Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-1917/2024 04.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı Kamil oğlunun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh və digər Cavabdeh2 qanuni nümayəndəsi - qəyyumu Cavabdeh1 iştirakı ilə, İddiaçı Kamil oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25) "bağışlama müqaviləsinin qismən etibarsız sayılması, vərəsəlik şəhadətnamələrinin tam etibarsız sayılması, çıxarışın ləğv edilməsi və mülkdəki payların müəyyən edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Kamil oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mülkə dair, Gəncə “Asan xidmət” mərkəzinin notariat ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşmiş 4Ə-1851 reyestr nömrəli bağışlama müqaviləsinin qismən etibarsız sayılması, Gəncə “Asan xidmət” mərkəzinin notariat ofisində rəsmiləşmiş xx.xx.2021-ci il tarixli, 2V-1573 və 2V-1574 nömrəli vərəsəlik şəhadətnamələrinin tam etibarsız sayılması, xx.xx.2021-ci il tarixli, **********93-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və mülkdəki paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X8 ilə, anası X27 xx.xx.1954-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikah dövründə onlar ünvan 1 fərdi yaşayış evini Kirovabad şəhər notariat kontorunun xx.xx.1960-cı il tarixli, 7- 1336 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X18 adlı şəxsdən alaraq, anası X13 adına rəsmiləşdirmişlər. Bundan sonra anası X13 adına həmin evin yerləşdiyi 612.4 kv.m torpaq sahəsinə dair müvafiq dövlət qurumu tərəfindən xx.xx.1974-cü il tarixdə Torpaq Qeydi tərtib olunmuşdur. Daha sonra anası X13 adına Kommunal Təsərrüfatı Nazirliyinin X5 Bürosu tərəfindən xx.xx.1983-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport” verilmişdir. Atası ilə anasının birgə nikahından Oktay, Nazim, Fazil və Nazilə adlı dörd övladları doğulmuşdur. X6 1986-cı ildə vəfat etmiş, onun ailəsi olmamışdır. Bacısı Nazilə 1984-cü il tarixdə ailə quraraq ata evindən köçmüş, hazırda Samux rayonu, Bağmanlar kəndində yaşayır. Qardaşı Fazil və o həmin evdə doğulub böyüməklə, orada ailə qurub yaşamışlar. X8 xx.xx.1997-ci ildə vəfat etmişdir. Onun vəfat etməsi ilə əlaqədar həmin evin ½ hissəsinə miras açılmışdır. Çünki həmin ev atası ilə anasının birgə nikah dövründə alındığı üçün, onların hər ikisinin bərabər paylı mülkü olmuşdur. Həmin vaxtı onun birinci növbə vərəsəsi anaları Kimya, o, bacısı Nazilə və qardaşı Fazil qalmışlar. 1997-ci ildə evləri 5/8 hissə ilə analarına, 1/8 hissə ilə 3 övlada məxsus olmuşdur. Çünki, 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin qanunun tələbinə əsasən atalarının vəfatından sonra həmin mülk 5/8 hissə analarına, 1/8 hissə ilə 3 övlada məxsus olmuşdur. 1960-cı ildə alınan evləri köhnə tikililər olmuş, atası 1971-ci ildə həmin köhnə tikililəri söküb yerində yeni ev tiksə də, sürücü işləməklə qazancı az olduğuna görə evi tam başa çatdıra bilməmişdir. 1980-ci ildən o ticarət sahəsində yüksək gəlirli işlərdə işləməyi ilə əlaqədar, həmin mülkdə onun tərəfindən, onun şəxsi vəsaiti hesabına 1980-ci ilin əvvəllərindən başlayaraq uzun müddət ərzində böyük həcmdə əsaslı tikinti və əlavə təmir-quraşdırma işləri görülmüş, nəticə də mülkün həcmi üç qat artaraq ümumi sahəsi 234 kv.m-dən artıq olmuşdur. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 469 nömrəli Sərəncamı ilə mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş sahələrdən ibarət tikililər qeydiyyata alınmışdır. Mülk analarının adına olduğuna görə həmin tikililər köhnə tikililər ilə birlikdə xx.xx.2012-ci il tarixli, **********93-10301 nömrəli reyestrlə Dövlət qeydiyyatına alınaraq, anası X14 adına çıxarış verilmişdir. Həmin çıxarış verilərkən qanun pozuntusuna yol verilmişdir. Çünki 2012-ci ildən əvvəl, orada tikilmiş bütün tikililər onun şəxsi vəsaiti hesabına aparılmışdır. Həmin vaxtı atası və anası pensiyaçı olmaqla, onların heç bir əlavə gəlirləri olmamışdır. Həmin evdə ailəlikcə yaşayan digər qardaşı Fazil Hüseynzadənin də, maddi imkanları məhdud olmuş, o, mülkə əlavə vəsait qoyuluşunda iştirak etməmiş, yalnız ailəsini dolandırmışdır. Yuxarıda qeyd etdiyi kimi mülkün ilkin arxiv sənədləri anasının adına olduğuna görə, eyni zamanda valideynləri və qardaşı Fazillə aralarında heç bir narazılıq olmadığına görə əlavə tikililərində anasının adına qanunlaşmasına etiraz etməmişdir. Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-1851 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mülkləri anası X13 adından qardaşı X11 adına keçirilərək, onun adına xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Həmin bağışlama müqaviləsi qismən etibarsız sayılmalıdır. Çünki yuxarıda qeyd etdiyi kimi 1997-ci ildə atasının vəfatından sonra, mülkün 1/8 hissəsi ona, 1/8 hissədə isə bacısı Naziləyə məxsus olmuşdur. Ona görə də, həmin bağışlama müqaviləsi bütöv mülkə münasibətdə deyil, mülkün 5/8 hissəsinə münasibətdə etibarlıdır. Bundan sonra qardaşı Fazil 2021-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-1573 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və xx.xx.2021-ci il tarixli, 2V-1574 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamələr əsasında Cavabdeh1 (3/4 hissə) və Cavabdeh2 (1/4 hissə) adlarına xx.xx.2021-ci il tarixli, **********93-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə və ərarvadın ümumi əmlakdakı payına mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən qanun pozuntularına yol verilmişdir. Belə ki, şəhadətnamələrdən görünür ki, qardaşı Fazilin arvadına mülkün 1/2 hissəsi birgə nikah payı kimi saxlanılaraq, digər ½ hissəsi Fazilin mirası kimi, onun vərəsələrinə verilmişdir. Nəticədə Aidənin payı ümumi mülkdə 3/4 hissədə, İlkinin payı 1/4 hissədə müəyyən edilmişdir. Aidəyə 1/2 hissədə mülkiyyət hüququ verilə bilməzdi, çünki, mülkləri Fazilin adına bağışlama müqaviləsi əsasında keçmişdir, yəni həmin əmlakın miras hissəsi Fazillə Aidənin birgə nikah dövründə əldə edilməmişdir. Mülkün 5/8 hissəsi anaları Kimyaya məxsus olduğuna görə və həmin 5/8 hissə bağışlama müqaviləsinin predmeti olduğuna görə, bağışlanan 5/8 hissə Fazilin 4 vərəsəsinə - arvadı və 3 uşağına münasibətdə pay müəyyən edilə bilərdi. 1997-ci ildən 5/8 hissə ilə anaları Kimyaya, 1/8 hissə ilə ona, Fazilə və Naziləyə məxsus olmuş, mülklərinə dair Gəncə “Asan” xidmət mərkəzinin notariat ofisində rəsmiləşmiş xx.xx.2017ci il tarixli, 4Ə-1851 nömrəli bağışlama müqaviləsi qismən, yəni 3/8 hissəyə münasibətdə etibarsız, 5/8 hissə ilə münasibətdə etibarlı olmuşdur. Ona görə də, həmin bağışlama müqaviləsi qismən etibarsız sayılmalıdır. Bundan başqa, Gəncə “Asan xidmət” mərkəzinin notariat ofisində rəsmiləşmiş xx.xx.2021-ci il tarixli, 2V-1573 nömrəli vərəsəlik hüququ haqqında və həmin tarixli 2V-1574 nömrəli ümumi əmlakdakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamələr də etibarsız sayılmaqla cavabdehlərin adına verilmiş xx.xx.2021-ci il tarixli **********93-10301 reyestr nömrəli çıxarış ləğv edilməlidir. Eyni zamanda onun, üçüncü şəxsin və cavabdehlərin mülkdəki payları müəyyən edilməlidir. Cavabdehlər məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişlər ki, iddiaçının tələbi tam qanunsuz və əsassızdır. Çünki Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-1851 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin mülk qayınanası X13 adından əri (İlkinin atası) X11 adına keçirilərək onun adına xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Əri (İlkinin atası) 2021-ci ildə vəfat etmiş, bundan sonra Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-1573 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və xx.xx.2021-ci il tarixli, 2V-1573 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamələr əsasında ona (3/4 hissə) və oğlu Cavabdeh2 adına (1/4 hissə) xx.xx.2021-ci il tarixli, **********93-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı 1997-ci ildə qayınatası vəfatından sonra evin 1/2 hissəsinə miras açıldığını göstərsə də, bununla bağlı heç bir rəsmi sənədləşmə, heç bir rəsmi sənəd mövcud olmamışdır. İddiaçı özündən bölgü etmişdir. İddiaçı həmin dövrdə vərəsəlik şəhadətnaməsi almamışdır. Həmçinin qayınatasının ölümündən sonra xx.xx.2012-ci il tarixli, **********93-10301 nömrəli reyestrlə həmin mülk dövlət qeydiyyatına alınaraq qayınanası X14 adına çıxarış verilmişdir. Həmin çıxarış verilərkən digər şəxslərin hər hansı etirazı olmamışdır. Hazırda iddiaçının əvvəlki vaxtlarda (1997-ci il) yaranmış münasibətləri mübahisələndirməsi isə sadəcə formal xarakter daşıyır və heç bir fakta və hüquqa söykənmir və yalandır. İddiaçının 2 il müddətində bağışlama müqaviləsini mübahisələndirməklə bağlı hüququ olmuşdur. Lakin o, həmin müddətdə bu hüququnu realizə etməmişdir. Digər tərəfdən Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Daşınmaz əmlakın bağışlanması müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanmış və iddiaçının tələbi irəli sürülənədək həmin müddətdən 6 ildən artıq bir vaxt keçmişdir. Hazırkı iddia ərizəsindən də görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə imzalanaraq məhkəməyə verilmişdir. Yəni Konstitusiya Məhkəməsinin qərarı qəbul edilərkən Gəncə Şəhər Məhkəməsinin icraatında hazırkı mülki iş olmamışdır. Bundan əlavə, miras qoyan Kimya Hüseynova 05 mart 2018-ci il tarixdə vəfat etmiş, lakin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, yəni miras açıldıqdan 5 il 11 ay vaxt keçmişdir. Halbuki, Mülki Məcəlləyə əsasən vərəsələr ən geci 6 ay müddətində müraciət etməlidirlər. Lakin iddiaçı tərəf nə faktiki, nə də hüquqi baxımdan miras əmlakı qəbul etməmiş və miras əmlaka olan bütün hüquqlarını itirmişlər. Odur ki, iddia müddəti tətbiq olunmaqla, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdehlər məhkəməyə “iddia müddətinin tətbiqi barədə” ərizə ünvanlayaraq bildirmişlər ki, iddiaçının Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulan 2 il müddətində bağışlama müqaviləsini mübahisələndirməklə bağlı hüququ olmuşdur. Lakin o, həmin müddətdə bu hüququnu realizə etməmişdir. Odur ki, iddiaçının tələbi əsassız və qanunsuzdur. İddia müddətinin tətbiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirdi ki, mübahisəli mülk X26 ilə X15 mülkiyyətində olmuşdur. Mübahisəli mülkdə əvvəllər birgə yaşayan Fazil və Nazimin ailələri mehriban olmuşlar. X2 ölümündən sonra həmin evə Məmmədova Kimyanın 5/8 hissədə, uşaqları Nazilə, Fazil və iddiaçının hər birinin 1/8 hissədə payları olmuşdur. Məmmədova Kimya bağışlama müqaviləsi əsasında evdə olan payından özünə aid hissəni oğlu Fazilə bağışlamış, iddiaçı da o zaman buna etiraz etməmişdir. Lakin notariusda bağışlanma müqaviləsinin bağlanması zamanı qanun pozuntusuna yol verilmiş, mülk bütovlükdə Fazilin adına rəsmiləşdirilmişdir. İddiaçının qardaşı Fazilin ölümündən sonra da qanunsuz olaraq onun arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərək arvadının ¾ hissədə, oğlunun ¼ hissədə payları müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi, əlavə etdi ki, o, sözügedən əmlakın yalnız anasına aid hissəsinin qardaşına bağışlanmasına etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh2 qanuni nümayəndəsi - qəyyumu Cavabdeh1 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi və əlavə etdi ki, mübahisəli əmlak 2017-ci ildə iddiaçının notarial qaydada verdiyi razılıq ərizəsi ilə X27 tərəfindən oğlu X17 bağışlanmışdır. X10 öldükdən sonra vərəsəlik işi açılmış, evdə onun və oğlunun payları müəyyən edilmişdir. Notariat əməliyyatları zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, onun nümayəndəsini (vəkilini) və cavabdeh, eyni zamanda digər cavabdehin qanuni nümayəndəsini dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. xx.xx.1990-cı il tarixdə 575 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş XV-ЖГ seriyalı, 338653 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, X8, anası X19r. İş materiallarında olan, Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-5/8-70-H-482/2024 nömrəli arayışdan, Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 688657 nömrəli və Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-ЖГ nömrəli, 462233 nömrəli ölüm haqqında şəhadətnamələrdən görünür ki, X28 xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində “təkrar miokard infarktı” səbəbindən ölmüşdür. Gəncə şəhəri Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 851002 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində “ağciyər ödemi” səbəbindən ölmüşdür. İş materiallarında olan Gəncə “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 154072 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində “ürək dayanmasından” qəfləti ölüm kimi təsvir olunmuş hadisə səbəbindən ölmüşdür. İş materiallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 179 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Cavabdeh1, övladı Cavabdeh2 qəyyum təyin edilmişdir. İş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzi notariat ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1851 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, X29 (nümayəndəsi X23) tam mülkiyyət üzrə ona məxsus Gəncə şəhəri, Şəddadilər küçəsi, 106 ünvanında yerləşən, mülkiyyətdə olan 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 234,4 kv.m olan fərdi yaşayış evini X17 bağışlamışdır. Həmin müqaviləyə X29 adından nümayəndəsi X23 və X22 imza etmişdir. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hüquq sahibinin adı X29, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci ildir, məhdudiyyət (yüklülük) haqqında xx.xx.2017ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********93-10301 reyestr nömrəli, qeydiyyat tarixli xx.xx.2012-ci il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 234,4 kv.metr olan fərdi yaşayış evi X14 xüsusi mülkiyyətində olmuşdur. X29 tərəfindən Gəncə “ASAN Xidmət” mərkəzində notariat kontoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 7E-32978 nömrə ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, əri X28 xx.xx.1997-ci ildə vəfat etmiş, onun vəfatından sonra təkrar nikaha daxil olmamışdır. Gələcəkdə təkrar nikaha girib-girməməsi ilə bağlı hər hansı bir mübahisə yarandığı təqdirdə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 tərəfindən (onun əvəzinə Cavabdeh1) Gəncə “ASAN Xidmət” mərkəzində notariat kontoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 7E-32974 nömrə ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, X20 məxsus olan ünvan 3 ünvanda yerləşən 234,4 kv.metr sahəli fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin bağışlanmasına razıdır, etiraz etmir. Mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. X23 tərəfindən Gəncə “ASAN Xidmət” mərkəzində notariat kontoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 7E-32975 nömrə ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, X20 məxsus olan ünvan 3 ünvanda yerləşən 234,4 kv.metr sahəli fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin bağışlanmasına razıdır, etiraz etmir. Mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. Hüseyn-zadə Zenfura Həsirət qızı tərəfindən ünvan 5 ünvanlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 7E-3888 nömrə ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, X20 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka qoyulmasına, həmçinin üzərində sərəncam verilməsinə razılıq verir, mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. Hüseyn-zadə Oktay Nazim oğlu tərəfindən ünvan 5 ünvanlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 7E-3320 nömrə ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka qoyulmasına, həmçinin üzərində sərəncam verilməsinə razılıq verir, mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. Müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən mənzildən istifadə hüququnun xitam verilməsinə və ən geci 1 (bir) ay müddətinə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən Gəncə “ASAN Xidmət” mərkəzində notariat kontoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 7E-32976 nömrə ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, X20 məxsus olan ünvan 3 ünvanda yerləşən 234,4 kv.metr sahəli fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin bağışlanmasına razıdır, etiraz etmir. Mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. İddiaçı Kamil oğlu tərəfindən ünvan 5 ünvanlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 7E-3887 nömrə ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, X20 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka qoyulmasına, həmçinin üzərində sərəncam verilməsinə razılıq verir, mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. Hüseyn-zadə Tural Fazil oğlu tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2016-cı il tarixli, reyestrdə 7E-9344 nömrə ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, qeydiyyatda olduğu Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 106 nömrəli evin istənilən şəxsə satılmaısna, bağışlanmasına, ipoteka yolu ilə satılmasına etiraz etmir. Satıldıqdan sonra qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür, gələcəkdə bununla bağlı iddia və tələbi olmayacaq. X24 tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2016-cı il tarixli, reyestrdə 7E-9343 nömrə ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, qeydiyyatda olduğu Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 106 nömrəli evin istənilən şəxsə satılmasına, bağışlanmasına, ipoteka yolu ilə satılmasına etiraz etmir. Satıldıqdan sonra qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür, gələcəkdə bununla bağlı iddia və tələbi olmayacaq. Sorğu nəticəsində əldə edilmiş vərəsəlik işlərinə Hüseyn-zadə Hüseyn Oktay oğlu, Hüseyn-zadə Məhdi Oktay oğlu və Hüseyn-zadə Nəsrullah Oktay oğluna məxsus şəxsiyyət vəsiqələrinin surətləri əlavə edilmişdir. Gəncə şəhər Nikah evi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş V-ЖГ seriyalı, 264933 nömrəli “nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X22 ilə Cavabdeh1 nikahı xx.xx.1987-ci il tarixdə Bakı şəhərində 1107 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Hüseynzadə”, arvada “Məmmədova” soyadı verilmişdir. Sorğu nəticəsində əldə edilmiş vərəsəlik işlərinə əlavə edilmiş 766768 nömrəli, BA seriyalı “daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən” görünür ki, Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 106 nömrəli ev X22 tərəfindən 20000 manat məbləğində sığorta edilmiş, sığorta müqaviləsinin qüvvəyə mindiyi tarix xx.xx.2017-ci il, sığorta müqaviləsinin qüvvədən düşdüyü vaxt xx.xx.2018-ci ildir. xx.xx.1958-ci il tarixdə 575 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş İ-ИE seriyalı, 310868 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş, X8, anası X19r. İş materiallarına əlavə edilmiş, İ-ЖГ seriyalı, 259021 nömrəli, xx.xx.1990-cı il tarixli “adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə”dən görünür ki, X3 Hüseyn-zadə olaraq dəyişdirmişdir. Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş reyestrdə 2V-1573 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 vərəsələri oğlu Cavabdeh2 və arvadı Cavabdeh1 tanınmış və onların X17 məxsus Gəncə şəhəri, Şəddadilər küçəsi, 106 ünvanda yerləşən mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 234,4 kv.m olan fərdi yaşayış evinin ¼ hissəsindən bərabər hissədə irs almaq hüquqları müəyyən edilmişdir. Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş reyestrdə 2V-1574 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 qalmış arvadı Cavabdeh1 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır, mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak X17 məxsus Gəncə şəhəri, Şəddadilər küçəsi, 106 ünvanda yerləşən mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 234,4 kv.m olan fərdi yaşayış evindən ibarətdir, o cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı həmin əmlakın ½ hissəsindən ibarətdir. Cavabdeh2 tərəfindən (onun əvəzinə Cavabdeh1) xx.xx.2021-ci il tarixdə verilmiş, **********385 nömrə ilə Gəncə “ASAN Xidmət” mərkəzində Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən Cavabdeh2 bildirmişdir ki, ünvan 3 ünvanda yaşayan atası X22 xx.xx.2021-ci il tarixdə ölmüşdür, mirasın tərkibi Gəncə şəhəri, Şəddadilər küçəsi, 106 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair ondan irs qalmış mirası qəbul etmişdir. Ondan başqa aşağıdakı vərəsələri vardır: X23, Cavabdeh1 və Hüseyn-zadə Tural Fazil oğlu. Mirasın tərkibinə daxil olan Gəncə şəhəri, Şəddadilər küçəsi, 106 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, **********910 nömrə ilə Gəncə “ASAN Xidmət” mərkəzində Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən Cavabdeh1 bildirmişdir ki, ünvan 3 ünvanda yaşayan X10 xx.xx.2021-ci il tarixdə ölmüşdür, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış əmlakı qəbul etmişdir. Ondan başqa aşağıdakı vərəsələri vardır: X23, Cavabdeh2 və Hüseyn-zadə Tural Fazil oğlu. Mirasın tərkibinə daxil olan bütün miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 2889 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X22 xx.xx.2021-ci il tarixdə ölmüşdür və ölən günədək ünvan 3 ünvanında yaşamış, mərhumun aşağıda qeyd olunan ailə üzvləri olmuşdur – arvadı Cavabdeh1, oğlu Cavabdeh2, oğlu Hüseyn-zadə Tural Fazil oğlu və oğlu X23. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. Ölümündən sonra heç bir azyaşlı və əmək qabiliyyətini itirmiş ailə üzvü qalmamışdır. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hüquq sahibinin adı X22, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci ildir, məhdudiyyət (yüklülük) haqqında məlumat xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmayıb. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********93-10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2017-ci il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 234,4 kv.metr olan fərdi yaşayış evi X11 tam hissədə xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, X17 və Cavabdeh1 dair “Elektron notariat” informasiya sistemi vasitəsilə “X7” AQİS-dən çıxarışlar əlavə edilmişdir. Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, **********384 nömrə ilə Gəncə “ASAN Xidmət” mərkəzində Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən Cavabdeh1 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X22 ilə birgə nikah dövründə əldə etdikləri ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və fərdi yaşayış evinin ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnaməsinin verilməsini xahiş edir. xx.xx.1990-cı il tarixdə 2380 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş XV-ЖГ seriyalı, 348302 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseyn-zadə Tural Fazil oğlu xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, atası Hüseyn-zadə Fazil Kamal oğlu, anası Cavabdeh1dır. xx.xx.1990-cı il tarixdə 2001 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş Xİİİ-ЖГ seriyalı, 461136 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseyn-zadə Elnur Fazil oğlu xx.xx.1988-ci il tarixdə Kirovabad şəhərində doğulmuş, atası Hüseynzadə Fazil Kamal oğlu, anası Cavabdeh1dır. X23 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, **********911 nömrə ilə Gəncə “ASAN Xidmət” mərkəzində Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən X23 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 irs qalmış bütün əmlaklardan ibarət mirasın ona çatası hissəsindən imtina etmişdir. Hüseyn-zadə Tural Fazil oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, **********406 nömrə ilə Gəncə “ASAN Xidmət” mərkəzində Notariat Ofisində təsdiqlənmiş ərizəyə əsasən Hüseyn-zadə Tural Fazil oğlu bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X11 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qəbul etməmişdir. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-5/8- 70-H-460/2023 nömrəli arayışdan və ИE seriyalı, 220269 nömrəli “evlənmə haqqında” şəhadətnamədən görünür ki, X28 ilə X15 nikahı xx.xx.1954-cü il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 65 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. Nikaha K.Hüseynovun xx.xx.1997-ci ildə, K.Hüseynovanın isə xx.xx.2018-ci ildə ölməsi ilə bağlı xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21- 3-33/2-9218/2023 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 106 saylı fərdi yaşayış evi Kirovabad şəhər notariat kontorunun xx.xx.1960-cı il tarixli, 7-1336 reyestr nömrəli müqaviləyə əsasən X18 tərəfindən X1. Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 106 saylı fərdi yaşayış evinin yerləşdiyi 612.4 kv.m torpaq sahəsinə dair X13 adına xx.xx.1974-cü il tarixli torpaq qeydi tərtib edilmişdir. Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X13 adına qeyd edilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 469 nömrəli Sərəncamına əsasən mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş sahələrdən ibarət tikililər qeydiyyata alınmış, X14 adına xx.xx.2012-ci il tarixli, **********93-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Şəddadilər küçəsi, 106 saylı fərdi yaşayış evinə dair Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-1851 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X17 xx.xx.2017-ci il tarixli, **********93-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-1573 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və xx.xx.2021-ci il tarixli, 2V-1574 reyestr nömrəli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (ara) mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 (3/4 hissə) və Cavabdeh2 (1/4 hissə) adlarına xx.xx.2021-ci il tarixli, **********93-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 234.4 kv.m, yaşayış sahəsi 103 kv.m, köməkçi sahəsi 131.4 kv.m olub, yerləşdiyi torpaq sahəsi 0.059 ha ibarət olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********93-10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2021-ci il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda xüsusi mülkiyyətdə olan 0,059 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 234,4 kv.metr olan fərdi yaşayış evi ¾ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh2 paylı mülkiyyətindədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə cavabdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 İddiaçı Kamil oğlunun qardaşı Fazilin arvadı və oğludur. İddiaçının X8 ilə anası X27 xx.xx.1954-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Atası ilə anasının birgə nikahından Oktay, Nazim, Fazil və Nazilə adlı dörd övladları doğulmuşdur. X6 1986-cı ildə vəfat etmiş, onun ailəsi olmamışdır. İddia ərizəsinə görə iddiaçının bacısı Nazilə 1984-cü il tarixdə ailə quraraq ata evindən köçmüş, hazırda Samux rayonu, Bağmanlar kəndində yaşayır. X8 xx.xx.1997-ci ildə, anası X29 xx.xx.2018-ci il tarixdə, qardaşı X22 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər hallarına görə mübahisələndirilən ünvan 1 fərdi yaşayış evi Kirovabad şəhər notariat kontorunun təsdiq etdiyi xx.xx.1960-cı il tarixli, 7-1336 reyestr nömrəli müqaviləyə əsasən X18 tərəfindən X1. Həmin fərdi yaşayış evinin yerləşdiyi 612.4 kv.m torpaq sahəsinə dair X13 adına xx.xx.1974-cü il tarixli torpaq qeydi tərtib edilmişdir. Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X13 adına qeyd edilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 469 nömrəli Sərəncamına əsasən mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş sahələrdən ibarət tikililər qeydiyyata alınmış, X14 adına xx.xx.2012-ci il tarixli, **********93-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin 106 saylı fərdi yaşayış evinə dair Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-1851 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X17 xx.xx.2017-ci il tarixli, **********93-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-1573 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və xx.xx.2021-ci il tarixli, 2V-1574 reyestr nömrəli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (ara) mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 (3/4 hissə) və Cavabdeh2 (1/4 hissə) adlarına xx.xx.2021-ci il tarixli, **********93-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 234.4 kv.m, yaşayış sahəsi 103 kv.m, köməkçi sahəsi 131.4 kv.m olub, yerləşdiyi torpaq sahəsi 0.059 ha ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məcəllənin 670.1-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Məhkəmə baxışında tədqiq edimiş sübutlarla müəyyən edilmişdir ki, 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzi notariat ofisində xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1851 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında X29 (nümayəndəsi X23) tam mülkiyyət üzrə ona məxsus Gəncə şəhəri, Şəddadilər küçəsi, 106 ünvanında yerləşən, mülkiyyətdə olan 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 234,4 kv.m olan fərdi yaşayış evini X17 bağışlamış və həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Əqdlərin etibarlılıq şərtləri və əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə kifayət qədər aydın göstərilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324-4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 668.1.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblər baxımından yanaşıldıqda mübahisələndirilən bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. İddiaçı anası ilə qardaşı Fazil arasında bağlanmış həmin bağışlama müqaviləsinin qismən etibarsız sayılması və əmlakda payların müəyyən edilməsi tələbini onunla əsaslandırır ki, atasının vəfat etməsi ilə əlaqədar həmin evin ½ hissəsinə miras açılmışdır. Çünki həmin ev atası ilə anasının birgə nikah dövründə alındığı üçün, onların hər ikisinin bərabər paylı mülkü olmuşdur. Həmin vaxtı onun birinci növbə vərəsəsi anaları Kimya, o, bacısı Nazilə və qardaşı Fazil qalmışlar. 1997-ci ildə evləri 5/8 hissə ilə analarına, 1/8 hissə ilə 3 övlada məxsus olmuşdur. Hesab edir ki, atalarının vəfatından sonra həmin mülk 5/8 hissə analarına, 1/8 hissə ilə 3 övlada məxsus olmuşdur. 1960-cı ildə alınan evləri köhnə tikililər olmuş, atası 1971-ci ildə həmin köhnə tikililəri söküb yerində yeni ev tiksə də, sürücü işləməklə qazancı az olduğuna görə evi tam başa çatdıra bilməmişdir. 1980-ci ildən o ticarət sahəsində yüksək gəlirli işlərdə işləməyi ilə əlaqədar, həmin mülkdə onun tərəfindən, onun şəxsi vəsaiti hesabına 1980-ci ilin əvvəllərindən başlayaraq uzun müddət ərzində böyük həcmdə əsaslı tikinti və əlavə təmir-quraşdırma işləri görülmüş, nəticə də mülkün həcmi üç qat artaraq ümumi sahəsi 234 kv.m-dən artıq olmuşdur. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 469 nömrəli Sərəncamı ilə mülkdə razılaşdırılmış layihə sənədləri olmadan inşa edilmiş sahələrdən ibarət tikililər qeydiyyata alınmışdır. Mülk analarının adına olduğuna görə həmin tikililər köhnə tikililər ilə birlikdə xx.xx.2012-ci il tarixli, **********93-10301 nömrəli reyestrlə dövlət qeydiyyatına alınaraq, anası X14 adına çıxarış verilmişdir. Həmin çıxarış verilərkən qanun pozuntusuna yol verilmişdir. Çünki 2012-ci ildən əvvəl, orada tikilmiş bütün tikililər onun şəxsi vəsaiti hesabına aparılmışdır. Həmin vaxtı atası və anası pensiyaçı olmaqla, onların heç bir əlavə gəlirləri olmamışdır. Həmin evdə ailəlikcə yaşayan digər qardaşı Fazil Hüseynzadənin də, maddi imkanları məhdud olmuş, o, mülkə əlavə vəsait qoyuluşunda iştirak etməmiş, yalnız ailəsini dolandırmışdır. Yuxarıda qeyd etdiyi kimi mülkün ilkin arxiv sənədləri anasının adına olduğuna görə, eyni zamanda valideynləri və qardaşı Fazillə aralarında heç bir narazılıq olmadığına görə əlavə tikililərində anasının adına qanunlaşmasına etiraz etməmişdir. Ona görə də, həmin bağışlama müqaviləsi bütöv mülkə münasibətdə deyil, mülkün 5/8 hissəsinə münasibətdə etibarlıdır. Çünki yuxarıda qeyd etdiyi kimi 1997-ci ildə atasının vəfatından sonra, mülkün 1/8 hissəsi ona, 1/8 hissədə isə bacısı Naziləyə məxsus olmuşdur. Məhkəmə iddiaçının bu arqumentinə münasibətdə ilk öncə qeyd edir ki, Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Həmçinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1159.1.3-cü maddələrinə görə birinci növbədə ölənin uşaqları miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. Məhkəmə iddiaçının yuxarıda qeyd edilən dəlillərini əsassız sayır və hesab edir ki, həmin dəlillər əsasında sözügedən bağışlama müqaviləsi etibarsız sayıla bilməz. Belə ki, iddiaçı 1997-ci ildə atasının vəfatından sonra evin 1/2 hissəsinə miras açıldığını göstərsə də, bununla bağlı hər hansı rəsmi sənədləşmənin və ya hansısa vərəsəlik şəhadətnaməsinin mövcudluğunu təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı özü də etiraf edir ki, atasının ölümündən uzun müddət sonra, əsaslı tikinti və əlavə təmir-quraşdırma işləri nəticəsində həcmi artırılmış həmin əmlak Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 469 nömrəli Sərəncamı əsasında xx.xx.2012-ci il tarixli, **********93-10301 nömrəli reyestrlə yenidən dövlət qeydiyyatına alınaraq iddiaçının özünün də razılığı ilə anası X14 adına çıxarış verilmişdir. Həmin çıxarış verilərkən digər şəxslərin də hər hansı etirazının olduğu iş materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Göründüyü kimi, iddiaçı mübahisəli əmlakın anası X14 mülkiyyətinə verilməsi barədə xx.xx.2012-ci il tarixli, **********93-10301 nömrəli reyestrin həqiqiliyini tanımış, onu mübahisələndirməmişdir və hazırda da mübahisələndirmir. Digər tərəfdən, qeyd edilməlidir ki, mübahisəli əmlak 2017-ci ildə bağışlanarkən də X14 həmin əmlaka tam mülkiyyət hüququ olmuş və bu hüquq hər hansı şəxs tərəfindən, o cümlədən iddiaçı tərəfindən mübahisələnmdirilməmişdir. Əksinə iddiaçı həmin əmlakın anası tərəfindən qardaşına bağışlanmasına etiraz etməmiş, bu barədə notarial qaydada təsdiq edilmiş müvafiq ərizə vermişdir. Başqa sözlə, əmlak mülkiyyətçi (iddiaçının anası) tərəfindən bağışlanarkən onun mülkiyyət hüququna dair reyestrin həqiqliyi, o cümlədən Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 469 nömrəli sərəncamı qanuni qüvvədə olmuş, hər hansı qaydada ləğv edilməmiş, etibarsız sayılmamışdır. Məhkəmə qeyd edir ki, nə qədər ki, sözügedən əmlaka X14 mülkiyyət hüququna dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, bu halda həmin əmlak barədə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2012-ci ilə qədər sözügedən əmlak iddiaçının atası ilə anasının birgə mülkiyyəti olmuş olsa belə, həmçinin fərdi yaşayış evində yaşayan iddiaçı tərəfindən miras əmlak kimi qəbul olunmuş olsa belə, 2012-ci ildə iddiaçının da razılığı ilə əlavə artırmalarla həmin əmlakın yeni mülkiyyətçisi iddiaçının anası X29 müəyyən edilmiş və sonuncu, mülkiyyətindəki əmlakını qanunla müəyyən edilmiş qaydada 2017-ci ildə iddiaçının da razılığı ilə digər şəxsə (iddiaçının qardaşına) bağışlamışdır. Qeyd edilməlidir ki, iddiaçı məhkəmədə verdiyi izahatında sözügedən əmlakın yalnız anasına aid hissəsinin qardaşına bağışlanmasına etiraz etmədiyini bildirsə də bu barədə hər hansı mötəbər dəlilə istinad etməmiş, hər hansı sübut təqdim etməmişdir. İş materiallarından da görünür ki, həmin əmlak bağışlanarkən bütövlükdə iddiaçının anası X14 mülkiyyətində olmuşdur və iddiaçı ünvan 5 ünvanlandığı xx.xx.2017-ci il tarixli, reyestrdə 7E-3887 nömrə ilə qeydə alınmış ərizədə qeyd etmişdir ki, X20 məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka qoyulmasına, həmçinin üzərində sərəncam verilməsinə razılıq verir, mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bağışlama müqaviləsinin qismən etibarsız sayılması və mülkdəki payların müəyyən edilməsinə dair hissədə təmin edilməməlidir. Məhkəmə, bağışlama müqaviləsinin mübahisələndirilməsinə Mülki Məcəllənin 1200cü maddəsində nəzərdə tutulmuş iki illik iddia müddətinin tətbiqinə dair cavabdehin ərizəsini də nəzərdən keçirərək qeyd edir ki, hazırki iş üzrə qeyd edilən iddia müddətinin tətbiq edilməsi mümkünsüzdür. Belə ki, iddiaçının ümumiyyətlə belə hüququ yaranmamışdır. Məhkəmə bu qənaətə gələrkən onu qeyd edir ki, Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilir ki, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2021-ci il tarixli qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri ifadə etmişdir: «Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.» İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, iddiaçı sözügedən əmlakın anası tərəfindən qardaşına bağışlanmasına razılıq verməklə anasından qalan miras paydan da imtina etmişdir. Beləliklə, iddiaçının anasının miras əmlakına hər hansı məcburi payı olmadığından onun bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb etmək hüququ da yaranmamışdır. Məhkəmə, həmçinin iddianın Gəncə “Asan xidmət” mərkəzinin notariat ofisində rəsmiləşmiş xx.xx.2021-ci il tarixli, 2V-1573 və 2V-1574 nömrəli vərəsəlik şəhadətnamələrinin tam etibarsız sayılmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi mübahisənin əsasını təşkil edən bağışlama müqavləsinin etibarsız hesab edilməsi hissəsindən birbaşa asılı olduğundan və iddia da həmin hissədə əsassız hesab edildiyindən, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı bu hissədə, yəni qardaşı Fazilin qanun üzrə vərəsələri olan cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnamələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, mübahisəli əmlaka dair cavabdehlərin adına verilmiş xx.xx.2021-ci il tarixli, **********93-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlaka dair sözügedən bağışlama müqaviləsindən və vərəsəlik şəhadətnamələrindən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair bağlanmış bağışlama müqaviləsinin, eləcə də vərəsəlik şəhadətnamələrin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair həmin cavabdehlərin adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Kamil oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25) "bağışlama müqaviləsinin qismən etibarsız sayılması, vərəsəlik şəhadətnamələrinin tam etibarsız sayılması, çıxarışın ləğv edilməsi və mülkdəki payların müəyyən edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-1917/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-1917/2024
04.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver