təzə olması ilə əlaqələndirsə də avtomobili aldıqdan 1 ay sonra təmirə verdiyini və avtomobili almamışdın əvvəl qanaq işi olub olmamasını dəqiqləşdirə bilməmişdir. Aldığı germetika və boyanın cavabdeh tərəfindən isifadə edilməməsini göstərsə də cavabdehin başqa germetika və boyadan istifadə etməklə işin qusurlu olmasını mübahisələndirməmişdir. Digər tərəfdən 2 ay müddətində başqa avtomobilin kirayəsi ilə bağlı 1000 manat pul ödəməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Göründüyü kimi tərəflər arasında şifahi podrat müqaviləsi bağlanaraq iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş cavabdeh işi qüsurlu yerinə yetirərək idiaçıya avtomobilin ön şüşəsini sındırmaqla 160 manat zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı Cavabdeh 160 (bir yüz altmış) manat pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, aparılmış ekspertiza xərcinin dəyəri olan 70 manatın 35 manatı cavabdehə, 35 manatı isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 160 (bir yüz altmış) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manatın 35 manatı Cavabdeh, 35 manatı isə İddiaçı alınaraq Büdcə təsnifatının kodu142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(125)-186/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-186/2023
25.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver