Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1878/2025 02.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1750 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdehlə 2023-cü ılın mart ayından tanışdır. O usta kimi cavabdehin Gəncə şəhəri, Sadıllı qəsəbəsi, R, Veysəlova kuçəsı 73ünvanında yerləşən evində 2023-cü ilin mart ayından 2024-cü ılın avqust ayına kimi işləmişdir. Onun yanında digər usta X1 da onunla işləmişdir. Gördükləri işlər üçün pulun bir hissəsini cavabdehdən almışdır. 2024-cü ilin avqust ayında cavabdeh pulunun olmadığının bildirərək işi dayandırmışdır. O, cavabdehdən alacağı olan 1750 manat pulu istəsə də, cavabdeh pulunun olmadığını və pulu olanda verəcəyini bildirmişdir. Cavabdeh pulunu vermədiyinə görə o, cavabdehdən AR ƏƏSMN yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinə və eyni zamanda polis şöbəsinə şikayət ilə müraciət etmişdir. Şikayət üzrə araşdırmalar aparılmış və cavabdeh polis şöbəsində verdiyi izahatda həqiqətən də ona 1750 manat borcu olduğunu etiraf etmişdir. Qeyd edilən dövlət orqanlarından ona verilən cavabla məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı iştirak etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və qeyd etmişdir ki, onun tərəfindən görülmüş işlər tamamlanmadığından, cavabdeh həmin işlərin tamamalanması üçün başqa usta çağırmış və onun gördüyü və yarımçıq qalmış işlər başqa usta tərəfindən davam etdirilərək, tamamlanmışdır. Sonda iddiaçı irəli sürülən iddianın əsaslı olduğunu bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh iştirak etmiş, iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə onun evinin həyətyanı sahəsində su hovuzu tikmək barədə razılaşmışlar və iddiaçı həmin işlərin müəyyən bir hissəsini görmüşdür. İddiaçı görməli olduğu işləri keyfiyyətsiz yerinə yetirdiyindən onun gördüyü işləri dayandırmış, daha sonra həmin işləri başqa ustaya tapşırmışdır. İddiaçının gördüyü işlərin keyfiyyəti onu qane etmədiyindən, bu işlərə görə iddiaçıya heç bir haqq ödəməmişdir. İddiaçının gördüyü işlərin dəyəri iddia ərizəsində göstərildiyi qədər deyil, daha azdır. O iddiaçıya gördüyü işlərə görə 300 manat təklif etmiş, iddiaçı bununla razılaşmamışdır. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmənin sonuncu iclasına gəlməmiş, gəlməməsi barədə heç bir məlimat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh əvvəlki məhkəmə iclaslarında verdiyi izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işin materiallarında olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən göndərilmiş məktuba əsasən, Cavabdeh tərəfindən əmək müqaviləniz hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməniz və əmək haqqınızın ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinə ünvanladığınız müraciətə şöbədə baxılmışdır. Müraciətinizlə əlaqədar Cavabdeh ünvanı ünvan 3dılı qəsəbəsi, Rəmziyyə Veysəlova, 73 ünvanına tərəflərindən xx.xx.2024-cü il tarixli 3-17-5/2-K-95506/2024 nömrəli sorğu məktubu göndərilmişdir, lakin şöbəyə heç bir sənəd təqdim olunmamış və cavab məktubu göndərilməmişdir. Müraciətə baxılmasında iştiraklarının təmin olunması məqsədilə şöbəyə dəvət olunmuşlar, şöbəyə təqdim etdikləri xx.xx.2024-cü il tarixli yazılı izahatda Sizə verilən suallara cavab olaraq Cavabdeh ilə 2023-cü ilin mart ayından 2024cü ilin avqust ayına qədər işlədiyinizi, iş vaxtınızın saat 09:00-dan başlayaraq təxminən 22:00, 23:00-a kimi davam etdiyini bildirdiniz. Sizin dəvətiniz ilə şahid qismində iştirak edən X1 şöbəyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında X2 məxsus bağ evində əmək müqaviləsi bağlanılmadan təmir işlərini yerinə yetirdiyinizi, işləri yekunlaşdırmağınıza baxmayaraq Cavabdeh tərəfindən 1750 manat ödənilmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilir ki, tərəflər arasında yaranan hüquq münasibətləri ilə bağlı tərəflər arasında hər hansı bir yazılı razılaşma yoxdur. Belə olan halda işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığının və ya yoxluğunun müəyyənləşdirilməsi üçün işdə iştirak edən şəxslərin izahatları iş üçün əhəmiyyətli sübutlar kimi qəbul edilir. Cavabdeh tərəf məhkəmədə ona qarşı irəli sürülən iddianı qismən etiraf etmiş, izahatında göstərmişdir ki, İddiaçı onun evinin həyətyanı sahəsində su hovuzu tikmək barədə razılaşmışlar və iddiaçı həmin işlərin müəyyən bir hissəsini görmüşdür. İddiaçının gördüyü həmin işlərə görə iddiaçıya heç bir haqq ödəməmişdir. MPM-in sübutlarla bağlı tələblərinə əsasən belə halda İddiaçının cavabdehin evinin həyətyanı sahəsində su hovuzu tikmək barədə razılaşmaları, iddiaçının həmin işlərin müəyyən bir hissəsini görməsi və iddiaçının gördüyü həmin işlərə görə cavabdehin iddiaçıya heç bir haqq ödəməməsi işin faktiki halları kimi təsdiq olunur. Tərəflər arasında olan mübahisəli məsələ iddiaçının gördüyü işlərin real dəyərinin müəyyən edilməsidir ki, məhkəmə işin həmin halı ilə bağlı ekspertiza təyin etmiş və qiymətləndirici rəyi almışdır. Mülki işin materiallarına əlavə olunan, "xxxx" MMC tərəfindən verilmiş 17 sentyabr 2025-ci il tarixli qiymətləndirici rəyinə əsasən müəyyən olunmuşdur ki, su hovuzunun tikintisi zamanı iddiaçı tərəfindən görülən işlərin dəyəri 1406 (bir min dörd yüz altı) manat məbləğini təşkil edir. Rəydə qeyd edilmişdir ki, su hovuzunun tikintisi zamanı İddiaçı tərərfindən görülmüş işlər haqqında hər iki tərəf məlumat vermişdir. Tikinti zamanı görülən işlər cədvəldə qeyd edilmişdir. Həmin rəydən həmçinin müəyyən edilir ki, aparılmış tədqiqatların dəyəri 250 manat məbləğini təşkil edir. Məhkəmə "xxxx" MMC tərəfindən verilən17 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyini işin həmin halının müəyyən edilməsində nötəbər sübut növü kimi qəbul edir. Həmin rəyə əsasən, su hovuzunun tikintisi zamanı iddiaçı tərəfindən görülən işlərin dəyərinin 1406 (bir min dörd yüz altı) manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iddianın maddi hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi görülmüş tikinti işlərinə görə haqqın ödənilməsi bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin podrat müqaviləsindən yaranan münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.1 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə qənaətə gəlir ki, irəli sürülən iddia qismən təmin edilməli, iddiaçı tərəfindən görülmüş və cavabdeh tərəfindən qəbul edilmiş işlərin dəyəri olan 1406 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməli və qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından müəyyən edilir ki, İddiaçı şəhid ailəsi üzvüdür. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəhid ailələri məhkəməyə verilən iddia ərizələri üzrə dövlət rüsumlarından azaddırlar. Məhkəmə qeyd edir ki, baxılan işdə iddia qismən haqlı sayılmışdır. Belə halda hazırki işdə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxs olduğundan, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməli və 34,06 manat məbləğində dövlət rüsumu ondan tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, "xxxx" MMC tərəfindən verilən 17 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, aparılmış tədqiqatların dəyəri 250 manat məbləğini təşkil edir. Məhkəmə hesab edir ki, həmin məbləğin ödənilmiş tələblərə mütənasib olan 190 manat hissəsi Cavabdeh, qalan 60 manat hissəsi isə İddiaçı tutulub, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 357 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1406 (bir min dörd yüz altı) manat məbləğində pul alınıb, İddiaçı verilsin. Qalan hissədə iddia əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilməli olan 34,06 (otuz dörd) manat 06 qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin. İş üzrə qiymətləndirici rəyinin verilməsi üçün hesablanmış 250 manat məbləğində məhkəmə xərcinin ödənilmiş tələblərə mütənasib olan 190 (bir yüz doxsan) manat hissəsi Cavabdeh, qalan 60 (altmış) manat hissəsi isə İddiaçı tutulub, "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-1878/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1878/2025
02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver