Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-192/2025 22.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Rəhimli Gülxarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs X9) qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs X9) qarşı 6.070 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 81 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı «Tır» yük markalı avtomobil almaq niyyətində olduğunu qohumu olan X6 bildirmiş, Bəhruz isə ona xarici ölkədən yük avtomobili gətirən tanışı olduğunu demişdir. Bundan sonra X9 İddiaçı Aftandil adlı şəxslə, Aftandil isə onu Cavabdeh ilə tanış etmişdir. Onlar avtomobilin qiyməti və 2 ay ərzində avtomobilin gətirilməsi ilə bağlı razılığa gəlmişlər. İddiaçı 2023-cü ilin noyabr ayında 30.000 manat məbləğində pul vəsaitini Aftandil adlı şəxsə versə də, 2 ay müddət keçməsinə baxmayaraq sözügedən avtomobil İddiaçı təhvil verilməmişdir. Bununla bağlı İddiaçı Cavabdeh ilə əlaqə saxlamış sonuncu ona bildirmişdir ki, «Tır» markalı avtomobil hazırda Azərbaycan Respublikasının gömrüyündədir və gömrük rüsumu olaraq 6.068 manat məbləğində pul vəsaiti ödənilməlidir. Buna görə də İddiaçı xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Nizami küçəsində yerləşən dostuna aid geyim mağazalarının birində Cavabdeh deməsi ilə 6.070 manat məbləğində pul vəsaitini gömrük rüsumunun ödənilməsi məqsədi ilə Eldənizin kürəkəni olan Kamala vermişdir. Daha sonra İddiaçı bu barədə Cavabdeh məlumat vermiş, Cavabdeh isə pulun ona çatdığını, narahat olmamasını bildirərək avtomobilin 10 gün ərzində gətiriləcəyini bildirmişdir. Lakin qeyd olunan müddət keçdikdən sonra avtomobil iddiaçıya çatırılmadığından,o, Cavabdehla yenidən əlaqə saxlamış ya avtomobilin, ya da ödədiyi 6.070 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını tələb etsə də Cavabdeh iddiaçıya sözügedən məbləği Bəhruzun ona olan borcundan sildiyini bildirmişdir. İddiaçı dəfələrlə həmin pulu könüllü şəkildə Cavabdeh geri qaytarmasını xahiş etsə də buna nail ola bilməmiş, bununla bağlı polis orqanına müraciət etmişdir. Polis orqanından ona mübahisənin mülki xarakterli olmasına görə məhkəməyə müraciət etmək hüququ izah olunmuşur. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 30 ildən artıq müddət ərzində xarici ölkədən yük markalı avtomobillərin gətirilməsi və satışı ilə məşğul olur və gətirdiyi avtomobilləri əksər vaxt Aftandil adlı şəxsin vasitəsi ilə satır. Aftandil makler kimi avtomobillərə alıcı tapmaqda ona kömək edir. O, İddiaçı yalnız bir dəfə, X7 isə bir neçə dəfə görmüşdür. Sözügedən şəxsləri bilavasitə tanımır, Aftandilin vasitəsi ilə onları tanımışdır. O, «Tır» markalı avtomobili Azərbaycan Respublikasına gətirdikdən sonra Aftandil ona bildirmişdir ki, həmin avtomobili Bəhruz adlı şəxs alacaqdır. Bəhruz Aftandilin vasitəsi ilə ona 30.000 manat məbləğində pul vəsaitini vermişdir. Onlar avtomobilin 75.000 manat qiymətində alınması ilə bağlı razılıq əldə etsələr də, hazırda Bəhruzun ona 20.500 manat məbləğində borcu vardır. Buna baxmayaraq Bəhruz ona bildirmişdir ki, avtomobili lizinq edəcəkdir və bunun üçün avtomobilə sərəncam verilməsinə dair etibarnamə verilməlidir. O isə Bəhruza etimad göstərərək sözügedən avtomobilə sərəncam verilməsinə dair etibarnamə vermişdir. Gəncə şəhərində «Dəyirmanın dairəsi» adlanan ərazidə sözügedən avtomobildə ilk dəfə Bəhruzu görmüşdür. 6.070 manat məbləğində pul vəsaitini isə Bəhruz ona kürəkəni Kamalın vasitəsi ilə vermişdir. O, heç vaxt İddiaçı pul almamışdır. Sonda Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 Cavabdeh izahatını müdafiə edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini (vəkilini), cavabdehi və cavabdehin nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, işdə olan X5 Gəncə şəhəri 1-ci Polis Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, qohumu Rəşad üçün Aftandil adlı şəxsə yük avtomobili sifariş etmişlər. O, Rəşaddan 30.000 manat məbləğində pul vəsaitini alaraq Aftandilə vermişdir. Aftandil isə 2023-cü ilin sonunadək avtomobili təhvil verəcəyinə söz vermişdir.Lakin söz verdiyi vaxta avtomobil gəlib çıxmamışdır. xx.xx.2024-cü il tarixdə Eldəniz onunla əlaqə saxlamış və sifariş olunan avtomobilin Türkiyə Respublikasından gəlməsi üçün pul vermək lazım olduğunu demişdir. O isə Eldənizlə Rəşadın arasında vasitəçilik etmiş, Eldənizin sözü ilə Rəşad Eldənizin kürəkəni Kamala 6.070 manat məbləğində pul vəsaiti vermişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh Gəncə şəhəri 1-ci Polis Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, Türkiyə Respublikasında olan yük avtomobilinin gətirilməsi üçün yol pulu lazım olduğunu Bəhruza bildirmiş, Bəhruz isə pulun kimə verilməli olduğunu soruşan zaman kürəkəni Kamala verməsini söyləmişdir. Kürəkəni Kamala 6.070 manat məbləğində pul verilmiş, Kamal isə həmin pulu ona göndərdikdən sonra sözügedən yük avtomobili Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilmişdir. Daha sonra Rəşad ondan 6.070 manat pulu geri tələb etmiş o isə sonuncunun onda pulu olmadığını, həmin pulun Bəhruzun ona olan borcundan çıxdığını bildirmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, İddiaçı 6.070 manat məbləğində pul vəsaitinin geri qaytarılmasına dair müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasından rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən audio qeydlərdən görünür ki, həmin audio qeydlərdə Cavabdeh 6.070 manat məbləğində pul vəsaitinin Kamal adlı şəxsə verildiyini bildirmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı X9 və X1 ilə yük avtomobilin alğı-satqısı ilə əlaqədar razılığa gəlmişdir. Bundan sonra X9 və X1 həmin avtomobilin Cavabdeh alınıb, İddiaçı satılması üçün Cavabdeh ilə şifahi müqavilə bağlamışlar. İddiaçı hazırki iddia tələbinin predmeti olan 6.070 manat məbləğində pul vəsaitinin ona çatdırılması üçün Kamran adlı şəxsə verilməsini Cavabdeh xx.xx.2024-cü ildə tarixdə məhz X6 bildirmiş, B.Ə.Əliyev də pulun Cavabdeh çatdırılması üçün Kamran adlı şəxsə verilməsini İddiaçı demişdir. Hazırki halda isə İddiaçı Cavabdeh (üçüncü şəxs X9) qarşı 6.070 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 81 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə məhkəmədə baxılarkən Cavabdeh iddianı qəbul etməmiş və iddia tələbinin əsası kimi onunla İddiaçı arasında deyil, X10 arasında müqavilə bağlandığını, ona verilmiş 6.070 manat məbləğində pul vəsaitinin də X9 tərəfindən həmin müqavilənin icrası məqsədi ilə ödənildiyini bildirmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 54.1 və 54.2-ci maddələrinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarıdan görünür ki, avtomobilin alğı-satqısı ilə əlaqədar razılaşma İddiaçı X9 və X1 arasında olmuş, sonradan həmin şəxlər İddiaçıla razılaşma predmeti olan avtomobilin Azərbaycan Respublikasına gətirilməsi üçün Cavabdeh ilə şifahi müqavilə bağlamışlar. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında avtomobilin alğı-satıqısı barədə hər hansı razılaşma olmamış, Cavabdeh iddia predmetini təşkil edən 6.070 manat məbləğində pul vəsaitinin ödənilməsi zərurətini də məhz X6 bildirmişdir. Qeyd olunan xüsusatlar Cavabdeh məhkəmə iclasında verdiyi izahatında, İddiaçı müraciəti əsasında Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində toplanmış HK-1/1329 nömrəli rədd materialında olan İddiaçı aid xx.xx.2024-cü il tarixli və X6 aid xx.xx.2024-cü il tarixli izahatlarla təsbit olunmuşdur. Beləliklə, İddiaçı tərəfindən iddia tələbi iddiaya cavab verməli olmayan Cavabdeh yönəlmiş, mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmadığını bildirmişdir. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarına əsasən iddianın iddiaya cavab verməli olmayan cavabdehə verilməsini nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh (üçüncü şəxs X9) qarşı «pul» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs X9) qarşı «pul» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-192/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-192/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver