Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1872/2025 29.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2024-cü ilin oktyabr ayında tanıyıb. Belə ki, həmin il iyulun 20-də cavabdeh yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndindəki həyətinə gəlib ondan 4000 manat borc pul istədi və söz verdi ki, həmin ilin oktyabr ayının sonuna qədər borcunu qaytaracaq. O, ona inandı və 4000 manat pul verdi. Cavabdeh bu barədə öz xətti ilə qəbz də yazıb verdi. Hətta özünə məxsus “Volkswagen Golf” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini də pulu qaytarana kimi təminat kimi ona verdi. Oktyabr ayı sona çatdıqdan sonra onun mobil telefonuna zəng edib pulunu qaytarmasını istədi. Dəfələrlə telefon danışıqlarında o, ona bildirdi ki, borcunu yaxın vaxtlarda ödəyəcəkdir. Hətta keçən ilin sentyabr ayında yaşadığı Hacıkənd qəsəbəsinə getdi, yenə də söz verdi ki, borcunu qaytaracaq. Lakin bu günə qədər cavabdeh pulunu qaytarmamışdır. O, məcbur olub bu barədə Göygöl rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdi. Polis Şöbəsində araşdırma aparıldı və ona cavab verildi ki, həmin tələb mülki mühakimə icraatı qaydasında məhkəmə tərəfindən həll olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanları izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin qəbzin cavabdeh tərəfindən keçən ilin oktyabr ayında tərtib edilib imzalandığını və sözügedən nəqliyyat vasitəsinin şəhadətnaməsinin hazırda onda olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, iş materiallarında olan qəbzi özünün yazdığını və imzaladığını, lakin iddiaçıdan 2018-ci ildə Göygöl rayonu, Qızılca kəndində iddiaçının evinin həyətində 900 manat pulu sələmə götürdüyünü, həmin pulun qaytarılacağının zəmanəti kimi ona məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini iddiaçıya verdiyini, iddiaçıya faiz dərəcəsiylə cəmi 2000 manat borcu qaldığını, qeyd edilən qəbzi borc tam ödənilmədiyi üçün keçən il oktyabr ayında iddiaçının tələbiylə imzaladığını bildirdi. Cavabdeh iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh imzasıyla təsdiq edilmiş qəbzdən görünür ki, Hikmətdən 4000 manat aldı və onu oktyabrın sonuna kimi qaytaracaq. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, material üzrə izahatı alınmış İddiaçı bildirmişdir ki, 2024-cü ilin təxminən tarixini unutduğu iyul ayında qonşusu Xəyal yanında tanımadığı orta yaşlı bır nəfər şəxslə gələrək ondan 4000 manat borc pul istəmişdir O da qonşusu Xəya vasitəsi ilə həmin şəxsə yəni Cavabdeh yaşadığı evin həyətində 4000 manat ona borca pul vermişdir. Cavabdeh həmin pulu oktyabr ayında qaytaracağına söz verərək getmişdir. Elşən Abbaspv bu günə kimi ona vermiş olduğu 4000 manat pul borcunu qaytarmamışdır. O, dəfələrlə Cavabdeh ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək pulunu geri qaytarmasını tələb etsə də Elşən ona yaxın müddətdə ödəyəcəyini bildirərək yalan vədlərlə onu aldatmışdır. Sentyabr ayında Cavabdeh yaşadığı Hacıkənd qəsəbəsinə getsə də. yenədə sonuncu müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməmişdir. Onun 4000 manat pulunun geri qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Bundan başqa, material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki Azəralmınmm zavodunda sürücü vəzifəsində işləyir. Təxminən 3 il bundan qabaq mənə ona borca pul lazım olduğu üçün tanışı Xəyalın vasitəsilə Göygöl rayon Yem Qızılca kəndində yaşayan İddiaçı evinin həyətində 900 manat aylıq 10 faiz ilə sələmə pul götürmüşdür. Girov olaraq isə həmin şəxsə öz adına olan Volsvagen Golf markalı 10- EJ-434 qeydiyyat nömrə nişanlı avtomobilinin qeydiyyat şəhadətnaməsini təqdim etmişdir Həmin pulun qarşılığında İddiaçı ümumilikdə 2000 manat pul ödəmiş, lakin həmin şəxs hal-hazırda onun Hikmətə 4000 manat pul borcunun olduğunu deməklə ona şər və böhtan atır. O, İddiaçı almış olduğu borcundan artıq pul ödəmişdir. Onun həmin şəxsə borcu qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Elşən iş yoldaşıdır. Elşən iki il əvvəl ona dedi ki, bir nəfərdən borc pul götürüb, girov olaraq avtomobilin qeydiyyat şəhadətnaməsini həmin şəxsə verib, avtomobilin texniki baxışdan keçirməlidir, birgə gedib 500 manat pul versin, şəhadətnaməni götürüb avtomobili baxışdan keçirdikdən sonra qaytarsın. Görüşməyə getdikləri vaxt Hikmətlə tanış olmuşdu. Elşən Hikmətə 500 manat pul verdikdən sonra ona cəmi 2000 manat borcu qaldığını bildirmişdir, Hikmət də bunu təsdiqləmişdir. Hətta Hikmət şəhadətnaməni Elşənə verməyə razılaşmadı, onda təklif etmişdir ki, şəhadətnaməni ona versin, texniki baxışdan sonra sənədi qaytaracaqdır. Hikmət razılaşaraq şəhadətnaməni Elşənə yox, ona vermişdir, texniki baxışdan sonra da o, şəhadətnaməni Hikmətə qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Hazırkı iş üzrə iddiaçı cavabdehə verdiyini bildirdiyi 4000 manat borcun tutulmasını xahiş etmiş və tələbini bu barədə qəbzlə əsaslandırmışdır. Cavabdeh tələbə etiraz edərək, iddiaçıdan 900 manat borc aldığını, lakin tərəfindən edilən ödənişlərin faizə hesablandığını və iddiaçıya faiz dərəcəsi tətbiq edilməklə cəmi 2000 manat borcu qaldığını bildirmişdir. Cavabdeh daha az məbləğdə borc aldığını bildirsə də, bu halı təsdiqləyən hər hansı dəlil təqdim olunmadığından iddiaçının 4000 manat borc verdiyi müəyyən olunmuşdur. İddiaçı borcdan ödəniş edilmədiyini bildirsə də, sübut qismində tədqiq edilmiş şahid ifadəsinə əsasən, iddiaçı edilmiş ödəniş nəticəsində cavabdehin ona 2000 manat borcu qaldığını təsdiqləmişdir. Bu halı təkzib edən hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdeh 4000 manat borc verilmiş, Lakin mülki qanunvericiliyə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda, borc müqaviləsi yazılı formada bağlanmamışdır. Buna görə borcun verilməsi barədə müqavilə etibarsız əqd hesab olunmaqla, hər bir tərəf aldıqlarını digər tərəfə qaytarmalıdır. Beləliklə, müqavilə əsası aradan qalxdığı üçün 2000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı pulun 2024-cü ildə verildiyini və qəbzin həmin tarixdə tərtib edildiyini bildirsə də, cavabdeh borcun daha əvvəl verildiyini və həmin borc tam ödənilmədiyi üçün iddiaçının tələbiylə qəbzi 2024-cü ildə tərtib etdiyini bildirmişdir. Borcun verilməsi və qəbzin tərtibi tarixinə dair cavabdehin bildirdiklərinin əsaslı olması bir neçə halla təsdiqlənir. Belə ki, şahid ifadəsiylə 2 il əvvəl cavabdehin iddiaçıya 2000 manat borcunun qalması təsdiqlənir. İddiaçı tərəfindən 2024-cü ildən əvvəl cavabdehə digər borcun verilməsi bildirilməmiş və ya araşdırma zamanı müəyyən olunmamışdır. Bundan başqa, iddiaçı ərizəsində tələbinin faktiki əsası kimi cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini özündə saxladığını bildirmişdir. Nəqliyyat vasitəsinə dair şəhadətnaməni iddiaçının saxlaması şahidin 2 il əvvəlki hala dair verdiyi ifadə ilə təsdiqlənir. Həmin hərəkətin habelə daha əvvəl verilmiş digər borcun təminatı qismində edildiyi müəyyən olunmur. Digər tərəfdən, daha əvvəl verilmiş və 2000 manat borcun qaldığı halda, iddiaçı tərəfindən yenidən cavabdehə 4000 manat məbləğində borcun verilməsi ağlabatan deyil. Belə olan halda, sözügedən borcu nazı iki ilə əvvəl verildiyi və qəbzin hazırda tələb edilən borcun verildiyi tarixdə deyil, 2024-cü ildə tərtib edilməsi dolayı sübutlarla təsdiqlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-1872/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1872/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver