Məhkəmə qərarları › İş №2(125)-1900/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1900/2022

15.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1900/2022 15.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X20 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Məhkəmənin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan Gəncə şəhəri, Şahsevənlər küçəsi, döngə 3, ev 22 ünvandan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Şahsevənlər küçəsi, döngə 3, ev 22 ünvan İddiaçı xüsusi mülkiyyətindədir və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvanda qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Cavabdehlərin formal olaraq ona məxsus evdə qeydiyyatda qalmaları səbəbindən o, mənzil üzərində olan sahiblik, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilməmişdir. İddiaçı məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlər onun atası Elçinin bacıları, onun bibiləridir. Onun bibiləri ailə həyatı qurandan sonra mübahisəli evdə 25 ildən artıq müddətdir ki, yaşamırlar. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli **********3 qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanı İddiaçı adına qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı Gəncə şəhəri, Şahsevənlər küçəsi, döngə 3, ev 22 ünvanda qeydiyyatdadır və qeydiyyatda olan digər şəxslər X8, X9, X12, X3, Cavabdeh1 ibarətdir. İş materiallarında olan X10, X5 və X11 tərəfindən tərtib olunmuş aktdan görünür ki, X3 və Cavabdeh1 Gəncə şəhəri, Şahsevənlər küçəsi, döngə 3, ev 22 ünvanda 25 ildən artıq müddətdir ki, yaşamırlar. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olduğu müəyyən edilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, ev X7 tərəfindən İddiaçı bağışlanmışdır. Həmin müqaviləyə əsasən, sonunsunun adına xx.xx.2014-cü il, **********35-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyedtrindən çıxarış verilmişdir. Əlavə məlumat üçün bildirilmişdir ki, xx.xx.2014-cü il tarixli **********35- 10301 reyestr nömrəli (RX seriyalı 0493227) çıxarışla rəsmiləşdirilmiş fərdi yaşayış evi üzərində hüquqların Dövlət qeydiyyatı zamanı ilə bağlı buraxılan texniki səhv aradan qaldırılmış və İddiaçı adına xx.xx.2022-ci il tarixli **********35-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 4723 nömrəli arayışdan görünür ki, X1 şəhəri, Şahsevənlər küçəsi, döngə 3, ev 22 ünvanda qeydiyyatdadır və həmin ünvanda X3 və Cavabdeh1 adlı şəxslər qeydiyyatdadırlar, lakin yaşamırlar. xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri 3 saylı notariat kontorunda 4Ə-443 reyerstr nömrəli bağışlama müqaviləsindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X7 tərəfindən İddiaçı bağışlanmışdır. xx.xx.2015-ci il tarixli 2V-1-149 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1952-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 4 ünvanda yaşayan X2 ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər Gəncə şəhəri, Şahsevənlər küçəsi, döngə 3, ev 22 ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin Gəncə şəhəri, Şahsevənlər küçəsi, döngə 3, ev 22 ünvanda olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Şahsevənlər küçəsi, döngə 3, ev 22 ünvandan istifadə hüquqları itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar