Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1889/2022 05.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Şakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh evin satılmasından əldə etdiyi 35000 (otuz beş min) manat pul, ona hesablanmış 875 (səkkiz yüz yetmiş beş) manat faiz borcu olmaqla, cəmi 35875 (otuz beş min səkkiz yüz yetmiş beş) manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 192,62 (yüz doxsan iki manat altmış iki qəpik) manat dövlət rüsumunun, habelə 0,40 (qırx qəpik) manat bank xidməti haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. O, Gəncə şəhərindən 2 mənzil almaqla birini Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 9, 27 nömrəli mənzili cavabdeh olan oğlu Cavabdeh adına, digəri ünvan 1-u öz adına almışdır. Onun adına olan ünvan 1 daha geniş olduğundan oğlu Elşənə ailəsi ilə birlikdə oradan yaşamasını icazə vermiş, özü isə oğlunun adına aldığı Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 9, 27 nömrəli mənzildə yaşamağa başlamışdır. Eyni zamanda Şəmkir rayonunda yanlız yay aylarında təsərrüfatla əlaqədar qaldığı tam şəraitsiz evi vardır. Yay aylarında o, Şəmkirdə olanda, eyni zamanda hər dəfə ona məxsus cavabdehin ailəsi ilə birgə yaşadığı evin hər hansı problemi ilə əlaqədar onu çağırmamaları üçün oğluna Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzilin idarə edilməsi ilə əlaqədar etibarnamə vermişdir. Həmin etibarnamədən istifadə edən cavabdeh oğlu Cavabdeh onun xəbəri olmadan, onun heç bir tapşırığı olmadan ona məxsus evi 35000 manata X3 adlı tanımadığı bir şəxsə satmışdır. Həmin alqı-satqıdan, evin neçiyə satılmasından sonralar xəbər tutmuşdur. Belə ki, cavabdeh oğlu Cavabdeh evi ondan xəbərsiz satdıqdan sonra onun adına aldığı və hazırda ailəsi ilə birlikdə yaşadığı Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, ev 9, 27 nömrəli mənzildən onun çıxarılması ilə bağlı iddia qaldırmış, həmin işə məhkəmədə baxılan zaman ona məxsus evi satdığını öyrənmişdir. Ona məxsus evin satılmasından bankdan onun əvəzindən götürdüyü pulu dəfələrlə istəsə də, o, evin satqısından əldə etdiyi 35000 manatı vermir. Həmin evi 09 mart 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satmışdır. Həmin tarixdən bu vaxta qədər 35000 manat məbləği ona verməyi gecikdirdiyindən ona hesablanmış faizi də ödəməlidir. Ona görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) X4 iddianı qəbul etməyək izahatında bildirdi ki, cavabdeh iddiaçının doğma oğludur. Onlar arasında hazırda münasibət pisdir. Belə ki, Cavabdeh atasına qarşı məhkəmədə evə köçürülmə barədə iddia qaldırdığına görə iddiaçı cavabdehə qarşı mövcud tələblə məhkəmədə çıxış edir. Qeyd edir ki, Cavabdeh atasına məxsus evi sonuncunun vermiş olduğu etibarnamə əsasında üçüncü şəxsə satan zaman İddiaçı da onunla birlikdə notariat kontorunda olmuş və orada pulu oğlundan almışdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən verilmiş arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsi, ev 7A, mənzil 19 üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə şəhər 3 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə verilmiş 7E-2197 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayəyə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, vərəsəlik işini rəsmiləşdirməyi, mirası qəbul etməyi və ondan imtina etməyi, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı və.s hərəkətləri onun adından etməyi etibar etmişdir. AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanını İddiaçı əvəzinə X2 35000 (otuz beş min) manata satmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-962/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh, arvadı X6 və uşaqları xx.xx.2009-cu il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X10 ilə birlikdə mülkiyyətində olan Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 9 nömrəli evin 27 nömrəli mənzilinə köçürülmələri qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin məhkəmə iclasında müəyyən olunmuş faktiki halı bundan ibarətdir ki, İddiaçı Cavabdeh atasıdır. İddiaçı özünə məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzilin idarə edilməsi ilə əlaqədar Cavabdeh etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən Cavabdeh iddiaçının mülkiyyətində olan mənzili sonuncunun adından notariat kontorunda üçüncü şəxsə 35000 (otuz beş min) manata satmış, yəni mənzili özgəninkiləşdirmişdir. Bundan sonra mənzil satışından əldə olunan pulu cavabdeh əldə etsə də onu iddiaçıya qaytarmamışdır. İddiaçı ona məxsus evin satılmasından cavabdehin götürdüyü pulu dəfələrlə istəsə də, Cavabdeh evin satqısından əldə etdiyi 35000 manatı verməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin sözügedən mənzilin satışından əldə etdiyi pulu iddiaçıya qaytarıldığını bildirsə də, istinad etdiyi halı sübut edə bilməmişdir. Tərəflər arasında olan mövcud münasibəti qiymətləndirərək məhkəmə hesab edir ki, İddiaçı özünə məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzilin özgəninkiləşdirilməsi, idarə edilməsi və.s ilə əlaqədar Cavabdeh etibarnamə vermiş, bununla da tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh ona verilmiş etibarnamə əsasında iddiaçının adından sonuncuya məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 7A, 19 nömrəli mənzili satmış və satışından əldə etdiyi 35000 manatı iddiaçıya verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan tapşırıq müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Bundan başqa, iddiaçı cavabdehdən həm də ödənilməsi gecikdirilən pula görə 875 (səkkiz yüz yetmiş beş) manat faiz borcu tələb edir ki, məhkəmənin qənaətinə görə həmin hissədə də tələb əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud tələbin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 192,62 (bir yüz doxsan iki manat altmış iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqının əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh mənzil satışına görə əldə olunan 35000 (otuz beş min) manat pul və həmin məbləğin vaxtında iddiaçıya ödənilməməsinə görə ona illik 5 faizə görə hesablanmış 875 (səkkiz yüz yetmiş beş) manat faiz borcu olmaqla, cəmi 35875 (otuz beş min səkkiz yüz yetmiş beş) manat məbləğində pul və məhkəmə xərci qismində ödənilmiş 192,62 (bir yüz doxsan iki manat altmış iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 300 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh mənzil satışına görə əldə olunan 35000 (otuz beş min) manat və həmin məbləğin vaxtında iddiaçıya ödənilməməsinə görə ona hesablanmış 875 (səkkiz yüz yetmiş beş) manat faiz borcu olmaqla, cəmi 35875 (otuz beş min səkkiz yüz yetmiş beş) manat məbləğində pul və məhkəmə xərci qismində ödənilmiş 192,62 (bir yüz doxsan iki manat altmış iki qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı alınaraq İddiaçı ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-1889/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1889/2022
05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver