Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1871/2025 05.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyanın əvəzi kimi cavabdehdən 4980 manat məbləğində pulun, iddia ərizəsi üçün ödənilmiş 70,2 manat dövlət rüsumunun, həmçinin iddia ərizəsinin tərtib edilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən 100 manat, cəmi 5150,2 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı ərizə təqdim edərək dəymiş zərərə görə 4490 manat pulun, 70,2 manat dövlət rüsumunun, həmçinin iddia ərizəsinin tərtib edilməsi üçün vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilən 100 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh idərə etdiyi “X6” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Gəncə şəhəri, H.Əliyev prospekti ərazisində ara məsafəsi qaydalarını pozaraq ona məxsus və etibarnamə əsasında X2 tərəfindən idarə olunan “Khazar Peugeot” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxadan vurmuşdur. Həmçinin qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Cavabdeh barəsində İXM-nin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ilə 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdehin idarə etdiyi X6” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortası olmadığından ona məxsus avtonəqliyyat vasitəsinə dəymiş ziyanı ala bilməmişdir. “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsinin xx.xx.2025-ci il tarixli aktrəyi ilə ona məxsus avtonəqliyyat vasitəsinə 4980 manat miqdarında ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- BD664536 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar Peugeot” minik markalı, **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Gəncə şəhər 6 saylı notariat ofisində xx.xx.2025-ci il tarixli, 7E-275 reyestr nömrə tərtib olunmuş etibarnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, mülkiyyətçi İddiaçı “Khazar Peugeot” minik markalı, **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini xx.xx.2034-cü il tarixədək X1 etibar etmişdir. BB6781106 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X6” minik markalı, **-YJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. xx.xx.2025-ci il tarixli izahatın surətindən görünür ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X3 izahatı alınmış Cavabdeh xx.xx.2025-ci il tarixində, saat 15:00-da yol vərəqəsi ilə idarə etdiyi “Nissan” markalı, **-YJ-*** nömrəli maşınla H.Əliyev prospektində hərəkətdə olarkən qarşısında olan “Khazar” markalı, **-EV-*** nömrə nişanlı maşınla ara məsafəsini düzgün seçmədiyi üçün toqquşma baş verdiyini göstərmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, CVN/İ 01-153/25 nömrəli mütəxəssis rəyindən görünür ki, “Khazar Peugeot” markalı, **- EV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği və təmir xərcləri ümumilikdə 4490 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, 7022 nömrəli qəbzdən görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 100 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, işdə olan sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu ilə (deliktlə) əlaqədar mülki məsuliyyət o halda yaranır ki, təqsirli şəxsin qanuna zidd əməli nəticəsində hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmuş olsun və təqsirli şəxsin qanuna zidd əməli ilə vurulmuş ziyan və ya zərər arasında səbəbli əlaqə olmuş olsun. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus **-EV-*** dövlət qeydiyyat nişanlı, “Khazar Peugeot” minik markalı avtomobilə zərər dəymiş, lakin cavabdeh öz təqsirli hərəkətləri nəticəsində vurulmuş zərəri aradan qaldırmadığı üçün iddiaçı zərərin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4490 manat pul və hüquqi yardıma görə ödənilmiş 100 manat xərc alınaraq İddiaçı verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 64,90 manat dövlət rüsumu və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün 200 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4490 (dörd min dörd yüz doxsan) manat pul, 100 manat hüquqi yardıma görə ödənilmiş xərc və 64,90 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün 200 manat xidmət haqqı Cavabdeh tutularaq VÖEN: **********, Bank: "xxxx" ASC Nərimanov filialı, Bank VÖEN-i: **********, M.h: AZ03NABZ**********0000002944, H.h: AZ471BAZ********************, Kod: 805711, SWİFT: İBAZAZ2X hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-1871/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1871/2025
05.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver